15 Sentyabr 2026 09:40
145
İQTİSADİYYAT
A- A+
Qızıldan kağıza, Trans-Xəzərdən "yaşıl enerji"yə

Qızıldan kağıza, Trans-Xəzərdən "yaşıl enerji"yə


Ötən həftə Azərbaycanın iqtisadi gündəliyində daxili iqtisadi fəallığı və xarici əlaqələrin genişlənməsini göstərən bir sıra mühüm hadisələr baş verib. Həftə ərzində investisiya, sənaye, ixrac, nəqliyyat və regional əməkdaşlıq istiqamətlərində yeni addımlar atılıb, iqtisadi inkişafın müxtəlif sahələrində əldə olunan nəticələr diqqət çəkib. Baş verən proseslər ölkə iqtisadiyyatında artım meyillərinin və yeni əməkdaşlıq imkanlarının davam etdiyini göstərib.

Həftənin əvvəlində Bakıda qlobal iqlim çağırışlarına həsr olunan Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) işə başlayıb. "SOCAR Green"in əsas tərəfdaşlığı ilə keçirilən tədbir bu il ilk dəfə BMT-nin İqlim Həftəsi ilə paralel təşkil olunub.

Üçüncü dəfə keçirilən BCAW çərçivəsində hökumət və özəl sektor nümayəndələri, investorlar, beynəlxalq təşkilatlar, akademik dairələr və digər tərəflər bir araya gəlib. Tədbirdə iqlim fəaliyyətinin konkret nəticələrə çevrilməsi, yeni tərəfdaşlıqların qurulması və "yaşıl layihə"lər üçün investisiya imkanlarının genişləndirilməsi əsas müzakirə mövzularından olub. 

* * *

Azərbaycanın Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda (BIPM) rəsmi üzv kimi dövlət statusu əldə etməsi həftənin iqtisadi gündəmində yer alıb. Bununla ölkəmizin 2015-ci ildən mövcud olan assosiativ üzvlüyü yeni mərhələyə keçib.

Yeni status Azərbaycanın milli metrologiya sisteminin beynəlxalq səviyyədə tanınmasını, beynəlxalq metroloji qərarların qəbulunda birbaşa iştirakını və milli etalon bazasının qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsini genişləndirir. Bu addım həmçinin ölçmə və kalibrləmə imkanlarının beynəlxalq sistemə daha sıx inteqrasiyasına şərait yaradacaq.

Qeyd edək ki, "Metrik Konvensiya" 1875-ci il mayın 20-də Paris şəhərində imzalanıb və müasir beynəlxalq metrologiya sisteminin əsasını təşkil edir. Konvensiya çərçivəsində fəaliyyət göstərən Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BIMP) dünyada ölçmələrin vəhdətinin təmin olunması, beynəlxalq etalonların qorunması və milli metrologiya institutları arasında əməkdaşlığın əlaqələndirilməsini həyata keçirir.

* * *

Ötən həftənin mühüm hadisələrindən biri "AzerGold" QSC-nin Qafqazın ən böyük qızıl yataqlarından biri hesab olunan "Söyüdlü"də (Zod) istismarın növbəti mərhələsinə keçməsi olub. Yataqda ilk qazma-partlayış əməliyyatı həyata keçirilib. 

JORC standartlarına uyğun hesablamalara əsasən, yatağın çıxarıla bilən qalıq ehtiyatları 1,03 milyon unsiya təşkil edir. Hazırda filizin emalı üzrə flotasiya texnologiyasının tətbiqini nəzərdə tutan layihə üzrə texniki-iqtisadi qiymətləndirmələr aparılır. Layihə üzrə hazırda 236 nəfərin məşğulluğu təmin edilib. Yatağın ilkin istismar və tikinti mərhələsində 2026-2029-cu illərdə təxminən 700 nəfərin, tam istismar mərhələsində isə 1300-dən çox şəxsin birbaşa və dolayı yolla işlə təmin olunması gözlənilir.

* * *

 Mədən sənayesində yeni istehsal mərhələsinə keçidlə yanaşı, neftdənkənar sahədə də yeni istehsal güclərinin yaradılması istiqamətində mühüm addımlar atılıb. Sentyabrın 10-da Qaradağ rayonunda "Fabriora Group" MMC-nin kağız və gigiyenik məhsullar istehsalı müəssisəsinin açılışı olub. Prezident İlham Əliyev müəssisənin açılışında iştirak edib. Qeyd edək ki, layihəyə 27 milyon manat investisiya qoyulub.

Müəssisədə uşaq bezləri, salfetlər və digər gigiyenik məhsullar istehsal ediləcək. Almaniya, İtaliya və Türkiyənin müasir texnologiyalarının tətbiq olunacağı istehsal sahəsində 240 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. İstehsal olunan məhsulların daxili bazarla yanaşı, Gürcüstan, Qazaxıstan, Rusiya, Yaxın Şərq və digər xarici bazarlara ixracı planlaşdırılır. Layihə çərçivəsində investisiya təşviqi sənədi əsasında avadanlıq idxalına görə 1 milyon manat həcmində ƏDV və gömrük güzəşti də tətbiq olunub.

* * *

Həftəsonu  Bakıda keçirilən Türkiyə-Azərbaycan V Enerji Forumunda bildirilib ki, iki ölkə arasında enerji tərəfdaşlığı neft-qaz layihələri ilə yanaşı, elektrik enerjisi və "yaşıl enerji" dəhlizlərinin inkişafı, elektrik sistemlərinin inteqrasiyası və enerji bağlantılarının gücləndirilməsi istiqamətində də davam etdirilir.

Qeyd olunub ki, indiyədək Azərbaycandan Türkiyəyə və Türkiyə üzərindən beynəlxalq bazarlara 561 milyon ton neft və 196 milyard kubmetr qaz tədarük edilib. Bu ilin ilk 8 ayında isə Türkiyəyə 6,2 milyard, Türkiyə üzərindən Avropaya 7,5 milyard, Suriyaya isə 1 milyard kubmetr Azərbaycan qazı nəql olunub.

Forumda Xəzər və Mərkəzi Asiyanın "yaşıl enerji"sinin Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılması perspektivləri də diqqət mərkəzində olub. Türkiyə şirkətlərinin Azərbaycanın "yaşıl enerji" sektorunda iştirakının genişləndirilməsinin vacibliyi vurğulanıb. Tədbirin sonunda Türkiyə-Azərbaycan V Enerji Forumunun Protokolu imzalanıb.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Plastik "dalğalar": sağlamlığı udan təhlükə

10:30
15 Sentyabr

Güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür

10:25
15 Sentyabr

Hacıqabulda yeni aqrar dövlət proqramının icrası müzakirə olunub

10:20
15 Sentyabr

Mingəçevirin işıqlı məzunları

10:15
15 Sentyabr

Neftçalada keçirilən tədbirdə aqrar məsələlər nəzərdən keçirilib

10:10
15 Sentyabr

Goranboyda aqrar sahədə dron texnologiyalarının tətbiqinə həsr edilmiş tədbir keçirilmişdir

10:05
15 Sentyabr

Hafiz Paşayev: Yaxşı vətəndaş ibtidai məktəbdən yetişməlidir

10:03
15 Sentyabr

Azərbaycan neftinin qiyməti 127 dolları ötüb

10:01
15 Sentyabr

Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırıb

10:01
15 Sentyabr

Şəhid anası yeni evində ziyarət edilib

10:00
15 Sentyabr

Şəhid övladları Şuşa və Xankəndiyə səfər etmişlər

09:50
15 Sentyabr

Qızıldan kağıza, Trans-Xəzərdən "yaşıl enerji"yə

09:40
15 Sentyabr

Vuçiç sentyabrın 27-də Serbiya Prezidenti vəzifəsindən istefa verəcək

09:36
15 Sentyabr

Onur Beyhan: "Bir respublikanın doğuşundan strateji müstəqilliyə: Azərbaycanı anlamaq"

09:30
15 Sentyabr

İqlim dəyişikliyi yalnız ekoloji problem deyil

09:25
15 Sentyabr

Ölkəmizdə yeni tədris ili başlayır

09:20
15 Sentyabr

Azərbaycan-Meksika tərəfdaşlığı yeni mərhələyə yüksəlir

09:10
15 Sentyabr

Bakının azadlığından Qarabağın azadlığına qədər...

09:00
15 Sentyabr

Çanaqqaladan Bakıya uzanan qardaşlıq yolu

08:50
15 Sentyabr

Keçmiş məcburi köçkün: 32 ildir Bakıdayıq, bu gün doğma torpağımıza qayıdırıq

08:45
15 Sentyabr

108 il öncə tariximizin şərəf və qürur səhifəsi yazılmışdır

08:45
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!