18 Avqust 2026 10:20
210
İQTİSADİYYAT
A- A+
Yeni dövlət proqramının icrası çərçivəsində pambıqçı fermerlərin təklifləri dinlənilib

Yeni dövlət proqramının icrası çərçivəsində pambıqçı fermerlərin təklifləri dinlənilib


Neftçala rayon Əlaqələndimə Qərargahının üzvləri Dördlər kəndində pambıq sahəsində fermerlərlə görüşüblər. 

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində keçirilən görüşün əsas məqsədi pambıqçılığın inkişafı, dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımların, müasir suvarma sistemlərindən istifadə imkanlarının, pambıqçılıq sahəsi üzrə çağırışların və innovativ yanaşmaların fermerlər arasında geniş yayılmasına dəstək göstərilməsi olub.

Görüşdə pambıqçı fermerlərlə aqrotexniki qulluq tədbirləri, yeni əkin üsullarının məhsuldarlığa müsbət təsiri, düzgün toxum seçimi, suvarma məsələləri, müasir suvarma sistemlərinin tətbiqi, pambıq istehsalında məhsuldarlığın artırılması yolları, bitkilərin sağlam inkişafının təmin edilməsi, zərərverici və xəstəliklərə qarşı müasir, effektiv və ekoloji cəhətdən təhlükəsiz mübarizə üsullarının tətbiqi müzakirə edilib. Bildirilib ki, fermerlərin maddi rifah halının yaxşılaşdırılması üçün dövlət dəstəyi tədbirləri gücləndirilir. Bunun sayəsində pambıqçılığa maraq ilbəil artır. 

Həmçinin qeyd olunub ki, yeni dövlət proqramından irəli gələn strateji vəzifələrin icrası məqsədilə bu il rayonda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən  6 min 735 hektar sahədə pambıq əkilmişdir. Xatırladaq ki, ötən il bu rəqəm  7 min 167 hektar olmuşdur və sahələrdən 28 min 634,62 ton xam pambıq tədarük edilmişdir. Məhsuldarlıq orta hesabla 40 sentnerə çatmışdır ki, bu da ölkə üzrə üçüncü nəticə olmuşdur. Fermerlərə cari mövsümdə də bu uğurlu tendensiyanın qorunması və məhsuldarlığın daha da artırılması üçün aqrotexniki qulluq qaydalarına ciddi əməl olunmasının vacibliyi bildirilib.

Sonda fermerlərin müraciət və təklifləri dinlənilib, səslənən təkliflər qeydə alınıb, pambıq istehsalçılarına hərtərəfli dəstəyin davam etdiriləcəyi bildirilib.

 

Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Moskva vilayətində 150-dən çox PUA vurulub, üç nəfər xəsarət alıb

11:11
18 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

11:10
18 Avqust

Bakıda axşam konsertləri davam edir

11:10
18 Avqust

Neft qiymətləri iyulun sonundan bəri ən yüksək səviyyəyə çatıb

11:09
18 Avqust

Hər yay susuzluqdan əziyyət çəkirik

11:07
18 Avqust

Əmirəli kişinin əməl dünyası

11:05
18 Avqust

Avtobus xəttinin uzadılması işimizi Asanlaşdırardı

11:00
18 Avqust

Daş küçələrdə yaşayan tarix və sənətkarlıq

10:55
18 Avqust

Sağlam cəmiyyət nümunəsi ailədən başlayır

10:50
18 Avqust

Sakinlərimizin müraciəti nəticəsiz qalmadı

10:48
18 Avqust

Misin qiyməti bu il 13 faizdən çox artıb

10:46
18 Avqust

DİM: İndiyədək 70 mindən çox abituriyent ixtisas seçimi edib

10:45
18 Avqust

Hər qarışı qəhrəmanlıq olan torpaq

10:41
18 Avqust

Salyanlı 20 məzun 600-dən çox bal toplayıb

10:34
18 Avqust

Ötən ayların nəticələrini qazaxlı fermerlər üçün uğurlu hesab etmək olar

10:27
18 Avqust

Qızıl və gümüşün qiymətləri ucuzlaşıb

10:20
18 Avqust

Yeni dövlət proqramının icrası çərçivəsində pambıqçı fermerlərin təklifləri dinlənilib

10:20
18 Avqust

Neft qiymətləri bahalaşır

10:18
18 Avqust

Bölgələrdə yanğına səbəb olan üç nəfər məsuliyyətə cəlb olunub

10:16
18 Avqust

Azərbaycan nefti 91,31 dollara satılır

10:15
18 Avqust

Bu il də Gədəbəydə kartof boldur

10:13
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!