30 Sentyabr 2026 08:00
3052
SİYASƏT
A- A+
Əməkdaşlıq, dialoq və etimad ünvanı

Əməkdaşlıq, dialoq və etimad ünvanı


Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizin qlobal nüfuzunun, aparıcı mövqeyinin və birləşdirici rolunun əyani təzahürüdür 


Beynəlxalq təhlükəsizlik sisteminin zəiflədiyi, dünyanın qeyri-müəyyən mərhələyə qədəm qoyduğu bir dövrdə dialoq və əməkdaşlıq imkanlarının açıq saxlanılması zərurətə çevrilib. Siyasi qarşıdurmaların, regional münaqişələrin və iqtisadi təlatümlərin kəskinləşdiyi mürəkkəb şəraitdə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, prinsipial və çoxşaxəli xarici siyasət kursu sayəsində Azərbaycan beynəlxalq miqyasda etimadın, sülhün və çoxtərəfli əməkdaşlığın formalaşmasına önəmli töhfələr verməkdədir. 

Dünyanın bir çox ölkəsi, aparıcı beynəlxalq təşkilatlar, beyin mərkəzləri və transmilli şirkətlər Bakını açıq dialoq, strateji tərəfdaşlıq və ən etibarlı platforma kimi qəbul edirlər. Çünki Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu ideoloji və mədəni müstəvidə bir araya gətirmək bacarığına sahibdir. 

Bu önəmli missiyanın məntiqi tərkib hissəsi kimi sentyabrın 25-26-da Bakıda keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin qlobal iqtisadi proseslərdə fəal iştirakını və sürətlə artan investisiya imkanlarını növbəti dəfə bütün dünyaya bariz şəkildə nümayiş etdirdi. "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda təşkil olunan mötəbər forum müasir dövrdə iqtisadi sabitliyin, qarşılıqlı etimadın və regional əməkdaşlığın bərpasının nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini bir daha önə çıxardı. Tədbirdə iştirak edən və moderatorun suallarını ətraflı cavablandıran dövlətimizin başçısı vurğuladı ki, iqtisadiyyatın müxtəlif nəhəng və aparıcı sektorlarını təmsil edən bir çox beynəlxalq şirkətlərin Azərbaycanı etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi qəbul etməsi faktı mövcud reallıqların təməlidir.

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın iqtisadi inkişaf modelinin əsas istiqamətlərini, ölkənin artan investisiya imkanlarını, Orta dəhliz çərçivəsində nəqliyyat potensialını, energetika siyasətini və Cənubi Qafqazda formalaşan yeni geoiqtisadi reallıqları tam əhatə edərək xarici tərəfdaşlara gələcək əməkdaşlığın aydın yol xəritəsini təqdim etdi. Ümumiyyətlə, bu forum Azərbaycanın yeni iqtisadi reallıqlar fonunda investisiya, "yaşıl enerji", nəqliyyat-logistika və digər perspektivli sahələr üzrə malik olduğu böyük potensialın beynəlxalq investorlar qarşısında təqdim edilməsi baxımından xüsusi əhəmiyyətli oldu. 

Əlbəttə, ölkəmizin beynəlxalq münasibətlər sistemində qazandığı böyük etimad və nüfuz məqsədyönlü və uzaqgörənliklə həyata keçirilən təşəbbüslərin nəticəsidir. 12 mart 2026-cı il tarixində Bakıda təşkil olunan və "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusuna həsr edilən XIII Qlobal Bakı Forumu mürəkkəb siyasi proseslərin, dərinləşən qütbləşmələrin və risklərin müzakirə edildiyi ən nüfuzlu qlobal platformalardan biri kimi diqqət mərkəzində oldu. Dünyanın müxtəlif ölkələrindən tanınmış siyasətçiləri, sabiq dövlət və hökumət başçılarını, beynəlxalq təşkilat nümayəndələrini və aparıcı ekspertləri bir araya gətirən forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyanın qarşılaşdığı geosiyasi çağırışlar, beynəlxalq əməkdaşlığın perspektivləri və yeni dünya nizamının formalaşması barədə mühüm mülahizələrini səsləndirdi. Dövlətimizin başçısının vurğuladığı kimi, beynəlxalq hüququn selektiv tətbiqi, əməkdaşlıq mexanizmlərinin zəifləməsi və dövlətlər arasında artan rəqabət etimad böhranını dərinləşdirir. Prezident İlham Əliyev xüsusi olaraq diqqətə çatdırdı ki, qlobal problemlər və fikir ayrılıqları yalnız açıq dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq yolu ilə həll edilə bilər. Məhz Azərbaycanın bu mövqeyi ölkəmizi qlobal miqyasda aparıcı təşəbbüskar mərkəzə çevirib. 

Siyasi və iqtisadi dialoqla yanaşı, Azərbaycan qlobal təhlükəsizlik arxitekturasının yeniden formalaşdırılması, təhdidlərə qarşı mübarizə işinə də töhfələr verməkdədir. Beynəlxalq təhlükəsizlik sisteminin ciddi sınaqlarla üz-üzə qaldığı bir zamanda Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə Bakıda keçirilən IV Bakı Təhlükəsizlik Forumu öz miqyası və əhatə dairəsi ilə qlobal əhəmiyyətli hadisə kimi diqqəti cəlb etdi. Dünya ölkələrinin xüsusi xidmət və təhlükəsizlik orqanları üçün dialoq platformasına çevrilən bu foruma 600-ə yaxın nümayəndənin qatılması Bakı platformasına olan beynəlxalq etimadın ən yüksək səviyyədə olduğunu növbəti dəfə təsdiqlədi. Bu forum bir daha göstərdi ki, Azərbaycan qlobal təhlükəsizlik risklərinin qiymətləndirilməsində və birgə mübarizə mexanizmlərinin işlənməsində birləşdirici və əlaqələndirici rol oynayır. 

Azərbaycanın evsahibliyi etdiyi beynəlxalq tədbirlər iqlim dəyişikliyi ilə mübarizədən tutmuş şəhərsalma, mədəniyyət, humanitar diplomatiya və mənəvi irsin qorunmasına qədər ən müxtəlif strateji sahələri əhatə edir. Qlobal iqlim diplomatiyasının zirvəsi sayılan COP29-dan sonra BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ölkəmizdə uğurlu təşkili, müntəzəm olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkil edilən Zirvə görüşləri beynəlxalq ictimaiyyətin Azərbaycanın təşkilatçılıq qabiliyyətinə və vasitəçilik missiyasına verdiyi böyük qiymətin sübutudur. Bununla yanaşı, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans ölkəmizin öz tarixi-mənəvi irsinə sadiqliyi ilə yanaşı, türk dünyası və islam aləmində mənəvi həmrəyliyi yüksək səviyyədə təmin etdiyini də ortaya qoydu. 

Bütün bu mühüm forumlar, beynəlxalq konfranslar, iqtisadi və təhlükəsizlik platformaları Azərbaycanın sadəcə qlobal tədbirlərə evsahibliyi edən coğrafi məkan olmadığını, eyni zamanda qlobal ideyaların müəllifi, sülhün, təhlükəsizliyin, iqtisadi bağlantıların və sivilizasiyalararası dialoqun fəal təşəbbüskarı olduğunu təsdiqləyir. Ziddiyyətlərin kəskinləşdiyi dövrdə tərəfdaşlıq üçün Bakının seçilməsi, fərqli siyasi qütblərin və nəhəng investorların ölkəmizdə bir araya gələrək əməkdaşlıq yollarını müzakirə etməsi Azərbaycan dövlətinin artan nüfuzunun, Prezident İlham Əliyevin beynəlxalq miqyasda qəbul olunan liderliyinin əyani göstəricisidir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

02:30
29 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:28
29 Oktyabr

"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" İnformasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə

02:27
29 Oktyabr

"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında əsasnamə  

02:24
29 Oktyabr

“İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunmadığı əməliyyatların və şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında

02:22
29 Oktyabr

“Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

02:21
29 Oktyabr

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 376-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:19
29 Oktyabr

“Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”nın və “Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:18
29 Oktyabr

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və bəzi sərəncamlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 fevral tarixli 604 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:16
29 Oktyabr

Xankəndidə MDB ölkələrinin rəqabət siyasəti üzrə birgə fəaliyyətinin yeni istiqamətləri müəyyənləşdirilib  

22:33
28 Oktyabr

Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib  

22:05
28 Oktyabr

BIAF-2026: İncəsənət bayramı paytaxta qayıdıb  

21:30
28 Oktyabr

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib YENİLƏNİB

21:27
28 Oktyabr

Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib

20:10
28 Oktyabr

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb  

20:07
28 Oktyabr

Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

20:05
28 Oktyabr

Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub

20:03
28 Oktyabr

Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram  

19:09
28 Oktyabr

Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasına qoşulub

18:58
28 Oktyabr

Azərbaycan XİN İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib  

18:57
28 Oktyabr

Beynəlxalq Cinayət Məhkəməsi yeni baş prokurorunu 2027-ci ilin dekabrında seçəcək  

18:47
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!