29 Sentyabr 2026 21:39
489
CƏMİYYƏT
A- A+
Bakıda Slovakiyanın milli bayramı - Konstitusiya Günü qeyd olunub

Bakıda Slovakiyanın milli bayramı - Konstitusiya Günü qeyd olunub



Sentyabrın 29-da Slovakiyanın milli bayramı - Konstitusiya Günü münasibətilə Bakıda tədbir keçirilib. 

AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirdə çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova bu əlamətdar gün münasibətilə Prezident İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb. Spiker bildirib ki, ölkə rəhbərlərinin siyasi iradəsi və ikitərəfli əlaqələrə ardıcıl yanaşması sayəsində Azərbaycan-Slovakiya münasibətləri qısa müddət ərzində ən yüksək səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 

Spiker Sahibə Qafarova bildirib ki, bu gün fəal siyasi dialoqa əsaslanan ikitərəfli əlaqələr müxtəlif istiqamətlər üzrə gündən-günə genişlənməkdədir. İqtisadi-ticari, energetika, qarşılıqlı investisiya qoyuluşu, hərbi-texniki, mədəniyyət, təhsil, parlamentlərarası əlaqələr üzrə əməkdaşlığımız müsbət inkişaf dinamikası ilə fərqlənir. 

Qeyd olunub ki, möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Slovakiya dostluq və strateji tərəfdaşlıq münasibətləri qarşıdakı illərdə də uğurla inkişaf edəcək, xalqlarımızın tərəqqisinə xidmət edəcək. 

Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ölkələrimiz arasında münasibətlərin inkişafını qeyd edib, qarşılıqlı həyata keçirilən yüksəksəviyyəli səfərlərin və sıx təmasların əlaqələrimizin daha da genişləndirilməsinə töhfəsini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib YENİLƏNƏCƏK

13:04
23 Oktyabr

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləşmob təşkil olunub

12:55
23 Oktyabr

Sabah bəzi yerlərdə yağış yağacaq

12:50
23 Oktyabr

Ceyhun Bayramov azad edilmiş ərazilərimizdəki mina təhlükəsi barədə hindistanlı həmkarını məlumatlandırıb

12:47
23 Oktyabr

Vətən müharibəsindən sonrakı dövrdə 450-dək şəxs əvvəlki sağlamlıqlarına qovuşub

12:33
23 Oktyabr

Minskdə MDB ölkələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq

12:26
23 Oktyabr

Avropa avtomobil sənayesi dilemma qarşısında

12:22
23 Oktyabr

Bakıda enerji üzrə biznes missiyası baş tutacaq

12:17
23 Oktyabr

Magistratura və doktoranturanı bitirən zabitlərin rütbə müddəti azaldıla bilər

12:11
23 Oktyabr

Ağdamda bütün imkanlar yeni vəzifələrə hədəflənib

12:04
23 Oktyabr

Ordubadın Dırnıs və Kələki kəndlərinə gələn sel ciddi fəsadlar törədib

11:57
23 Oktyabr

KTMT-nin baş katibi Ermənistanın təşkilatdan de-fakto çıxdığını bildirib

11:50
23 Oktyabr

Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

11:43
23 Oktyabr

Şahdağda qar, Gədəbəydə dolu yağıb 

11:35
23 Oktyabr

Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib  

11:26
23 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

11:23
23 Oktyabr

Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb

11:17
23 Oktyabr

Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günü silsilə tədbirlərlə davam edir  

11:12
23 Oktyabr

Azərbaycan nefti 121 dollardan baha satılır

11:03
23 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

10:48
23 Oktyabr

Metoronun “Həzi Aslanov” stansiyasında yenidənqurma işləri başa çatıb

10:42
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!