28 Fevral 2026 09:30
2476
Oxucu məktubları
A- A+
Otaq bitkiləri həm sağlamlıqdır, həm də estetik gözəllik

Otaq bitkiləri həm sağlamlıqdır, həm də estetik gözəllik


Ev şəraitində bitki saxlamaq həm sağlamlıqdır, həm də psixoloji baxımdan bir çox müsbət təsirlərə malikdir. Təbiətlə ünsiyyət insanın daxili dünyasını sakitləşdirdiyi kimi, ev bitkiləri də təbiətin bir parçası olaraq gündəlik həyatımıza rahatlıq gətirir.  Alimlərin araşdırmalarına görə, otaq bitkiləri havanı təmizləyir, oksigen səviyyəsini artırır, rütubəti tənzimləyir və stresin azalmasına kömək edir. Xüsusilə şəhər mühitində yaşayan insanlar üçün evdə bitki saxlamaq təbii nəfəs mənbəyi rolunu oynayır. Bunlardan əlavə, bitkilərə qulluq prosesi insanın məsuliyyət hissini artırır, gündəlik qayğılarını unudaraq diqqətini başqa bir canlıya yönəltməsinə şərait yaradır. Sulama, torpağın dəyişdirilməsi, yarpaqların təmizlənməsi kimi sadə işlər həm fiziki aktivliyi artırır, həm də insanın beynini sakitləşdirir. Psixoloqların fikrincə, bitkilərə qulluq edən insanlarda depressiya və narahatlıq halları daha az müşahidə olunur. Bitkiyə baxmaq, onun inkişafını izləmək və böyüdüyünü görmək insanda sevinc və məmnunluq hissi yaradır. Təcrübə göstərir ki, bitkilərə sevgi ilə yanaşanda, onlara xüsusi qayğı göstərəndə daha yaxşı inkişaf edirlər. Bitkilərə qulluğu həyat tərzinə çevirmiş insanlar yetişdirib bəslədiyi bitkilərlə söhbətləşir, onları uşaq kimi əzizləyir və bundan xüsusi zövq alırlar.   

Evdə havanı daha çox oksigenlə zənginləşdirən bitkilər arasında aloe vera, xlorofitum (hörümçək bitkisi), sansevieriya (ilan bitkisi), areka xurması, bambuk palma və fikus növləri xüsusilə seçilir. NASA-nın apardığı araşdırmalara əsasən, bu bitkilər yalnız oksigen istehsal etmir, həm də havadakı zərərli toksinləri (formaldehid, benzen, ammonyak və s.) udaraq təmiz mühit yaradır. Aloe vera gecə də oksigen istehsal etdiyi üçün yataq otağı üçün ideal hesab olunur. Sansevieriya isə istənilən şəraitdə asanlıqla böyüyə bilir və havanı effektiv şəkildə təmizləyir. 

Hər bir bitkinin özünəməxsus xüsusiyyəti olduğu kimi, qulluqetmə qaydası da var. Elə bitkilər var ki, sərin yerə qoymaq və onların sulanma rejiminə diqqət etmək lazımdır. Bəzi otaq bitkiləri gec, bəziləri isə əksinə, intensiv su verilməsini tələb edir. Xüsusən qış aylarında otaq bitkilərinə yer seçərkən diqqətli olmaq, qızdırıcı panellərə yaxın yerləşdirməmək, amma işıq almasına, soyuqla təmasda olmamasını nəzarətdə saxlamaq lazımdır. Tez-tez iqlim dəyişikliyinə məruz qalmaları da bitkilərin inkişafına zərər yetirə bilir.

Xarici ölkələrdə ev və ofis interyerlərində bitkilərin istifadəsi daha geniş yayılıb. Skandinaviya ölkələrində "biofilik dizayn" adlanan yanaşma ilə evlər və iş yerləri çoxlu yaşıl bitkilərlə bəzədilir. Bu üsul işçilərin məhsuldarlığını artırır, stres səviyyəsini azaldır və yaradıcılığı stimullaşdırır. Yaponiya və Koreyada isə "fitonsid terapiyası" deyilən üsul tətbiq olunur - bitkilərin yaydığı təbii efir yağları sinir sistemini sakitləşdirir, immuniteti gücləndirir. Bundan başqa, Avropa ölkələrində vertikal bağlar, yəni divar boyu yaşıl kompozisiyalar xüsusi populyarlıq qazanıb. Bu dekorativ yanaşma həm vizual gözəllik, həm də sağlamlıq baxımından üstünlük təşkil edir. 

Hətta otaq bitkiləri ilə bağlı müəyyən inanclar da mövcuddur. Son vaxtlar mənfi enerjiyə qarşı həssas olduğu deyilən krasula - pul ağacı kimi tanıdığımız bitkiyə evlərdə üstünlük verilir və onun ruzi bolluğu yaradacağına inanırlar. Kaktusları radiasiyanı süngər kimi çəkdiyinə inanaraq kompüterlərin yanında yerləşdirənlər də var.

Ən gözəl dekorativ görünüşə malik ev bitkiləri arasında monstera, orkide, anturium, kaktus və sukulentlər, həmçinin zəncəfilçiçəyi və bromeliya kimi ekzotik növlər seçilir. Monstera iri yarpaqları ilə interyerə tropik hava qatır, orkide zərif çiçəkləri ilə zövq oxşayır, anturium isə həm parlaq yarpaqları, həm də çiçəkləri ilə evə təravət gətirir. Bütün bunlar deməyə əsas verir ki, dekorativ bitkilərin seçimi insanın estetik zövqünə təsir edir və evdə xoş əhvali-ruhiyyə yaradır.

Beləliklə, evdə bitki saxlamaq sadəcə dekorativ məqsəd daşımır, həm də fiziki sağlamlıq və psixoloji rahatlıq üçün böyük əhəmiyyət kəsb edir. Xarici ölkələrdə tətbiq olunan yaşıl dizayn üsulları isə göstərir ki, bitkilər yalnız evlərimizdə deyil, iş mühitində də əvəzsiz fayda mənbəyidir. Gözəl görünüşlü dekorativ bitkilər həm sağlamlıq, həm də estetik baxımdan həyat keyfiyyətini artırır.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!