31 Yanvar 2026 08:30
1480
CƏMİYYƏT
A- A+
Gənclər ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirak edirlər

Gənclər ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirak edirlər


Müasir dövrdə dövlətlərin dayanıqlı inkişafı, milli təhlükəsizliyinin qorunması və qlobal rəqabət mühitində uğurla mövqe tutması bilavasitə gənclərin intellektual, mənəvi və vətənpərvərlik potensialından asılıdır. Bu baxımdan, Azərbaycan Respublikasında gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi formalaşmış və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni, müasir və sistemli mərhələyə qədəm qoymuşdur. 

Bu siyasətin mərkəzində milli maraqlara sadiq, dövlətinə bağlı, təşəbbüskar və fəal gənclik dayanır. Azərbaycan gəncliyi Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, praqmatik və milli maraqlara əsaslanan siyasəti ardıcıl şəkildə dəstəkləyir, ölkənin sosial-iqtisadi, siyasi və mədəni inkişafında fəal iştirak edir. Gənclərin dövlət başçısına göstərdiyi bu dəstək təsadüfi deyil, uzunmüddətli və məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsidir. 

Qeyd edək ki, uğurlu gənclər siyasətinin nəticəsində bu sahədə normativ-hüquqi baza təkmilləşdirilmiş və ardıcıl dövlət proqramı icra olunmuşdur. "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu, gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun təmin edilməsi və ictimai fəallığının artırılması istiqamətində atılan addımlar bu siyasətin əsas sütunlarını təşkil edir. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar gənclərin dövlət idarəçiliyində, ictimai həyatda və qərarların qəbulunda fəal iştirakına geniş imkanlar açmışdır. Dövlət başçısı gəncləri yalnız gələcəyin deyil, eyni zamanda bu günün əsas aparıcı qüvvəsi kimi qiymətləndirərək, onlara etimad göstərmişdir. 

Azərbaycan gəncliyi Prezident İlham Əliyevin daxili və xarici siyasət kursunu dəstəkləməklə yanaşı, bu siyasətin mahiyyətini dərindən dərk edir və ictimai müstəvidə fəal şəkildə təbliğ edir. Gənclər ölkədə sabitliyin, təhlükəsizliyin və inkişafın alternativsiz olduğunu anlayaraq, güclü liderlik institutunun əhəmiyyətini xüsusi vurğulayırlar. Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemində Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməsi, müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməsi gənclərdə yüksək rəğbət doğurur. Onlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasını, regional və qlobal təşəbbüslərdə fəal iştirakını dövlət başçısının uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirirlər. 

2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycan gəncliyinin Prezident İlham Əliyevin ətrafında necə sıx birləşdiyini əyani şəkildə nümayiş etdirdi. Gənclər həm ön cəbhədə, həm də arxa cəbhədə misilsiz fədakarlıq göstərərək, Ali Baş Komandanın çağırışlarını böyük ruh yüksəkliyi ilə qarşıladılar. Gənclər Prezidentin siyasi iradəsinə, qətiyyətinə və ədalətli mövqeyinə tam inam nümayiş etdirdilər. Qələbədən sonrakı mərhələdə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində gənclərin fəal iştirakı Prezident İlham Əliyevin müəyyən etdiyi milli birlik strategiyasının uğurla reallaşdığını təsdiqləyir. Könüllülük hərəkatı, sosial təşəbbüslər və ictimai fəallıq gənclərin dövlət başçısına mənəvi dəstəyinin real təzahürüdür. Prezident İlham Əliyevin siyasətində təhsil və insan kapitalının inkişafı xüsusi yer tutur. Gənclərin bilik və bacarıqlarının artırılması, müasir texnologiyalara yiyələnməsi, beynəlxalq təhsil məkanına inteqrasiyası dövlət siyasətinin əsas hədəflərindəndir. Yeni məktəblərin, ali təhsil müəssisələrinin yaradılması, təhsil infrastrukturunun yenilənməsi və xaricdə təhsil proqramları gənclərin intellektual potensialının gücləndirilməsinə xidmət edir.

İnnovasiya, rəqəmsallaşma və startap ekosisteminin inkişafı gənclərin iqtisadi fəallığını artırmaqla yanaşı, onların ölkənin strateji inkişaf proseslərində rolunu möhkəmləndirir. Gənclər bu siyasəti Prezident İlham Əliyevin gələcəyə hesablanmış və davamlı inkişaf strategiyası kimi qiymətləndirir və dəstəkləyirlər. Prezident İlham Əliyevin gənclərlə bağlı siyasətində milli-mənəvi dəyərlərin qorunması və təbliği mühüm yer tutur. Gənclərin tarixini, mədəniyyətini, dilini və dövlətçilik ənənələrini dərindən bilməsi dövlət başçısı tərəfindən daim vurğulanır. Bu çağırışlar gənclərin milli kimliyinin möhkəmlənməsinə, vətəndaşlıq məsuliyyətinin artmasına xidmət edir. 

Gənclər Prezidentin müəyyən etdiyi ideoloji xəttə uyğun olaraq, milli maraqları qorumağı, dövlətə sədaqəti və ictimai məsuliyyəti öz fəaliyyətlərinin əsas prinsipi kimi qəbul edirlər. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevi dəstəkləyən gənclər ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan, dövlətçilik düşüncəsinə malik, milli maraqlara sadiq və fəal bir nəsli təmsil edir. 

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasət gənclərin dövlətə və liderə olan inamını daha da gücləndirmişdir. Azərbaycan gəncliyi dövlət başçısının ətrafında sıx birləşərək, müstəqil, güclü və suveren ölkəmizin inkişafına bundan sonra da öz töhfəsini verəcəkdir. Bu həmrəylik və qarşılıqlı etimad ölkənin sabitliyinin, davamlı inkişafının və parlaq gələcəyinin əsas təminatıdır.


Şahin SEYİDZADƏ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!