15 Sentyabr 2026 09:00
146
SİYASƏT
A- A+
Bakının azadlığından Qarabağın azadlığına qədər...

Bakının azadlığından Qarabağın azadlığına qədər...


Sentyabr Azərbaycan xalqının həm dövlətçilik salnaməsində, həm də  ən yeni tarixində azadlıq və suverenliyin təmin olunduğu zəfər ayıdır. Ötən əsrin əvvəlində - 15 sentyabr 1918-ci ildə Bakının bolşevik-daşnak işğalından azad edilməsi ilə başlanan bu tarixi zəfər ənənəsi, müasir dövrümüzdə suverenliyimizin tam bərpası ilə özünün zirvə nöqtəsinə çatıb. 

2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsindən tutmuş, 2022-ci ilin sərhəd döyüşlərinə,  2023-cü ilin antiterror tədbirlərinə qədər müasir tariximizin ən möhtəşəm hərbi nailiyyətlərinin bir çoxu məhz bu ayda qazanılıb. 

Azərbaycan sentyabrda başlayan Vətən müharibəsində onilliklər boyu davam edən işğala, BMT qətnamələrinin kağız üzərində qalmasına və beynəlxalq ikili standartlara son qoyaraq hərbi gücü ilə ədaləti özü bərpa etdi və bu tip münaqişələrin həllində dünya üçün nümunə yaratdı. 

XIII Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin bəyan etdiyi kimi: "Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi". 


Suverenliyə aparan qalibiyyət yolu 


Müxtəlif illərdə baş verən sentyabr qələbələri müasir tariximizin axarını dəyişən və addım-addım tam suverenliyə aparan zəfər yoludur. 

2020-ci ilin 27 sentyabrında  atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhəboyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri verdi. 

44 günlük Vətən müharibəsi ərzində bircə dəfə də olmadı ki, qəhrəman döyüşçülərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gücləndirdiyi ordumuz yüksək peşəkarlıq göstərərək qısa zamanda 300-dən çox yaşayış məntəqəsini və Qarabağın mirvarisi Şuşanı azad etdi. Kapitulyasiya aktına qol çəkən düşmən Ağdamı, Kəlbəcəri və Laçını döyüşsüz tərk etməyə məcbur edildi. Qarabağ zəfəri yüzminlərlə vətəndaşımızın torpaq həsrətinə son qoydu. Azərbaycan xalqı qalib xalqa çevrildi.

2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. 

İkinci Qarabağ savaşında qəhrəmancasına döyüşmüş, üçrəngli bayrağımızı Qarabağ və Şərqi Zəngəzurun zirvələrində dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr - Vətən müharibəsinin başladığı günün Azərbaycanda Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncam imzaladı. 

Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə 2021-ci il sentyabrın 27-də Bakıda anım yürüşünün keçirilməsi, ölkə üzrə birdəqiqəlik sükut elan edilməsi, Bakı şəhərinin ən gözəl yerlərindən birində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulması böyük rəmzi məna daşıyırdı. Bütün bunlar şəhidlərimizin ruhuna dərin ehtiramın təcəssümü idi. 


Düşmənə tarixi dərs


Vətən müharibəsində uğradığı biabırçı məğlubiyyətdən dərs çıxarmayan Ermənistan ölkəmizə qarşı dəfələrlə hərbi təxribatlara əl atırdı və hər dəfəsində layiqli cavabı verilərək yerinə otuzdurulurdu. Düşmənin növbəti hərbi təxribatı 2022-ci ilin 12 sentyabrında baş verdi. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirdilər. Ermənistan silahlı qüvvələri bununla yanaşı, Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqelərini müxtəlifçaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutdu.  

Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısı alındı və Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması istiqamətində Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görüldü. 12-13 sentyabr tarixində aparılan uğurlu əməliyyat nəticəsində düşmən qüvvələri növbəti dəfə darmadağın edildi və Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşdi. 

Sentyabr ayının qələbə silsiləsinin ən möhtəşəm səhifəsi 2023-cü ildə 23 saatlıq lokal xarakterli  antiterror tədbirləri zamanı yazıldı. 19-20 sentyabr tarixlərində, cəmi bir sutka davam edən dəqiq əməliyyatla dövlət bayrağımız bütün suveren ərazilərimizdə ucaldıldı. Konstitusiyamız bütün ərazilərimizdə hüquqi qüvvəyə mindi. "Dəmir yumruq" Qarabağda separatizmin başını əzdi. Xalqımıza qarşı ağır cinayətlər törətmiş canilər qanun qarşısında cavab verməli oldular.

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndidə dövlət bayrağını ucaldan zaman qürurla bir daha bəyan etdi: "... Biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan gerbi, Azərbaycan bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".

Azərbaycanın qətiyyətli qələbələri diplomatiya masasında da öz bəhrəsini verdi. Vaşinqton Zirvəsində əldə olunan razılaşmalarla regionda onilliklər boyu sürən münaqişəyə nöqtə qoyuldu. Azərbaycan hərbi-siyasi iradəsi ilə həm ərazi bütövlüyunü və suverenliyini tam təmin etdi,  həm də Cənubi Qafqaza yeni və davamlı sülh modeli bəxş etdi.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəhid övladları Şuşa və Xankəndiyə səfər etmişlər

09:50
15 Sentyabr

Qızıldan kağıza, Trans-Xəzərdən "yaşıl enerji"yə

09:40
15 Sentyabr

Vuçiç sentyabrın 27-də Serbiya Prezidenti vəzifəsindən istefa verəcək

09:36
15 Sentyabr

Onur Beyhan: "Bir respublikanın doğuşundan strateji müstəqilliyə: Azərbaycanı anlamaq"

09:30
15 Sentyabr

İqlim dəyişikliyi yalnız ekoloji problem deyil

09:25
15 Sentyabr

Ölkəmizdə yeni tədris ili başlayır

09:20
15 Sentyabr

Azərbaycan-Meksika tərəfdaşlığı yeni mərhələyə yüksəlir

09:10
15 Sentyabr

Bakının azadlığından Qarabağın azadlığına qədər...

09:00
15 Sentyabr

Çanaqqaladan Bakıya uzanan qardaşlıq yolu

08:50
15 Sentyabr

Keçmiş məcburi köçkün: 32 ildir Bakıdayıq, bu gün doğma torpağımıza qayıdırıq

08:45
15 Sentyabr

108 il öncə tariximizin şərəf və qürur səhifəsi yazılmışdır

08:45
15 Sentyabr

Səbinə Yusif: Qırmızı Bazar qəsəbəsinə köçdüyümüz üçün çox sevincliyik

08:42
15 Sentyabr

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür

08:40
15 Sentyabr

Bakı-Brüssel münasibətləri: qlobal reallıqlara əsaslanan strateji tərəfdaşlıq

08:40
15 Sentyabr

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bu, bizim üçün unudulmaz bir gündür

08:39
15 Sentyabr

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 50 ailə yola salınıb

08:38
15 Sentyabr

SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb

08:34
15 Sentyabr

Sudanın Darfur bölgəsində son 40 ilin ən quraq mövsümü yaşanır

08:33
15 Sentyabr

Böyük amal: istiqlal salnaməçiləri

08:30
15 Sentyabr

"Azərbaycan" zəmanəmizin ideya-siyasi tribunasıdır

08:20
15 Sentyabr

Azərbaycanın dövlətçilik tarixini yazan qəzet

08:10
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!