15 Sentyabr 2026 10:10
133
İQTİSADİYYAT
A- A+
Neftçalada keçirilən tədbirdə aqrar məsələlər nəzərdən keçirilib

Neftçalada keçirilən tədbirdə aqrar məsələlər nəzərdən keçirilib


Sentyabrın 10-da "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin Neftçala rayonunda icrasının təmin edilməsi istiqamətində görülən işlərlə yerində tanış olmaq məqsədilə Neftçala  Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov, Neftçala Rayon İcra Hakimiyyəti başçısının 16 iyul 2026-cı il tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının üzvləri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin yerli qurumlarının rəhbərləri rayonun 3 iri fermer təsərrüfatına baş çəkiblər. 

Göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edən zəhmətkeş fermer və sahibkarlar kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət dəstəyini yüksək qiymətləndirərək bu sahəyə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.  Onlar dövlətin qayğısını daim hiss etdiklərini qeyd edərək  aqrar sahənin inkişafı naminə bundan sonra da əzmlə çalışacaqlarını bildiriblər.

Tədbirin davamı olaraq rayon icra hakimiyyətinin  inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin, Əlaqələndirmə Qərargahının üzvlərinin iştirakı ilə görüş keçirilib. Tədbirin məqsədi zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyətini, habelə dövlət proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərə dair məlumatların diqqətə çatdırılması olub.

Giriş nitqi ilə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirəni xatırladaraq ölkədə aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd təsərrüfatının dayanıqlılığının təmin edilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin əhəmiyyətini vurğulayıb. M.Seyidov dövlət başçısının müəyyən etdiyi prioritetlərə uyğun olaraq Neftçala rayonunda görülən işlər barədə məlumat verib. O bildirib ki, rayonda kənd təsərrüfatının inkişafını sürətləndirmək, əkin sahələrindən səmərəli istifadə etmək, məhsuldarlığı artırmaq və mövsümi işləri əlaqələndirmək məqsədilə xüsusi qərargah yaradılıb. Qərargah tərəfindən fermerlərin və torpaq mülkiyyətçilərinin qarşılaşdıqları problemlərin operativ həlli istiqamətində addımlar atılır, sahibkarlarla mütəmadi görüşlər keçirilir və rayon üzrə dövlət proqramının icrasına dair konkret hədəflər uğurla reallaşdırılır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov çıxışında dövlət proqramının ölkənin aqrar potensialından maksimum səmərəli istifadə etmək və qlobal çağırışlara cavab vermək məqsədilə hazırlanmış genişhəcmli fəaliyyət planı olduğunu qeyd edib. Məmmədiyə Məmmədov vurğulayıb ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş prioritet istiqamətlər və yeni dövlət proqramı kənd təsərrüfatının müasir standartlara uyğun inkişafını, innovativ yanaşmaların tətbiqini və kənd yerlərində məşğulluğun genişləndirilməsini nəzərdə tutur. O deyib: "Natiqlərin sözlərinə görə, bu strateji hədəflər zəngin aqrar ənənələrə, əlverişli təbii-iqlim şəraitinə və böyük istehsal potensialına malik Neftçala rayonunda kənd təsərrüfatının rəqabət qabiliyyətinin daha da yüksəldilməsini, aqrar sahibkarlığın genişləndirilməsini və istehsalın keyfiyyətcə yeni mərhələyə keçməsini zəruri edir". 

Daha sonra dövlət proqramının rayon üzrə icrası ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyəti başçısının 16 iyul 2026-cı il tarixli 80 nömrəli sərəncamı ilə təsdiq edilmiş "İş planı"na əsasən görülmüş tədbirlər barədə təqdimat hesabatı diqqətə çatdırılıb. Neftçalalı  fermer və sahibkarlar dövlət proqramının icrasına yaxından qoşulacaqlarını bildirib, nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması üçün bütün potensiallarını səfərbər edəcəklərini vurğulayıblar.  


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün demokratiya təkcə seçki deyil, həm də insan hüquqlarının qorunması və söz azadlığı kimi dəyərləri ifadə edir

10:40
15 Sentyabr

ABŞ Milli Təhlükəsizlik Agentliyi geniş yenidənqurmaya başlayır

10:35
15 Sentyabr

Plastik "dalğalar": sağlamlığı udan təhlükə

10:30
15 Sentyabr

Güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür

10:25
15 Sentyabr

Hacıqabulda yeni aqrar dövlət proqramının icrası müzakirə olunub

10:20
15 Sentyabr

Mingəçevirin işıqlı məzunları

10:15
15 Sentyabr

Neftçalada keçirilən tədbirdə aqrar məsələlər nəzərdən keçirilib

10:10
15 Sentyabr

Goranboyda aqrar sahədə dron texnologiyalarının tətbiqinə həsr edilmiş tədbir keçirilmişdir

10:05
15 Sentyabr

Hafiz Paşayev: Yaxşı vətəndaş ibtidai məktəbdən yetişməlidir

10:03
15 Sentyabr

Azərbaycan neftinin qiyməti 127 dolları ötüb

10:01
15 Sentyabr

Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırıb

10:01
15 Sentyabr

Şəhid anası yeni evində ziyarət edilib

10:00
15 Sentyabr

Şəhid övladları Şuşa və Xankəndiyə səfər etmişlər

09:50
15 Sentyabr

Qızıldan kağıza, Trans-Xəzərdən "yaşıl enerji"yə

09:40
15 Sentyabr

Vuçiç sentyabrın 27-də Serbiya Prezidenti vəzifəsindən istefa verəcək

09:36
15 Sentyabr

Onur Beyhan: "Bir respublikanın doğuşundan strateji müstəqilliyə: Azərbaycanı anlamaq"

09:30
15 Sentyabr

İqlim dəyişikliyi yalnız ekoloji problem deyil

09:25
15 Sentyabr

Ölkəmizdə yeni tədris ili başlayır

09:20
15 Sentyabr

Azərbaycan-Meksika tərəfdaşlığı yeni mərhələyə yüksəlir

09:10
15 Sentyabr

Bakının azadlığından Qarabağın azadlığına qədər...

09:00
15 Sentyabr

Çanaqqaladan Bakıya uzanan qardaşlıq yolu

08:50
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!