15 Sentyabr 2026 10:00
140
CƏMİYYƏT
A- A+
Şəhid anası yeni evində ziyarət edilib

Şəhid anası yeni evində ziyarət edilib


İkinci Qarabağ müharibəsi şəhidi Vüqar İlham oğlu Babayev 4 iyul 2001-ci ildə Bakının Köhnə Günəşli massivində - Xətai rayonunda adi bir ailədə dünyaya göz açıb. Atalarını erkən itirən İlqar və ondan 7 yaş kiçik Vüqarı anaları Sevil xanım boya-başa çatdırıb. 

Dayısı da hərbçi olan Vüqar hələ kiçik yaşlarından yetkin düşüncəsi, ağlı ilə nümunəvi uşaq olub. 5 yaşı olanda deyib ki, dayım kimi hərbçi olacağam, şəhid olub ailəmizin başını uca edəcəyəm. Sidq-ürəkdən ibadət edər, oruc tutarmış. Kasıbçılıqla böyüsə də, Kərbəla ziyarətinə getmişdi. Qardaşı İlqar onu kiçik qardaşı deyil, böyük qardaş hesab edir, ona güvənirdi. 18 yaşında əsgərliyə gedəndə deyib ki, Mübariz İbrahimov kimi igidlik göstərməyi arzulayır. 2020-ci ilin 27 sentyabrında antiterror əməliyyatı başlayanda xidmət etdiyi hərbi hissədə komandirlərinin böyük etimadını qazanmış bir çavuş kimi döyüşə başlamışdı. Komandirini qoruma mövqeyində düşmənin snayper gülləsinə tuş gələn Vüqar oktyabrın 2-də Füzuli istiqamətində gedən ölüm-dirim savaşında şəhidlik zirvəsinə ucaldı. Ölümündən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Məzarı Bakıda, İkinci Fəxri xiyabandadır. Hər il ad günündə və anım günündə ailə üzvləri, qonşular, məhəllə sakinləri, dostları qəbrini gül-çiçəyə qərq edirlər. 

Ölkəmizdə şəhidlərin xatirəsi uca tutulur. Ailə üzvləri dövlət qayğısı ilə əhatə olunur. Lənkəran şəhərində şəhid ailələri üçün tikilmiş binada Vüqarın anasına da ev verilib və Sevil xanım Lənkəranda müvafiq işlə təmin edilib. Axı Vüqargilin ailəsi əslən Lənkərandandır. Sentyabrın 10-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Vətən uğrunda canından keçmiş şəhid Babayev Vüqar İlham oğlunun anası Babayeva Sevil Qulam qızı ilə görüşüb. İcra başçısı şəhid anasını Lənkəran şəhərindəki yeni mənzilində ziyarət edib. 

Ziyarət zamanı şəhid ailəsinin qayğı və problemləri ilə yaxından maraqlanan Taleh Qaraşov dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu, onlara göstərilən diqqət və qayğının prioritet təşkil etdiyini vurğulayıb.

Şəhid anası Sevil Babayeva da öz növbəsində onlara göstərilən davamlı dəstəyə görə, ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqətini hər zaman hiss etdiklərini qeyd edərək Ali Baş Komandana və dövlətimizə dərin təşəkkürünü ifadə edib. 


Seyran QUBADOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün demokratiya təkcə seçki deyil, həm də insan hüquqlarının qorunması və söz azadlığı kimi dəyərləri ifadə edir

10:40
15 Sentyabr

ABŞ Milli Təhlükəsizlik Agentliyi geniş yenidənqurmaya başlayır

10:35
15 Sentyabr

Plastik "dalğalar": sağlamlığı udan təhlükə

10:30
15 Sentyabr

Güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür

10:25
15 Sentyabr

Hacıqabulda yeni aqrar dövlət proqramının icrası müzakirə olunub

10:20
15 Sentyabr

Mingəçevirin işıqlı məzunları

10:15
15 Sentyabr

Neftçalada keçirilən tədbirdə aqrar məsələlər nəzərdən keçirilib

10:10
15 Sentyabr

Goranboyda aqrar sahədə dron texnologiyalarının tətbiqinə həsr edilmiş tədbir keçirilmişdir

10:05
15 Sentyabr

Hafiz Paşayev: Yaxşı vətəndaş ibtidai məktəbdən yetişməlidir

10:03
15 Sentyabr

Azərbaycan neftinin qiyməti 127 dolları ötüb

10:01
15 Sentyabr

Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırıb

10:01
15 Sentyabr

Şəhid anası yeni evində ziyarət edilib

10:00
15 Sentyabr

Şəhid övladları Şuşa və Xankəndiyə səfər etmişlər

09:50
15 Sentyabr

Qızıldan kağıza, Trans-Xəzərdən "yaşıl enerji"yə

09:40
15 Sentyabr

Vuçiç sentyabrın 27-də Serbiya Prezidenti vəzifəsindən istefa verəcək

09:36
15 Sentyabr

Onur Beyhan: "Bir respublikanın doğuşundan strateji müstəqilliyə: Azərbaycanı anlamaq"

09:30
15 Sentyabr

İqlim dəyişikliyi yalnız ekoloji problem deyil

09:25
15 Sentyabr

Ölkəmizdə yeni tədris ili başlayır

09:20
15 Sentyabr

Azərbaycan-Meksika tərəfdaşlığı yeni mərhələyə yüksəlir

09:10
15 Sentyabr

Bakının azadlığından Qarabağın azadlığına qədər...

09:00
15 Sentyabr

Çanaqqaladan Bakıya uzanan qardaşlıq yolu

08:50
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!