30 Sentyabr 2026 09:00
5176
SİYASƏT
A- A+
“Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!"

“Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!"


2020-ci il sentyabrın 27-si Azərbaycan xalqının yaddaşına təkcə müharibənin başlandığı tarix kimi deyil, həm də illərlə ürəklərdə yaşadılan Qarabağ həsrətinin böyük bir ümidə çevrildiyi gün kimi həkk olundu. Həmin səhər cəbhədən gələn xəbərlər milyonlarla insanın diqqətini eyni istiqamətə yönəltdi. Yaşından, peşəsindən, yaşadığı məkandan asılı olmayaraq, hər kəsin düşüncəsində bir arzu vardı: işğal altında qalan torpaqlarımız azad edilsin, doğma yurdlarından didərgin düşmüş insanlar öz evlərinə qayıtsınlar. Otuz ilə yaxın davam edən ayrılığın sona çatacağına inam xalqı bir amal ətrafında birləşdirmişdi. Ön cəbhədə Azərbaycan əsgəri döyüşür, arxa cəbhədə isə bütün ölkə onun qələbəsi üçün səfərbər olurdu. Hər evdən yüksələn dualar, əsgərlərə göndərilən məktublar, göstərilən mənəvi dəstək xalqın həmrəyliyinin ifadəsinə çevrilmişdi.

Bu gün həmin tarixi hadisələrdən altı il ötür. Zaman keçdikcə Vətən müharibəsinin yalnız hərbi-siyasi nəticələri deyil, xalqımızın mənəvi dünyasında yaratdığı dəyişikliklər də daha aydın görünür. O günlərdə dilə gətirilən arzuların bir çoxu artıq gerçəkliyə çevrilib. Bir vaxtlar yalnız xatirələrdə yaşayan şəhər və kəndlərimizdə həyat yenidən qurulur, doğma yurdlarına qayıdan insanların sevincinə şahidlik edirik. Lakin bu günün dəyərini anlamaq üçün müharibənin davam etdiyi günlərdə yaşanan hissləri, xalqın nümayiş etdirdiyi birliyi və qələbəyə olan inamı daim xatırlamaq vacibdir.

Müharibənin ilk günlərindən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əks-hücum əməliyyatları xalqın qələbə əzmini daha da gücləndirdi. Cəbhədən gələn hər bir uğurlu xəbər illərlə həsrətində olduğumuz torpaqlara qovuşmaq ümidini artırırdı. Həmin günlərdə Azərbaycan cəmiyyətində müşahidə olunan həmrəylik yalnız sözlə ifadə edilən birlik deyildi. İnsanlar imkanları daxilində orduya dəstək göstərir, şəhid ailələrinin, hərbi qulluqçuların yaxınlarının yanında olmağa çalışırdılar. Xaricdə yaşayan soydaşlarımız da Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəallıq nümayiş etdirirdilər. Müharibənin gedişində xalqın iradəsi ilə ordunun mübarizəsi bir-birini tamamlayan gücə çevrilmişdi.

Bu tarixi günlərin mənəvi ruhunu əks etdirən müraciətlərdən biri də Birinci vitse-prezident Mehriban Əliyevanın 2020-ci il sentyabrın 29-da rəsmi "Instagram" səhifəsində etdiyi paylaşım idi. Müharibənin üçüncü gününə təsadüf edən həmin müraciətdə Azərbaycanın öz ərazi bütövlüyünü müdafiə etməsi, ordumuzun apardığı mübarizə, xalqın birliyi və əsgərlərimizin salamatlığı üçün edilən dualar xüsusi yer tuturdu. Birinci vitse-prezident yazırdı: "Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!"

Həmin müraciətin məzmununda mühüm məqamlardan biri hərbi əməliyyatların davam etdiyi bir vaxtda xalqın mənəvi birliyinə verilən dəyər idi. Döyüş meydanında hər gün yeni xəbərlərin gəldiyi, əsgər və zabitlərimizin taleyinin milyonlarla insanı düşündürdüyü həmin günlərdə qələbə arzusu həm də böyük bir duaya çevrilmişdi. Mehriban xanım Əliyevanın müraciətində səslənən fikirlər bu ümumi hissləri özündə birləşdirirdi: "Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun!" Müraciətin davamında yer alan arzu isə həmin günlərdə bütün azərbaycanlıların qəlbindən keçən ən böyük diləklərdən birini ifadə edirdi: "Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin! Allah şəhidlərimizə rəhmət etsin! Qəbirləri nurla dolsun!"

Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan insanlar üçün doğma torpağa ayaq basmaq, ata-baba ocağını yenidən görmək, əzizlərinin məzarlarını ziyarət etmək ən ülvi arzular sırasında dayanırdı. Müharibənin ilk günlərində edilən həmin dua bu baxımdan yalnız bir müraciətin ifadəsi deyil, bütöv bir xalqın illərlə qəlbində yaşatdığı istəyin təcəssümü kimi yadda qaldı.

Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatları nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri, eləcə də yüzlərlə yaşayış məntəqəsi işğaldan azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması müharibənin gedişində dönüş nöqtələrindən birinə çevrildi. 2020-ci ilin sentyabrında böyük ümidlə başlanan mübarizə ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Lakin bu tarixi nəticənin arxasında əvəzsiz itkilər dayanırdı. Qarabağın azadlığı uğrunda döyüşən minlərlə igid şəhidlik zirvəsinə ucaldı. Onların hər biri bir ailənin övladı, bir ananın ümidi, bir atanın qüruru, bir övladın dayağı idi.

2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərinin nəticəsində Azərbaycanın bütün ərazisi üzərində dövlət suverenliyi tam bərpa olundu. Həmin il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisələr Vətən müharibəsi ilə başlanan tarixi prosesin növbəti mühüm mərhələsi oldu.

Bu gün isə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri illər əvvəl dilə gətirilən arzulara yeni məzmun qazandırır. Bir zamanlar yalnız xatirələrdə yaşayan ünvanlarda yeni yaşayış məhəllələri salınır, yollar çəkilir, sosial obyektlər tikilir. Ağdamda, Laçında, Füzulidə, Şuşada, Kəlbəcərdə və digər yaşayış məntəqələrində həyata keçirilən qayıdış prosesi keçmiş məcburi köçkünlərin həyatında yeni səhifə açır. Doğma torpağına qovuşan insanların sevincində həm də otuz ilə yaxın davam edən ayrılığın ağrısı duyulur. 

Altı il əvvəl Mehriban Əliyevanın etdiyi duanın mənası bu gün daha dərindən hiss olunur. O zaman Qarabağ torpağını öpmək bir arzu idisə, indi həmin torpaqlara qayıdan insanlar üçün yaşanan gerçəklikdir. Vaxtilə evlərinin açarını illərlə qoruyub saxlayan, övladlarına heç görmədikləri kəndlərin, şəhərlərin ünvanlarını öyrədən insanların bir qismi artıq öz doğma yurdlarında yeni həyata başlayıblar. Bu qayıdış təkcə insanların bir yaşayış yerindən digərinə köçməsi deyil, illərlə qırılmış həyat bağlarının yenidən bərpası, nəsillər arasında mənəvi əlaqənin davam etdirilməsidir.

Vətən müharibəsinin altıncı ildönümü həm də xalqımızın 2020-ci ilin payızında nümayiş etdirdiyi birliyi xatırlamaq üçün mühüm tarixdir. Həmin 44 gündə milyonlarla insanın diqqəti eyni xəbərlərə yönəlmiş, sevinci də, kədəri də ortaq olmuşdu. Qələbəyə aparan yol xalqın iradəsi, ordunun fədakarlığı və Vətən sevgisi ilə müşayiət edilmişdi. Bu gün həmin birliyin mənəvi mirasını qorumaq, şəhid ailələrinə diqqəti davam etdirmək, müharibənin tarixi həqiqətlərini gələcək nəsillərə çatdırmaq xüsusi əhəmiyyət daşıyır.

İndi Qarabağın azad edilmiş şəhər və kəndlərində dalğalanan üçrəngli bayrağımız, doğma yurduna qayıdan insanların sevinci, yenidən qurulan həyat altı il əvvəl edilən duaların necə böyük məna daşıdığını xatırladır. O günlərdə xalqımızın ən böyük diləyi torpaqlarımızın azadlığı, əsgərlərimizin sağ-salamat qayıtması və əzəli yurd yerlərimizə dönüş ilə bağlı idi. Bir zamanlar həsrətlə dillənən Qarabağ arzusu indi gerçəkləşən qayıdışın, əbədi minnətdarlığın və şəhidlərimizə verilən sədaqət sözünün ifadəsidir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı nəzərdən keçirilib

16:42
22 Oktyabr

Azərbaycan orta güc mərkəzinə çevrilir  

16:33
22 Oktyabr

Nazir: Qızların təhsilinə yatırılan maliyyə vəsaiti uzunmüddətli perspektivdə cəmiyyətin inkişafı deməkdir  

16:26
22 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma  

16:24
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!