29 Sentyabr 2026 21:28
471
SİYASƏT
A- A+
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub


Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayəndə heyətinin də iştirakını böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd edib. O, birgə tərəfdaşlığın simvolu kimi ərsəyə gələn "Mədəniyyətlər körpüsü" ("Pontes Culturae") kitabı barədə danışaraq deyib ki, bu əməkdaşlığın təməli Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva və kardinal Canfranko Ravazi tərəfindən qoyulub. Bu dostluq münasibətlərinin gələcəkdə də davam edəcəyinə ümidvarlığını bildirən Raffaella Culiani Birinci vitse-prezident Mehriban Əliyevanın işlərlə həmişə yaxından maraqlandığını xatırladıb.  Görüşdə katakombaların bərpası və digər yeni restavrasiya layihələri üzərində işin davam etdirilməsi imkanlarına toxunulub. Bu proseslərə gələcəkdə daha çox tələbənin və mütəxəssisin cəlb olunmasının nəzərdə tutulduğu, eyni zamanda Azərbaycanda yerləşən müxtəlif kilsələrdə peşəkar mütəxəssislərin çalışmasının arzuedilən olduğu bildirilib.

Müsəlman ölkəsi olan Azərbaycanın xristian irsinin bərpasındakı rolu yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu əməkdaşlıq və xüsusilə katakombaların bərpası sahəsində birgə fəaliyyət bütün dünya üçün mühüm mesajdır. Bu addım tolerantlığın, sülhün və mədəniyyətlərarası dialoqun bariz nümunəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT münaqişə zonalarındakı mülki şəxslərin qorunması üçün çağırış edib  

17:06
29 Oktyabr

Ermənistan parlamentində söz atışması böyüdü

16:39
29 Oktyabr

ABŞ-da nüvə həyəcanı

16:10
29 Oktyabr

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB 

16:08
29 Oktyabr

Avropada qazın qiyməti son 4 ilin rekordunu vurdu  

16:05
29 Oktyabr

ÜST-dən açıqlama: Ebola virusu səbəbindən minlərlə insan həyatını itirib  

16:01
29 Oktyabr

İqlim dəyişikliyi insan sağlamlığı üçün ciddi təhlükəyə çevrilib

15:59
29 Oktyabr

Donald Tramp Hörmüz boğazına öz adının verilməsini istəyir

15:54
29 Oktyabr

Bu ilin 9 ayında qeydə alınmış cinayətlərin 90,5 faizi açılıb

15:53
29 Oktyabr

Baş nazir Əli Əsədov Gürcüstanda səfərdədir

15:43
29 Oktyabr

Rusiya ordusunun Dneprdə elektrik qatarına hücumu nəticəsində 13 nəfər ölüb

15:42
29 Oktyabr

Azərbaycandan Ukraynaya işıq körpüsü  

15:38
29 Oktyabr

Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb  

15:34
29 Oktyabr

Milli həmrəylik Azərbaycanın güc mənbəyidir  

15:16
29 Oktyabr

Bizi Zəfərə aparan yol

15:13
29 Oktyabr

 Milyardların kölgəsində  

15:04
29 Oktyabr

İkili standartlardan imtina suverenliyə hörmətlə birbaşa bağlıdır  

14:03
29 Oktyabr

Baş prokuror Kamran Əliyev rusiyalı həmkarı ilə görüşüb  

14:01
29 Oktyabr

Sabahın hava proqnozu açıqlanıb  

14:00
29 Oktyabr

Ceyhun Bayramov: TDT+ formatı üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaradır  

13:58
29 Oktyabr

“AzerGold”un ixrac gəlirləri 31 faiz artıb

13:56
29 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!