23 Oktyabr 2026 12:26
185
DÜNYA
A- A+
Minskdə MDB ölkələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq

Minskdə MDB ölkələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq


Oktyabrın 27-də Minskdə yerləşən MDB İcraiyyə Komitəsinin qərargahında Birliyə üzv dövlətlərin qanunverici və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclası keçiriləcək.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin məlumatına istinadla xəbər verir ki, gündəliyin əsas məsələlərindən biri 7 və 9 oktyabr tarixlərində Türkmənistanda keçirilən əsas beynəlxalq forumların - Xarici İşlər Nazirləri Şurasının və MDB Dövlət Başçıları Şurasının tədbirlərinin nəticələrinin nəzərdən keçirilməsi olacaq. Diplomatlar Aşqabad sammitində qəbul edilmiş sənədlərin və əldə edilmiş əsas razılaşmaların həyata keçirilməsi üçün prioritet vəzifələri müəyyən edəcəklər.

İşçi görüş zamanı daimi səlahiyyətli nümayəndələr ali və yüksək səviyyələrdə nümayəndə heyətlərinin rəhbərləri tərəfindən irəli sürülən təşəbbüslərin həyata keçirilməsi üçün Yol Xəritəsinin gedişatını ətraflı şəkildə nəzərdən keçirəcəklər. Qiymətləndirmə siyasi, humanitar və sosial sahələrdə çoxtərəfli əməkdaşlığın bir sıra məsələlərini əhatə edəcək.

Bundan əlavə, görüş iştirakçıları MDB İcraiyyə Komitəsi ilə Avrasiya İqtisadi Komissiyası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş 2026-2030-cu illər üçün Fəaliyyət Planının icrasını təhlil edəcəklər.

Daha bir vacib gündəm maddəsi regionda seçki proseslərinin beynəlxalq müşahidəsinin təşkili olacaq. Daimi Nümayəndələr 27 yanvar 2027-ci ildə Qırğız Respublikasında keçiriləcək prezident seçkiləri üçün MDB müşahidə missiyasının rəhbəri vəzifəsinə namizədi nəzərdən keçirəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib YENİLƏNƏCƏK

13:04
23 Oktyabr

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləşmob təşkil olunub

12:55
23 Oktyabr

Sabah bəzi yerlərdə yağış yağacaq

12:50
23 Oktyabr

Ceyhun Bayramov azad edilmiş ərazilərimizdəki mina təhlükəsi barədə hindistanlı həmkarını məlumatlandırıb

12:47
23 Oktyabr

Vətən müharibəsindən sonrakı dövrdə 450-dək şəxs əvvəlki sağlamlıqlarına qovuşub

12:33
23 Oktyabr

Minskdə MDB ölkələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq

12:26
23 Oktyabr

Avropa avtomobil sənayesi dilemma qarşısında

12:22
23 Oktyabr

Bakıda enerji üzrə biznes missiyası baş tutacaq

12:17
23 Oktyabr

Magistratura və doktoranturanı bitirən zabitlərin rütbə müddəti azaldıla bilər

12:11
23 Oktyabr

Ağdamda bütün imkanlar yeni vəzifələrə hədəflənib

12:04
23 Oktyabr

Ordubadın Dırnıs və Kələki kəndlərinə gələn sel ciddi fəsadlar törədib

11:57
23 Oktyabr

KTMT-nin baş katibi Ermənistanın təşkilatdan de-fakto çıxdığını bildirib

11:50
23 Oktyabr

Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

11:43
23 Oktyabr

Şahdağda qar, Gədəbəydə dolu yağıb 

11:35
23 Oktyabr

Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib  

11:26
23 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

11:23
23 Oktyabr

Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb

11:17
23 Oktyabr

Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günü silsilə tədbirlərlə davam edir  

11:12
23 Oktyabr

Azərbaycan nefti 121 dollardan baha satılır

11:03
23 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

10:48
23 Oktyabr

Metoronun “Həzi Aslanov” stansiyasında yenidənqurma işləri başa çatıb

10:42
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!