14 Sentyabr 2026 22:19
166
İQTİSADİYYAT
A- A+
Zaqatalada kənd təsərrüfatının inkişafına yeni layihələrlə töhfə verilir

Zaqatalada kənd təsərrüfatının inkişafına yeni layihələrlə töhfə verilir

Zaqatala rayonunda kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə istehsalın artırılması, müasir texnologiyaların tətbiqi və emal imkanlarının genişləndirilməsi istiqamətində bir sıra yeni layihələr həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident Administrasiyasının məsul əməkdaşı və rayon rəhbərliyinin iştirakı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası məqsədilə rayonda həyata keçirilən layihələrlə yerində tanışlıq olub.

Əvvəlcə Dövlət Proqramı çərçivəsində rayonda sahibkarların təşəbbüsləri, görülən işlər və gələcək planları barədə məlumat verilib.

Fındıqçılıq və meyvəçilik sahəsində “Agrarco” MMC intensiv fındıq bağlarının sahəsini əlavə 230 hektar artıraraq 600 hektara çatdırmağı, yeraltı damlama suvarma sistemi hesabına məhsuldarlığı hektardan 21 sentnerə yüksəltməyi və istehsalı 513 tondan 1001 tona çatdırmağı planlaşdırır. Layihə çərçivəsində İsraildən suvarma avadanlıqları, İtaliyadan isə 5 ədəd dərman və herbisid çiləyicisi alınıb. Tinglərin əkilməsinə və avadanlıqların quraşdırılmasına noyabr ayında başlanacaq.

“AzerNuts” MMC tərəfindən 30 hektar sahədə intensiv xurma bağlarının salınması nəzərdə tutulur. Hektardan 300 sentner məhsuldarlıqla 900 ton məhsul istehsalı gözlənilir. Təsərrüfatda artezian quyusu qazılıb və suvarma gölü yaradılıb. Tinglərin əkilməsinə noyabr ayında başlanacaq.

Sahibkar Kamran İsayev isə əlavə 20 hektar xurma bağı salaraq mövcud bağların sahəsini 30 hektara çatdırmağı, məhsul istehsalını 25 tondan 75 tona yüksəltməyi hədəfləyir. İşlərin 2027-ci ilin oktyabrından 2029-cu ilin dekabrınadək aparılması nəzərdə tutulur.

Tütünçülük sahəsində “Tabaterra Leaf” MMC tərəfindən 250 hektar tütün sahəsində 14 ədəd “Tambur” yağışyağdırma sistemi quraşdırılıb.

Üzümçülük sahəsində sahibkar İsmayıl Orucov tərəfindən 3 hektar sahədə “Avatar” sortundan olan yeni üzüm bağının salınması üzrə işlər aparılır. Hektardan 250 sentner məhsuldarlıqla 75 ton məhsul istehsalı nəzərdə tutulur. Hazırda ərazidə təmizləmə, planlaşdırma və hazırlıq işləri görülür. Layihənin 2026-cı ilin noyabrında başa çatdırılması gözlənilir.

Arıçılıq və heyvandarlıq sahəsində Mövlüddin Qurbanəliyev məhsuldar ana arıların seleksiyası və yetişdirilməsi hesabına arı ailələrinin sayını 600-dən 1200-ə, bal istehsalını isə 11 tondan 25 tona çatdırmağı planlaşdırır. Təsərrüfat üçün süni mayalanma avadanlıqları alınıb və pətəklər üçün çərçivələrin hazırlanması aparılır.

Sahibkar Süleyman Süleymanov tərəfindən isə 325 kvadratmetr sahədə müasir tipli mini-fermanın yaradılması, heyvanların sayının 15 başa çatdırılması və süd istehsalının 20 tondan 100 tona yüksəldilməsi nəzərdə tutulur. Hazırda köhnə mal damının sökülməsinə başlanılıb.

Emal sahəsində sahibkar Ayaz Allahverdiyev tərəfindən yerli xammala əsaslanan konserv məhsullarının istehsalı müəssisəsi yaradılır. 240 kvadratmetr sahəsi olan istehsal binasının tikintisi başa çatdırılıb, qaz və su xətləri çəkilib, 25 ton tutumlu ehtiyat su çəni və 20 ton tutumlu soyuducu quraşdırılıb. Layihənin 2026-cı ilin noyabrında başa çatdırılması planlaşdırılır.

Sahibkar Abdurəhman Soltanov tərəfindən isə yun emalı müəssisəsinin yaradılması istiqamətində iş aparılır. Hazırda yapıncı istehsalı üçün avadanlıqların alınması məqsədilə Türkiyənin müvafiq şirkətləri ilə danışıqlar davam etdirilir.

Baxış zamanı sahibkarlarla görüşlər keçirilib, onların fəaliyyəti, gələcək planları və qarşılaşdıqları məsələlər dinlənilib. Dövlət tərəfindən yaradılan subsidiya, güzəştli maliyyələşmə və digər dəstək mexanizmlərindən səmərəli istifadənin vacibliyi vurğulanıb.

Səfərin davamı olaraq rayon icra hakimiyyətində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin rəhbərləri, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri və “Əlaqələndirmə Qərargahı”nın üzvləri ilə görüş keçirilib. Görüşdə zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyəti, Dövlət Proqramı çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Qeyd edilib ki, müasir texnologiyaların tətbiqi, intensiv bağların genişləndirilməsi, məhsuldarlığın artırılması, yerli xammal əsasında emal müəssisələrinin yaradılması və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi rayonda aqrar sektorun inkişafının əsas istiqamətlərindəndir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:14
15 Sentyabr

“Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:13
15 Sentyabr

Zaqatalada kənd təsərrüfatının inkişafına yeni layihələrlə töhfə verilir

22:19
14 Sentyabr

Şəki rayonunun aqrar potensialından səmərəli istifadə edilməsi istiqamətində layihələrin icrası davam etdirilir

22:12
14 Sentyabr

Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşü iştirakçılarının şərəfinə ziyafət təşkil olunub

21:53
14 Sentyabr

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

21:37
14 Sentyabr

Premyer Liqa: Son çempiondan inamlı qələbə

21:01
14 Sentyabr

“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib

20:31
14 Sentyabr

Bakıda Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans işə başlayıb

20:21
14 Sentyabr

Fransa insan hüquqları ilə bağlı ABŞ-ni tənqid etdiyinə görə açıq şəkildə üzr istəyib  

20:07
14 Sentyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:43
14 Sentyabr

Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

19:24
14 Sentyabr

Yeni Dövlət Proqramı Tərtərdə kənd təsərrüfatının inkişafına yeni imkanlar yaradır

19:16
14 Sentyabr

Rafail Tatikov: Müftilər Şurasının iclası türk dövlətləri arasında dini-mədəni dialoqun möhkəmlənməsinə xidmət edir

19:15
14 Sentyabr

Daşkəsəndə kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar nəzərdən keçirilir

19:13
14 Sentyabr

Şəmkirdə Dövlət Proqramının icrası diqqətdə saxlanılır - təsərrüfatlara baxış keçirilib

19:12
14 Sentyabr

“Politico”: Brüssel və Ottova Kanadanın Aİ-yə yaxınlaşma imkanlarını müzakirə edir  

19:04
14 Sentyabr

Tahir Tağızadə etimadnaməsini Serbiya Prezidentinə təqdim edib

19:02
14 Sentyabr

Göygöl rayonunda aqrar sahədə görülən işlərlə tanışlıq olub, sahibkarların təşəbbüsləri dinlənilib

18:53
14 Sentyabr

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin payız sessiyasında ilk iclası keçirilib

18:47
14 Sentyabr

Azad olunmuş ərazilərdə aqroparklara, iri fermer təsərrüfatlarına, yeni intensiv meyvə bağlarına baxış keçirilib

18:41
14 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!