18 Avqust 2026 08:20
3388
SİYASƏT
A- A+
Qlobal nüfuzun təzahürü 

Qlobal nüfuzun təzahürü 


G20 sammitinə Azərbaycan Prezidentinin dəvət olunması Bakının qlobal siyasət və iqtisadiyyat xəritəsindəki yerini göstərir


Azərbaycanın xarici siyasət kursu regional sərhədləri aşaraq qlobal miqyasda həlledici nüfuz qazanıb. Bu gün ölkəmiz yalnız Cənubi Qafqazın deyil, Avrasiyanın vacib nəqliyyat, enerji və "yaşıl keçid" qovşağı kimi qlobal siyasi masada aparıcı mövqeyə sahibdir. Bu nüfuzun ən bariz göstəricisi Azərbaycanın dünyanın ən nəhəng iqtisadiyyatlarını bir araya gətirən G20 sammitinə dəvət edilməsidir.


Azərbaycan modeli 


ABŞ Prezidenti Donald Tramp tərəfindən Prezident İlham Əliyevin cari il dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunması Bakının qlobal siyasət və iqtisadiyyat xəritəsindəki yerini köklü şəkildə dəyişən geostrateji hadisədir.

Mayamidə keçiriləcək G20 sammitinə Azərbaycanın dəvət olunması, sadəcə, növbəti tədbir deyil, ölkəmizin qlobal çəkisinin beynəlxalq səviyyədə qəbuludur.

G20 sammiti dünyanın ən böyük 20 iqtisadiyyatını qərarlar qəbul etdiyi platformadır. Bakının bura dəvəti göstərir ki, Vaşinqton və digər aparıcı paytaxtlar Azərbaycanı qlobal problemlərin həllinə töhfə verən güc mərkəzi kimi görürlər.  

Həmçinin Birləşmiş Ştatların təşkilatçılığı ilə baş tutacaq bu sammitə məhdud sayda qonaq ölkənin nümayəndəsinin dəvət edilməsi Azərbaycanın regional çərçivədən çıxaraq qlobal miqyasda aparıcı aktora çevrildiyini nümayiş etdirir.

Ölkəmizin Böyük İyirmiliyə  dəvəti təsadüfi diplomatik jest deyil. Vətən müharibəsində ərazi bütövlüyünü və suverenliyini bərpa edərək yeni geosiyasi reallıq yaradan Azərbaycan regiona davamlı sülh və qarşılıqlı iqtisadi inteqrasiya modeli gətirib. 

Ötən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin paraflanması, Birgə Bəyannamənin imzalanması Cənubi Qafqazda onilliklər sürən münaqişəyə son qoydu. 

ABŞ-nin də fəal dəstəklədiyi regional bağlantı layihəsi TRIPP marşrutu üzrə (Zəngəzur dəhlizi) Azərbaycan ərazisindəki nəqliyyat infrastrukturunun qurulması ilə bağlı işlər artıq yekunlaşmaq mərhələsindədir. Bu marşrut "Şərq-Qərb" ticarət dövriyyəsində ölkəmizi əvəzolunmaz edir. 

Cari il avqustun 8-də Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı da bu tarixi dönüşün rəsmi təsdiqi oldu. 

Söhbət zamanı Vaşinqton Zirvə görüşünün ildönümü münasibətilə məmnunluq ifadə olunub, Vaşinqton sülh zirvəsi və ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin paraflanmasının regionda münaqişəyə son qoyduğu və sülhü təsbit etdiyi vurğulanıb.

Həmçinin TRIPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ərazisində nəqliyyat infrastrukturu işlərinin başa çatmaq mərhələsində olduğu bildirilib.

Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib.

Dövlətimizin başçısı G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib. Bu, ölkəmizə olan xoş münasibətin təzahürü kimi qiymətləndirilib.

Bu ilin əvvəlində Azərbaycan ilə ABŞ arasında imzalanmış "Strateji Tərəfdaşlıq Xartiyası" iki ölkə münasibətlərini keyfiyyətcə yeni yüksək səviyyəyə qaldırıb. Ağ Evin Bakını qlobal iqtisadi platformaya dəvət etməsi bu strateji tərəfdaşlığın praqmatik müstəvidə təzahürüdür.


Sülhü təmin edən ölkə 


Azərbaycanın diplomatik uğurları illər boyu ardıcıllıqla həyata keçirilən məqsədyönlü xarici siyasət strategiyasının məntiqi nəticəsidir. Rəsmi Bakı BMT Təhlükəsizlik Şurasından başlayaraq, Qoşulmama Hərəkatı və D-8 kimi nəhəng platformalara qədər uzanan yolda özünü, sadəcə, fəal iştirakçı kimi deyil, qlobal problemlərin həllinə real töhfələr verən təşəbbüskar dövlət kimi təsdiqləyib. Təşkilatlara uğurlu sədrlik təcrübəsi, beynəlxalq hüququn aliliyini müdafiə edən qətiyyətli mövqe və qlobal böhranlar zamanı nümayiş etdirilən liderlik Azərbaycanı dünya siyasətinin etibarlı tərəfdaşına çevirib.

Xüsusilə Cənubi Qafqazda formalaşan yeni geostrateji reallıqlar ölkəmizin beynəlxalq müstəvidəki çəkisini köklü şəkildə artırıb. İşğala son qoyulması, ardınca isə Vaşinqton sülh prosesi çərçivəsində atılan tarixi addımlar göstərdi ki, Azərbaycan regionda təhlükəsizliyin və sabitliyin əsas təminatçısıdır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Cənubi Qafqaz qarşıdurma məkanından Şərqlə Qərb, Şimal ilə Cənub arasında mühüm iqtisadi-logistik əməkdaşlıq qovşağına transformasiya olunub.

Məhz bu regional liderlik, genişlənən nəqliyyat-enerji infrastrukturu və sülh gündəliyinə verilən strateji töhfələr ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycanın G20 Mayami sammitinə dəvət edilməsini şərtləndirən başlıca amillərdir. Bu mötəbər platformaya dəvət göstərir ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan müasir dünya nizamında rolu olan, şərtləri diktə edən və sülhü təmin edən aparıcı dövlətdir.

Mayami sammiti Azərbaycan üçün təkcə iqtisadi müzakirələr meydanı deyil, həm də Vaşinqton sülh gündəliyinin nəticələrini qlobal səviyyədə təqdim etmək və Trans-Xəzər geoiqtisadi layihələrini birbaşa dünyanın ən böyük iqtisadiyyatlarının gündəliyinə inteqrasiya etmək üçün unikal imkandır.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 “Kontakt Home” və “Tam Store”la bağlı protokol tərtib edilib

14:40
22 Sentyabr

Tunis Azərbaycan neftinə daha çox üz tutdu: ixracda kəskin artım

14:40
22 Sentyabr

Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır

14:27
22 Sentyabr

Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub  

14:21
22 Sentyabr

Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür

14:19
22 Sentyabr

Prezident İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir

14:12
22 Sentyabr

Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib YENİLƏNİB 

14:00
22 Sentyabr

IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

13:49
22 Sentyabr

Böyük Qayıdış: Daha 35 ailə Xankəndi, Xocalı və Ağdərəyə qayıdıb

13:24
22 Sentyabr

Şükürbəylidə daha 24 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

13:22
22 Sentyabr

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib 

13:17
22 Sentyabr

Türkiyədə məktəbin qarşısında silahlı insident: 10 nəfər yaralanıb – YENİLƏNİB 

13:15
22 Sentyabr

“Apple” ağıllı evlər üçün yeni cihaz hazırlayır  

13:08
22 Sentyabr

“Anglo Asian Mining” qızıl hasilatı proqnozunu niyə aşağı saldı?

12:54
22 Sentyabr

IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına

12:33
22 Sentyabr

Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər 

12:26
22 Sentyabr

Özbəkistan Xəzər dənizindəki limanlarda logistika infrastrukturunun yaradılımasına böyük əhəmiyyət verir  

12:01
22 Sentyabr

Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək  

11:49
22 Sentyabr

Ötən gün 51 cinayətin açılması təmin olunub

11:43
22 Sentyabr

Havada normadan artıq toz müşahidə olunur

11:41
22 Sentyabr

Yuri Lujkovun xatirə axşamında Prezident İlham Əliyevin müraciətinin mətni oxunub

11:40
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!