31 Yanvar 2026 09:20
1844
CƏMİYYƏT
A- A+
8 kəşfiyyatçımızın 29 ildir dillərdən düşməyən qəhrəmanlığı

8 kəşfiyyatçımızın 29 ildir dillərdən düşməyən qəhrəmanlığı


“Ölsəm, qar örtüyümü kəfən edərsiz”


Tarix boyu xalqımız Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullarla fəxr etmişdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda da qəhrəman oğullarımız silaha sarılaraq Vətənin müdafiəsinə qalxdılar. Ölkəmizin qeyrətli, mübariz övladları “Təki Vətən sağ olsun” deyərək canlarını fəda etdilər. 

Tarix boyu xalqımız Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullarla fəxr etmişdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda da qəhrəman oğullarımız silaha sarılaraq Vətənin müdafiəsinə qalxdılar. Ölkəmizin qeyrətli, mübariz övladları "Təki Vətən sağ olsun" deyərək canlarını fəda etdilər. 

İstər Birinci, istərsə də İkinci Qarabağ döyüşlərində respublikamızın bütün bölgələrindən fədakar və vətənpərvər oğullar işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda özlərini odun-alovun içinə ataraq qəhrəmanlıq göstərdilər. Onlar düşmənə qarşı son damla qanlarına qədər vuruşub ölkəmizin müstəqilliyi və azadlığı yolunda şəhidlik zirvəsinə ucaldılar. Bu gün xalqımız haqlı olaraq belə igidlərlə öyünür, onların xatirələrini qəlbində yaşadır. 

1997-ci il aprelin 7-də Azərbaycan Ordusunun 8 nəfərdən ibarət xüsusi təyinatlı kəşfiyyat qrupu üzvlərinin işğal altında olan Xocavənd istiqamətində göstərdikləri  qəhrəmanlıq bu gün də dillər əzbəridir. Kəşfiyyatçılarımız həmin gün düşmənin içərilərinə doğru 40 kilometr irəliləyərək Xocavənddə və Hadrutda olduqca mühüm kəşfiyyat tapşırıqlarını yerinə yetirdilər. Lakin geri qayıdarkən ermənilərlə üz-üzə gəldilər. Düşmən onlara təslim olacaqları halda sağ qalacaqlarına zəmanət versə də, kəşfiyyatçılarımız təslim olmayıb döyüşə atıldılar. Mühasirədə olmalarına baxmayaraq, müxtəlif manevrlər edərək düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etdilər. Lakin qüvvələr bərabər deyildi. Qrupun 7 üzvü hərbi sursatları tükəndiyindən düşmənin əlinə keçməmək üçün bir yerə yığışaraq özlərini əl qumbarası ilə partlatdılar. Dəstənin 8-ci üzvü - çavuş Aqil Əhmədov isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşdü. Deyilənə görə, ermənilər şəhid olmuş 7 kəşfiyyatçımızın nəşinin üstünə gül ləçəkləri tökərək öz əsgərlərinə nümunə göstəriblərmiş, baxmayaraq ki, onlardan belə etiraf gözləmək çətindir. 

Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşləri Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində 6 aydan sonra geri alındı. Onlar Bakıda İkinci Fəxri xiyabanda dəfn olundular və hər biri ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Ulu Öndər huşsuz vəziyyətdə əsir düşən qrup üzvü, Ermənistanın barəsində ölüm hökmü çıxardığı çavuş Aqil Əhmədovu da əsirlikdən xilas etdi.

Bu günlər həmin döyüşlərdə qəhrəmancasına şəhid olmuş Dinar Mustafayevin ailə üzvləri ilə görüşdük. Anası Firəngiz xanım oğlunun vətənpərvərliyindən danışdı, bacıları Əsli, Yazanə, Turac və Şəfəq qardaşları haqqında yaddaşlarında qalmış hadisələri xatırladılar. Öyrəndik ki, Dinar 1977-ci ildə Qərbi Azərbaycanın Kəmbərək rayonu Gölkənd kəndində anadan olmuşdu. 1988-ci ildə ermənilər Qarabağda torpaq iddiasına düşəndə onların da ailəsi yurdlarından qaçqın düşüb Azərbaycana köçdü. İlk məskunlaşdıqları yer Şəmkirin Ələsgərli kəndi oldu. Ermənilərin Azərbaycan torpaqlarına təcavüzündən hiddətlənən, 1992-ci ildə Xocalı soyqırımında ermənilərin törətdikləri vəhşiliyə dözə bilməyən Dinar hərbi komissarlığa gələrək cəbhəyə getmək istədiyini bildirdi. Lakin yaşı az olduğundan onu orduya götürmədilər. Anası deyir ki, məskunlaşdıqları kəndin qəbiristanlığı evlərinin yaxınlığında idi: "Dinar hər dəfə qəbiristanlığın yanından keçib evə gələndə deyirdi ki, gec-tez mən də şəhid olacam və məni də həmin qəbiristanlıqda dəfn edərsiniz".

Bu gün ailənin evində Dinarın adına otaq ayrılıb. Orada çoxlu sayda şəkillər və müxtəlif əşyalar saxlanılır. Bu əşyalardan biri ağ əsgər örtüyüdür. Bacısı Əsli bildirdi ki, Dinarın qarda geyindiyi örtükdür: "Bir dəfə evə gələndə bizə dedi ki, mən şəhid olanda bu örtüyü mənə kəfən kimi geyindirərsiniz".  

Əşyalar arasında Dinarın xatirə dəftəri diqqətimizi özünə cəlb etdi. Açıb oxuduq. Hər səhifəsində vətənpərvərlikdən, doğma yurda məhəbbətdən bəhs olunurdu. Yazdığı xatirələrdən biri belə idi: "Mən döyüş bölgəsində dayanıb Ağdama baxıram. Ermənilərin Ağdamda olan evlərə necə girib-çıxmağına baxa bilmirəm. Qismət olsun, torpaqlarımızı alıb, yurdlarımıza sahib çıxacağıq".

Doğmaları ilə söhbətdən o da məlum oldu ki, Dinar yaxşı qarmon çalırmış. Hətta anasına bir dəfə deyib ki, düşmənə qalib gələndən sonra gəlib onun üçün həyətlərində istədiyi mahnını ifa edəcək. 

Vətənin keşiyində öz sinələrini sipər edən bu məğrur Azərbaycan övladlarının əziz xatirəsi dövlətimiz tərəfindən daim uca tutulur. 2005-ci ildə Dinar və onun kəşfiyyat yoldaşları Prezident İlham Əliyevin sərəncamı ilə  "Vətən naminə" ordeni ilə təltif olunmuşlar. Bundan başqa, onların xatirəsinə "8 oğul istərəm" və "Kəşfiyyatçılar" sənədli filmləri çəkilmişdir. Şəmkir şəhərində isə Dinar Mustafayevin adını daşıyan küçə var. 


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!