18 Avqust 2026 10:27
210
İQTİSADİYYAT
A- A+
Ötən ayların nəticələrini qazaxlı fermerlər üçün uğurlu hesab etmək olar

Ötən ayların nəticələrini qazaxlı fermerlər üçün uğurlu hesab etmək olar


Qazaxda kənd təsərrüfatının, demək olar ki, bütün sahələri üzrə hər il yüksək göstəricilərə nail olunur. Rayonda heyvandarlıq, taxılçılıq, kartofçuluq, meyvəçilik, baramaçılıq inkişaf edir. 

Rayon üzrə bu ilin məhsulu üçün payızlıq və yazlıq olmaqla 11732,8 hektarda taxıl əkilmişdir. Onun 6950 hektarı arpa, 4782,8 hektarı buğdadır. Artıq taxıl biçini başa çatıb, zəmilərdən 39 min 214,5 ton məhsul yığılmışdır. Bunun 16 min 835,5 tonu buğda, 22 min 379 tonu arpadır. 

Qazaxda meyvəçiliyə maraq çoxdur. 1672 hektardan 432,3 hektarı fındıq, 40,8 hektarı albalı, 42,6 hektarı alça, 152,8 hektarı alma, 86,5 hektarı armud, 14 hektarı badam, 24,6 hektarı əncir, 28,3 hektarı heyva, 239,4 hektarı ərik, 8,9 hektarı əzgil, 93,5 hektarı nar, 75,5 hektarı gilas, 47,8 hektarı qoz, 76,1 hektarı şaftalı, 157,8 hektarı xurma, 60,6 hektarı zoğal, 48 hektarı gavalı, 33,1 hektarı isə giləmeyvə bağlarıdır. Həmin bağlardan da hər il bol məhsul götürülür. Bağbanların qazancları da az olmur. O üzdən təkcə bu ilin 6 ayı ərzində 84,8 hektar olmaqla 7,5 hektar ərik, 30 hektar xurma, 20 hektar şaftalı, 2 hektar armud, 17 hektar fındıq, 2 hektar qoz, 2 hektar gilas, 4,3 hektar yeni üzüm bağı salmışlar. Yeni salınmış meyvə və üzüm bağlarının 38,63 hektarı müasir suvarma sistemləri ilə təchiz edilmişdir. Yeri gəlmişkən qeyd edək ki, 9 sahibkar tərəfindən 8,9 hektarda müasir konstruksiyalı istixanalar yaradılmışdır. Onlar bu işə qol qoymalarından peşman deyillər. Deyirlər ki, belə getsə, işlərini genişləndirəcəklər. 

Son illər rayonda baramaçılıq da inkişaf edir. Kümçülər keçən il 1200 kiloqram əvəzinə, 1455,8 kiloqram barama istehsalına nail olmuşlar. Onlar cari il bu rəqəmi hətta 1833,8 kiloqrama çatdırmışlar. 

Cari ilin 6 ayına olan son məlumata görə, rayon üzrə qaramalın baş sayı 29,5 minə, davarın baş sayı isə 128 minə çatmışdır. Bu dövrdə  2597,7 ton ət (diri çəkidə), 16471,6 ton süd istehsal olunmuşdur. Heyvanların cins tərkibinə gəldikdə, 6 ayda 113 baş heyvanda süni mayalanma aparılmış, 84 baş sağlam bala alınmışdır. 


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Moskva vilayətində 150-dən çox PUA vurulub, üç nəfər xəsarət alıb

11:11
18 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

11:10
18 Avqust

Bakıda axşam konsertləri davam edir

11:10
18 Avqust

Neft qiymətləri iyulun sonundan bəri ən yüksək səviyyəyə çatıb

11:09
18 Avqust

Hər yay susuzluqdan əziyyət çəkirik

11:07
18 Avqust

Əmirəli kişinin əməl dünyası

11:05
18 Avqust

Avtobus xəttinin uzadılması işimizi Asanlaşdırardı

11:00
18 Avqust

Daş küçələrdə yaşayan tarix və sənətkarlıq

10:55
18 Avqust

Sağlam cəmiyyət nümunəsi ailədən başlayır

10:50
18 Avqust

Sakinlərimizin müraciəti nəticəsiz qalmadı

10:48
18 Avqust

Misin qiyməti bu il 13 faizdən çox artıb

10:46
18 Avqust

DİM: İndiyədək 70 mindən çox abituriyent ixtisas seçimi edib

10:45
18 Avqust

Hər qarışı qəhrəmanlıq olan torpaq

10:41
18 Avqust

Salyanlı 20 məzun 600-dən çox bal toplayıb

10:34
18 Avqust

Ötən ayların nəticələrini qazaxlı fermerlər üçün uğurlu hesab etmək olar

10:27
18 Avqust

Qızıl və gümüşün qiymətləri ucuzlaşıb

10:20
18 Avqust

Yeni dövlət proqramının icrası çərçivəsində pambıqçı fermerlərin təklifləri dinlənilib

10:20
18 Avqust

Neft qiymətləri bahalaşır

10:18
18 Avqust

Bölgələrdə yanğına səbəb olan üç nəfər məsuliyyətə cəlb olunub

10:16
18 Avqust

Azərbaycan nefti 91,31 dollara satılır

10:15
18 Avqust

Bu il də Gədəbəydə kartof boldur

10:13
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!