02 Yanvar 2026 21:57
150
CƏMİYYƏT
A- A+
Şamaxı-Ağsu yolunda qarlı hava: Sürücülərə xəbərdarlıq

Şamaxı-Ağsu yolunda qarlı hava: Sürücülərə xəbərdarlıq

Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Şamaxıdan, xüsusilə Ağsu dolaylarından keçən hissəsində buzlaşma müşahidə olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gündüzlə müqayisədə bu saatlarda hərəkət azalsa da, paytaxtdan bölgələrə və əks istiqamətdə avtomobillərin hərəkəti davam edir.

Yol polisi hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi boyu fasiləsiz xidmət aparır.

Hazırda bölgədə qar yağmasa da, havanın temperaturu -3 dərəcə təşkil edir.

Aidiyyəti qurumlar yollarda təmizləmə işləri aparsa da, dumanlı hava və məhdud görmə məsafəsi səbəbindən sürücülər maksimum dərəcədə ehtiyatlı olmalıdırlar. Xüsusilə enişli-yoxuşlu və kəskin döngəli sahələrdə sürət həddini minimuma endirmək və ara məsafəsini qorumaq olduqca vacibdir. Nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusən şinlərin mövsümə uyğunluğuna diqqət yetirməyən sürücülərin bu marşrutdan istifadə etməməsi tövsiyə olunur.

Zərurət yarandığı halda isə enişli-yoxuşlu, sərt döngəli yollardan deyil, daha düz və buzlaşma olmayan alternativ yollardan istifadə edilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“TRT Haber”: 2025-ci ildə Bakı ilə İrəvan arasında etimad mühitinin formalaşdırılması istiqamətində əməli addımlar atılıb

23:37
02 Yanvar

Şamaxı-Ağsu yolunda qarlı hava: Sürücülərə xəbərdarlıq

21:57
02 Yanvar

Xarkov ballistik raketlərlə vurulub, xəsarət alanlar var

19:43
02 Yanvar

Ukrayna 2025-ci ildə rekord məbləğdə yardım alıb

19:26
02 Yanvar

Ağcabədidə 10 ilin ən yüksək məhsuldarlıq göstəricisi: 41 min 268 ton pambıq yığılıb

18:24
02 Yanvar

Sorğu: Ukraynalıların 62 faizi müharibə şəraitinə dözməyə hazırdır

18:21
02 Yanvar

Polis Ağsu dolaylarında təhlükəsizlik tədbirlərini gücləndirib

17:19
02 Yanvar

Bir zəng, bir tələ: kiberdələduzlardan ehtiyatlı olun - DİN-dən çağırış

16:41
02 Yanvar

Bakı-Şamaxı-Yevlax yolunda hazırkı vəziyyət

16:15
02 Yanvar

Latviya Respublikasının keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Zati-aliləri xanım Vayra Vike-Freyberqaya

15:12
02 Yanvar

Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

15:09
02 Yanvar

Hikmət Hacıyev: Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə tam dəstək göstərib

14:57
02 Yanvar

Qarlı hava şəraitində yol hərəkəti təhlükəsizliyi ilə bağlı sürücülərə çağırış edilib

14:45
02 Yanvar

Ötən il Türkiyənin tarixi məkanları 33 milyondan çox ziyarətçi qəbul edib

14:39
02 Yanvar

Ağsu dolaylarında hərəkət çətinləşib

13:59
02 Yanvar

Qarlı hava ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri gücləndirilib

13:41
02 Yanvar

Şahbuz rayonunun Biçənək kəndinə 43 santimetr qar yağıb

12:48
02 Yanvar

Şəhid general-mayor Polad Həşimov və mayor Murad Məmmədovun xatirələri anılıb

11:39
02 Yanvar

Bakı-Şamaxı yolu buz bağlayıb

11:37
02 Yanvar

Faktiki hava: Azərbaycanın əksər bölgələrində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur

11:13
02 Yanvar

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun doğum günüdür

11:02
02 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!