07 Yanvar 2026 15:16
311
SİYASƏT
A- A+
Rumıniya nəşri: 2025-ci il Azərbaycan-ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır  

Rumıniya nəşri: 2025-ci il Azərbaycan-ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır  


Rumıniyanın nüfuzlu “Ultima Ora” (Son Saat) qəzetində dərc olunan “Azərbaycan – ABŞ: 2025-ci il Cənubi Qafqazda strateji yenidənqurmaya səbəb oldu” sərlövhəli məqalədə bildirilir ki, ötən il Azərbaycan–Amerika Birləşmiş Ştatları münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Məqalədə qeyd olunur ki, 2025-ci il Bakı ilə Vaşinqton arasında siyasi dialoqun intensivləşməsi, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq gündəliyinin genişlənməsi və regional proseslərə yanaşmada yeni baxış bucağının formalaşması ilə yadda qalıb. Nəşrin qənaətinə görə, bu dəyişikliklər yalnız ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmır, eyni zamanda, Cənubi Qafqazda ümumi təhlükəsizlik və sabitlik mühitinə də təsir göstərir.

Yazıda vurğulanır ki, Azərbaycan son illər müstəqil və balanslaşdırılmış xarici siyasət xətti yürüdərək regional sülhün möhkəmləndirilməsini prioritet istiqamət kimi müəyyənləşdirib. Xüsusilə Azərbaycan ilə Ermənistan arasında sülh və normallaşma prosesinin davam etməsi, kommunikasiyaların açılması məsələlərinin müzakirə olunması və ticarət əlaqələrinin bərpası istiqamətində aparılan işlər regionda yeni iqtisadi və siyasi reallıqlar yaradıb.

Bildirilir ki, bu proseslərin fonunda ABŞ-ın Cənubi Qafqaza yanaşması da dəyişməkdədir. Azərbaycan regional sabitliyin təmin olunmasında əsas oyunçulardan biri kimi qəbul edilir və Vaşinqtonla Bakı arasında enerji təhlükəsizliyi, nəqliyyat-logistika, rəqəmsal transformasiya və investisiya sahələrində əməkdaşlıq üçün yeni imkanlar açılır.

Məqalədə diqqətə çatdırılır ki, Azərbaycanla Ermənistan arasında faktiki blokadanın mövcud olmadığı, dialoq və qarşılıqlı etimadın formalaşdığı bir şəraitdə ABŞ-ın “Azadlığa dəstək aktı”na daxil edilmiş 907-ci düzəlişin qüvvədə qalması ziddiyyətli və artıq aktuallığını itirmiş yanaşma kimi görünür. Nəşr hesab edir ki, bu düzəliş müasir geosiyasi reallıqlara cavab vermir və onun aradan qaldırılması Azərbaycan–ABŞ münasibətlərinin daha da inkişafına töhfə verə bilər.

Yazıda vurğulanır ki, Prezident Donald Tramp tərəfindən 907-ci düzəlişin təsirinin müvəqqəti dondurulması Vaşinqtonun regiona münasibətdə daha praqmatik xəttə üstünlük verdiyini göstərir. Bununla yanaşı, rumın nəşrinin fikrincə, davamlı və uzunmüddətli əməkdaşlıq üçün bu məhdudiyyətin tam ləğvi zəruridir.

Sonda təhlildə belə qənaətə gəlinir ki, 2025-ci ildə Azərbaycan–ABŞ münasibətlərində baş verən strateji yenidənqurma Cənubi Qafqazda güc balansının dəyişməsinə, regional inteqrasiyanın dərinləşməsinə və sülh gündəliyinin möhkəmlənməsinə real töhfə verib. Bu tendensiyanın davam etməsi regionun gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amillərdən biri olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: ABŞ İranla bağlı planlarını Körfəz müttəfiqləri ilə bölüşməyib

09:34
31 Yanvar

Bilmək istəyirəm

09:30
31 Yanvar

Musiqi ilə başlanan, şəhidliklə bitən ömür

09:25
31 Yanvar

8 kəşfiyyatçımızın 29 ildir dillərdən düşməyən qəhrəmanlığı

09:20
31 Yanvar

192,2 milyon manatlıq kənd təsərrüfatı, 47,1 milyon manatlıq sənaye məhsulları

09:15
31 Yanvar

Şabran kəndlisi çətinə düşəndə dövlətinə güvənir

09:10
31 Yanvar

Konqoda mədənin çökməsi nəticəsində azı 227 nəfər ölüb

09:09
31 Yanvar

Tramp: Çinin ABŞ idxalındakı payı 2001-ci ildən bəri ən aşağı səviyyəyə düşüb  

09:09
31 Yanvar

Media: Qərb kəşfiyyat orqanları İranın nüvə silahı hazırladığına dair dəlil tapmayıb  

09:08
31 Yanvar

Gəncə ikinciliyi əldən vermədi

09:05
31 Yanvar

BTQ ilə yükdaşımaların həcminin artırılması üçün tədbirlər görülür

09:00
31 Yanvar

Dövlət biznesin etibarlı güvəni, biznes dövlətin iqtisadi dayağıdır

08:55
31 Yanvar

Narkomaniyaya qarşı mübarizə sağlam cəmiyyət və sağlam gələcək uğrunda mücadilədir

08:50
31 Yanvar

Çinin “CITIC Construction” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir

08:45
31 Yanvar

Türk xalqlarının tarixinin parlaq səhifəsi

08:40
31 Yanvar

Revanşistlər TRIPP-a qarşı

08:35
31 Yanvar

Gənclər ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirak edirlər

08:30
31 Yanvar

İcbari tibbi sığortanın xidmətlər zərfi genişləndiriləcək

08:25
31 Yanvar

Zəfərin yadigarı

08:20
31 Yanvar

Azərbaycanın sülh siyasəti beynəlxalq miqyasda təqdir edilir

08:15
31 Yanvar

Ermənistan yüklərin daşınması üçün ümidini Azərbaycandan keçən marşrutlara bağlayıb

08:10
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!