14 Avqust 2026 16:00
7406
SİYASƏT
A- A+
Azərbaycan və Ermənistan elektrik enerjisinin ixracı və idxalı sahəsində də əməkdaşlıq edə bilər

Azərbaycan və Ermənistan elektrik enerjisinin ixracı və idxalı sahəsində də əməkdaşlıq edə bilər


Cənubi Qafqaz tarixinin ən mühüm mərhələlərindən birini yaşayır. Onilliklər ərzində davam edən Azərbaycan-Ermənistan münaqişəsinin hərbi mərhələsinin sona çatmasından sonra region qarşısında davamlı sülhün, dövlətlərarası münasibətlərin və qarşılıqlı iqtisadi əməkdaşlığın formalaşdırılması məsələsi dayanıb. Bu prosesin mühüm xüsusiyyəti ondan ibarətdir ki, siyasi müstəvidə əldə edilən razılaşmalar artıq tədricən iqtisadi və nəqliyyat reallıqlarına çevrilir.

2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri arasında üçtərəfli bəyanatın imzalanması ilə başa çatdı. Avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verən dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, əslində, bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu. Lakin rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən keçən 5 il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki addım atılmadığını, Ermənistanın bunu hər cür uzatmağa çalışdığını xarırladıb. 

İki dövlət arasında sülhə doğru uğurlu addımların atılmasında 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş görüş xüsusi əhəmiyyət daşıyıb. Görüşün nəticəsi olaraq, Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Sazişin razılaşdırılmış mətni iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanıb, Azərbaycan və Ermənistan rəhbərlərinin Birgə Bəyannaməsi imzalanıb.

Bu gün qarşıda duran əsas məsələ əldə edilmiş razılaşmaların hüquqi və siyasi müstəvidə tam rəsmiləşdirilməsi, onların icrasının təmin olunması və iki ölkə arasında münasibətlərin dayanıqlı hüquqi əsaslar üzərində qurulmasıdır. Ölkəmizin sülh gündəliyində irəli sürdüyü əsas prinsiplər əvvəldən aydın və ardıcıl olub. Rəsmi Bakı ilk növbədə, iki dövlətin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət etməsini tələb edir.

Paraflanmış Sazişdə də tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıması və hörmət etməsi təsbit olunub. Sənəddə tərəflərin bir-birinə qarşı ərazi iddialarının olmadığı və gələcəkdə də belə iddialar irəli sürməyəcəyi əksini tapıb.

Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanmasına yalnız bu günün reallığından yanaşmır. Rəsmi Bakı hesab edir ki, iki dövlət arasında imzalanacaq sülh sənədi gələcəkdə də hər hansı siyasi qüvvənin ərazi iddialarını yenidən gündəmə gətirməsinə hüquqi əsas verməməlidir. Bu mənada Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəanın qalması Azərbaycan tərəfindən prinsipial məsələ kimi qiymətləndirilir. Dövlətimizin başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan konstitusiyasındakı bu məsələ həll edilmədən sülh sazişi imzalanmayacaq.

Ermənistan rəhbərliyinin özünün də yeni konstitusiya məsələsini gündəmə gətirməsi bu baxımdan diqqətəlayiqdir. Nikol Paşinyan yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı referendum keçirilməsi niyyətini açıqlayıb. 

Bir vaxtlar münaqişə və qarşıdurma ocağına çevrilmiş Cənubi Qafqaz regionunda indi nəqliyyat, enerji, logistika və ticarət layihələrinin kəsişdiyi məkana çevrilir. Azərbaycan öz coğrafi mövqeyindən istifadə etməklə Şərq-Qərb və Şimal-Cənub marşrutlarını birləşdirən əsas platformalardan birinə çevrilir. Ermənistan isə uzun müddət davam edən regional təcriddən çıxmaq və yeni nəqliyyat-iqtisadi əlaqələr qurmaq kimi şans qazanıb.

Azərbaycanın Ermənistana ixracının 2026-cı ilin ilk yarısında əhəmiyyətli şəkildə artması iqtisadi əlaqələrin genişləndiyini göstərib. İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev vurğulayıb ku, Azərbaycan birtərəfli olaraq Ermənistana bütün tranzit məhdudiyyətlərini aradan qaldırdı və hazırda biz bunu etməklə 40 min tondan artıq müxtəlif yüklər Rusiya, Qazaxıstan və digər yerlərdən Ermənistana daşındı: “Bundan əlavə, Azərbaycan özü Ermənistana neft məhsullarını təchiz etməyə başlayıb və bildiyimə görə artıq 10 min tondan çoxdur. Bu, xüsusən də indi - bir çox ölkələrin yanacağa çıxışdan əziyyət çəkdiyi dövrdə baş verir və Ermənistan Azərbaycanı etibarlı mənbə kimi görür. Əgər belə olmasaydı, ola bilsin, bu gün onlar bütün dünyada benzin və dizel yanacağı axtarmalı olacaqdılar”.

Bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bəyan edib ki, Ermənistan və Azərbaycan elektrik enerjisinin ixracı və idxalı üzrə də əməkdaşlıq edə bilər. Nikol Paşinyan azərbaycanlı mütəxəssislərin 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında Ermənistana səfər etdiklərini bildirib. O, səfərlər zamanı elektrikötürücü xətlər, dəmir yolları, boru kəmərləri və sairə ilə bağlı müzakirələrin aparıldığını deyib: “Biz daha əvvəl də demişdik ki, elektrikötürücü xətlər, boru kəmərləri, kabellər, dəmir yolları üzərində işləyirik və bu məsələlər üzrə ikitərəfli iş aparılır”.  Nikol Paşinyan yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac tədarüklərinin həyata keçiriləcəyini də açıqlayıb.

Sülh prosesinin ən mühüm istiqamətlərindən biri regional kommunikasiyaların bərpasıdır. Zəngəzur istiqamətində kommunikasiyaların açılması yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin yaradılması məsələsi deyil, bu layihə daha geniş mənada Cənubi Qafqazın nəqliyyat xəritəsinin dəyişməsi deməkdir. Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində dövlətimizin başçısı qeyd edib ki, Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub: “Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq”.

Bu gün artıq Azərbaycanın Ermənistana enerji məhsulları ixrac etməsi, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin daşınması, ticarət əlaqələrinin formalaşması, enerji-nəqliyyat layihələrinin müzakirəsi göstərir ki, sülhə aparan yol yaxındır və artıq öz faydalarını verir. Qarşıda duran əsas vəzifə isə bu prosesin inkişafını və davamlılığını təmin etməkdir.


Zöhrə FƏRƏCOVA, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 32-ci ildönümü və Neftçilər Günü qeyd edilib

22:47
21 Sentyabr

"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır

21:26
21 Sentyabr

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu başa çatıb

21:22
21 Sentyabr

Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdır

20:39
21 Sentyabr

Xəzərdə zəlzələ olub

19:14
21 Sentyabr

Azərbaycan şahmatçıları Olimpiadada VI turu qələbə və məğlubiyyətlə başa vurublar

19:01
21 Sentyabr

Dünyanın ilk süni intellekt aktrisası canlı yayım zamanı texniki nasazlıq yaşayıb

18:57
21 Sentyabr

Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:32
21 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsar Monastır Kompleksini ziyarət edirlər

18:23
21 Sentyabr

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

18:11
21 Sentyabr

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub

17:37
21 Sentyabr

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

17:09
21 Sentyabr

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

16:54
21 Sentyabr

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

16:36
21 Sentyabr

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

16:27
21 Sentyabr

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub

16:14
21 Sentyabr

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

16:09
21 Sentyabr

BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır  

16:08
21 Sentyabr

Fransada silahlı insident: Ölən və yaralanan var

15:58
21 Sentyabr

“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

15:53
21 Sentyabr

Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

15:39
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!