18 Avqust 2026 10:34
227
Təhsil
A- A+
Salyanlı 20 məzun 600-dən çox bal toplayıb

Salyanlı 20 məzun 600-dən çox bal toplayıb


Salyanda bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan məzunlarla və respublika fənn olimpiadalarının qalibləri ilə görüş keçirilib. 

Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov onları təbrik edib, hər birinə uğurlar arzulayıb. RİH başçısı dövlət başçısının təhsilə olan diqqət və qayğısından söz açaraq təhsil sahəsində görülən işlərdən, qarşıya qoyulan məqsədlərdən, həyata keçirilən ardıcıl və davamlı tədbirlərdən, ölkəmizdə, o cümlədən Salyanda son illər təhsilin inkişafında qazanılan uğurlardan danışıb. 

Ali məktəblərə yüksək bal toplayaraq tələbə adını qazanan məzunlar çıxışlarında bundan sonra da daha fəal çalışaraq ölkəmizə layiqli vətəndaş kimi yetişəcəklərinə söz veriblər. 

Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 20 məzunu müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstəriblər. Məzunlardan 21 nəfər fərqlənmə, 1 nəfər isə xüsusi nümunəli attestat (1 qızıl nişan) alıb. 

Respublika fənn olimpiadalarının qalibləri olan Mətin Bahadırlı, Əkbər Qəniyev və Mirəşrəf Rzalı gümüş medala layiq görülüblər. Rayonun məktəblilərindən 6 nəfərdən ibarət "Zəkalılar" yığma komandası Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan "Zəkaların mübarizəsi II"  respublika olimpiadasında II yerə layiq görülüb.     


S.CAVADOV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Moskva vilayətində 150-dən çox PUA vurulub, üç nəfər xəsarət alıb

11:11
18 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

11:10
18 Avqust

Bakıda axşam konsertləri davam edir

11:10
18 Avqust

Neft qiymətləri iyulun sonundan bəri ən yüksək səviyyəyə çatıb

11:09
18 Avqust

Hər yay susuzluqdan əziyyət çəkirik

11:07
18 Avqust

Əmirəli kişinin əməl dünyası

11:05
18 Avqust

Avtobus xəttinin uzadılması işimizi Asanlaşdırardı

11:00
18 Avqust

Daş küçələrdə yaşayan tarix və sənətkarlıq

10:55
18 Avqust

Sağlam cəmiyyət nümunəsi ailədən başlayır

10:50
18 Avqust

Sakinlərimizin müraciəti nəticəsiz qalmadı

10:48
18 Avqust

Misin qiyməti bu il 13 faizdən çox artıb

10:46
18 Avqust

DİM: İndiyədək 70 mindən çox abituriyent ixtisas seçimi edib

10:45
18 Avqust

Hər qarışı qəhrəmanlıq olan torpaq

10:41
18 Avqust

Salyanlı 20 məzun 600-dən çox bal toplayıb

10:34
18 Avqust

Ötən ayların nəticələrini qazaxlı fermerlər üçün uğurlu hesab etmək olar

10:27
18 Avqust

Qızıl və gümüşün qiymətləri ucuzlaşıb

10:20
18 Avqust

Yeni dövlət proqramının icrası çərçivəsində pambıqçı fermerlərin təklifləri dinlənilib

10:20
18 Avqust

Neft qiymətləri bahalaşır

10:18
18 Avqust

Bölgələrdə yanğına səbəb olan üç nəfər məsuliyyətə cəlb olunub

10:16
18 Avqust

Azərbaycan nefti 91,31 dollara satılır

10:15
18 Avqust

Bu il də Gədəbəydə kartof boldur

10:13
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!