18 Avqust 2026 10:41
1187
Oxucu məktubları
A- A+
Hər qarışı qəhrəmanlıq olan torpaq

Hər qarışı qəhrəmanlıq olan torpaq


Şuşaya qədəm qoyduğumuz  andan qəlbimizdə sözlə ifadə edilməsi çətin olan böyük bir qürur və həyəcan hissi yarandı. Bu müqəddəs torpağın hər qarışında Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın izi və şücaəti duyulur. Şuşanın azadlığı xalqımızın illərlə yaşatdığı böyük arzunun və igid əsgərlərimizin misilsiz qəhrəmanlığının nəticəsidir. 

Burada şəhidlərimizin ruhunu yad edərkən onların Vətən üçün göstərdikləri fədakarlığın böyüklüyünü bir daha dərk edirsən. Bütün bunlar əbədi vətən sevgisinin canlı nümunəsidir.

Bu gün Şuşanın küçələrində həyatın yenidən canlanması, aparılan quruculuq və abadlıq işləri insana böyük sevinc bəxş edir. Tarixi abidələrin bərpası, küçələrin təmiri və yeni infrastruktur layihələrinin həyata keçirilməsi Şuşanın sabahının daha abad olacağından xəbər verir. Sanki şəhər illərin sükutundan sonra yenidən nəfəs alır və öz qədim əzəmətinə qovuşur. Burada görülən hər bir iş gələcəyə inamımızı və torpaqlarımıza bağlılığımızı daha da gücləndirir. Məşhur İsa bulağının suyundan içmək, Cıdır düzünü seyr etmək, vətənləşən torpağı dolaşmaqdan gözəl duyğu yoxdur.  

Bu əsrarəngiz məkanda olmaq bizə  bir daha göstərdi ki, bu torpaqların hər qarışı bizim tariximiz, qəhrəmanlığımız və milli qürurumuzdur.

Şuşadan, Xankəndidən ayrılarkən ürəyimizdə yalnız bir arzu vardı: qoy bu gözəl şəhərlər daim abad olsun, burada insanların gülüşü eşidilsin və bayrağımız əbədi dalğalansın!


Rəşad İSMAYILOV,

Göyçay şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Neftçalanın Şirvanlı kəndində Xəzərin sahili təmizliyə çıxdı

11:05
09 Sentyabr

Hindular Eyfeli ziyarət zamanı orada çalışan qadın işçiləri görmək istəməyiblər

11:00
09 Sentyabr

Mahir vokal ifaçısı

10:55
09 Sentyabr

İsrafdan uzaq olaq 

10:50
09 Sentyabr

Gədəbəyin balı da adı ilə tanınır

10:45
09 Sentyabr

Əmin-amanlıq, diqqət və firavanlıq

10:40
09 Sentyabr

Əlilliyi olan şəxslər Qubaya səfər ediblər

10:35
09 Sentyabr

"Conder"lər start xəttindədir

10:30
09 Sentyabr

Onlayn kreditlər və hüquqi məsuliyyət - Ali Məhkəmədən vətəndaşlara tövsiyələr

10:20
09 Sentyabr

DİN AMERİPOL-da müşahidəçi statusu qazanıb

10:10
09 Sentyabr

Süni intellekt səhiyyənin sərhədlərini genişləndirir

10:00
09 Sentyabr

Ümid ünvanı

09:50
09 Sentyabr

Azərbaycanın gələcək mühəndislərinə BP-nin növbəti hədiyyəsi

09:40
09 Sentyabr

1100-dən çox işçiyə uşağının doğulması ilə bağlı ödənişli atalıq məzuniyyəti verilib

09:30
09 Sentyabr

Bakı, Naxçıvan və Gəncə hava limanları 8 ayda 5,7 milyondan çox sərnişinə xidmət göstərib

09:20
09 Sentyabr

Dövlət büdcəsinin gəlirləri proqnozu 3 faiz üstələyib

09:10
09 Sentyabr

Yeni subsidiya mexanizmləri aqrar sektorda daha böyük imkanlara qapı açır

09:00
09 Sentyabr

Gələcəyə doğru...

08:50
09 Sentyabr

Rəqəmsallaşma müəlliflik hüququnun sonu yox, yeni mərhələsidir

08:40
09 Sentyabr

TBMM-in nümayəndə heyəti Milli Məclisdə 

08:30
09 Sentyabr

Revanşistlərin ucuz şousu

08:20
09 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!