15 Sentyabr 2026 10:40
664
DÜNYA
A- A+
Bu gün demokratiya təkcə seçki deyil, həm də insan hüquqlarının qorunması və söz azadlığı kimi dəyərləri ifadə edir

Bu gün demokratiya təkcə seçki deyil, həm də insan hüquqlarının qorunması və söz azadlığı kimi dəyərləri ifadə edir


2007-ci il noyabrın 8-də Birləşmiş Millətlər Təşkilatının  Baş Assambleyası 15 sentyabrı Beynəlxalq Demokratiya Günü elan edib və üzv dövlətləri, BMT  agentliklərini və digər regional, hökumətlərarası və qeyri-hökumət təşkilatlarını bu günü qeyd etməyə çağırıb. Beynəlxalq Demokratiya Günü dünya miqyasında demokratiyanın vəziyyətini müzakirə etmək üçün vacib bir fürsətdir. Demokratiya təkcə bir məqsəd deyil, həm də bir prosesdir və yalnız beynəlxalq birliyin, hökumətlərin, cəmiyyətin və fərdi vətəndaşların tam iştirakı və dəstəyi ilə dünyanın hər yerində hər bir insan üçün demokratiya idealları gerçəkləşə bilər.

Bu tarix ilk dəfə 2008-ci ildə rəsmi olaraq qeyd edilməyə başlanıb.

Sentyabrın 15-nin seçilməsi, 1997-ci ilin həmin günündə Parlamentlərarası İttifaq (IPU)  tərəfindən "Demokratiyaya dair Ümumdünya Bəyannaməsi"nin qəbul edilməsi ilə bağlıdır.

Günün əsas məqsədləri dünyada demokratiyanın mövcud vəziyyətini nəzərdən keçirmək; Demokratik prinsipləri, insan hüquqlarını və qanunun aliliyini təşviq etmək; Vətəndaş cəmiyyətinin gücləndirilməsi və insanların idarəetmədə iştirakını dəstəkləmək; Hər bir ölkənin öz demokratik sistemini inkişaf etdirmək hüququnu xatırlatmaqdır. 

Hər il BMT bu gün üçün xüsusi bir mövzu, şüar müəyyən edir və diqqəti dünyadakı aktual çağırışlara yönəldir. 2026-cı ildə Beynəlxalq Demokratiya Gününün  mövzusu rəsmi olaraq belə müəyyən edilmişdir: "Əlləri və səsləri ucaltmaq - məşvərətçi demokratiya vasitəsilə vasitəçiliyin və sahibkarlığın gücləndirilməsi". BMT bu mövzu ilə vətəndaşların qərar qəbul etmə proseslərinə daha dərindən və birbaşa cəlb olunmasını, dialoq və inklüzivlik vasitəsilə cəmiyyətdə etimadın yenidən qurulmasını hədəfləyir.

Eyni zamanda demokratiya sahəsində fəaliyyət göstərən digər qlobal təşkilatlar da bu il üçün öz xüsusi mövzularını elan etmişlər: Parlamentlərarası İttifaq (IPU) bu il fəaliyyətinin bir istiqamətinin diqqətini "İnsan hüquqlarını diqqət mərkəzinə gətirin" şüarına yönəldib. Beynəlxalq Demokratiya Günü Brüssel Konfransının (IDEA) builki müzakirə mövzusu isə "Demokratiya üçün növbəti addım nədir? Dəyişən Dünyada İnnovasiya və Alyanslar" tezisidir.

Demokratiya ilk dəfə eramızdan əvvəl VI əsrin sonlarında Qədim Yunanıstanda, xüsusilə Afina şəhər-dövlətində (polisində) yaranıb. "Demokratiya" sözü yunan mənşəlidir: "demos" (xalq) və "kratos" (hakimiyyət) sözlərinin birləşməsindən yaranıb, "xalqın hakimiyyəti" mənasını verir.  Afinada demokratiyanın formalaşması e.ə. 508-507-ci illərdə dövlət xadimi Klisfenin həyata keçirdiyi islahatlarla bağlıdır. Belə ki, vətəndaşlar qanunları qəbul etmək üçün Ekklesiya adlanan xalq məclisində birbaşa iştirak edirdilər. Onlar deputat, yəni təmsilçi seçmirdilər, hər kəs özü səs verirdi. Bu sistem tam bərabərhüquqlu deyildi. Yalnız yetkinlik yaşına çatmış, azad afinalı kişilər vətəndaş sayılırdı. Qadınlar, qullar və əcnəbilər səsvermə hüququndan məhrum idilər.

Afinadan sonra Qədim Roma e.ə. 509-cu ildə respublika sisteminə keçib. Roma birbaşa demokratiya deyil, təmsilli idarəetmə və hüququn aliliyinə əsaslanırdı. Senat və xalq məclisləri arasında güc balansı yaradılıb. Bu model müasir konstitusiyalı respublikaların əsasını qoydu.

Demokratiya tarixində növbəti böyük sıçrayış 1215-ci ildə İngiltərədə baş verib. Kral İohann feodalların təzyiqi ilə Böyük Azadlıqlar Xartiyasını (Magna Carta) imzalayıb. Bu sənədlə tarixdə ilk dəfə kralın mütləq hakimiyyəti məhdudlaşdırılıb və qanunun kraldan üstün olduğu bəyan edilib.

XVII-XVIII əsrlərdə Maarifçilik dövrünün filosofları Con Lokk, Monteskyö, Russo insanın təbii hüquqları və hakimiyyətin bölgüsü (qanunverici, icraedici, məhkəmə) ideyasını irəli sürüblər. Bu ideyalar müasir demokratiyanı formalaşdıran iki böyük tarixi hadisəyə yol açıb: ABŞ İstiqlaliyyət Bəyannaməsi (1776) dünyada ilk dəfə olaraq insanların bərabər doğulduğunu və idarə edənlərin gücünü idarə olunanlardan aldığını elan edib;

Fransız Burjuaziya İnqilabı (1789) "Azadlıq, Bərabərlik, Qardaşlıq" şüarı ilə feodalizmi devirdi və insan hüquqları bəyannaməsini qəbul etdi.

Qədim Afinadan fərqli olaraq, müasir demokratiya yalnız XX əsrdə qadınların və irqi azlıqların səsvermə hüququ qazanması ilə tam inklüziv xarakter alıb. Bu gün demokratiya təkcə seçki deyil, həm də insan hüquqlarının qorunması və söz azadlığı kimi dəyərləri ifadə edir.

Hər il nüfuzlu "The Economist" jurnalının araşdırma mərkəzi olan Economist Intelligence Unit (EIU) tərəfindən hazırlanan qlobal "Demokratiya indeksi" hesabatına əsasən, dünya ölkələri seçki prosesi, vətəndaş azadlıqları, hökumətin fəaliyyəti, siyasi iştirakçılıq və siyasi mədəniyyət meyarlarına görə qiymətləndirilir. Ən son qlobal hesabatlara əsasən, dünyanın ən güclü demokratiyasına sahib ilk 10 ölkəsi Norveç, Yeni Zelandiya, İsveç,  İslandiya, Danimarka,  Finlandiya, İrlandiya,  İsveçrə, Kanada, habelə bərabər indeksi olan Niderland və Tayvandır.


R.CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!