31 Yanvar 2026 09:05
1376
CƏMİYYƏT
A- A+
Gəncə ikinciliyi əldən vermədi

Gəncə ikinciliyi əldən vermədi


Gəncədə 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarətlə və şəhərin sənaye müəssisələrində istehsal olunan məhsullardan ibarət sərgiyə baxışla başlayan yığıncaqda öncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış etmişdir.

Bildirmişdir ki, 2025-ci il sosial və iqtisadi vəzifələrin icrası, nəzərdə tutulmuş proqramların reallaşdırılması, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi və beynəlxalq nüfuzun artırılması baxımından Azərbaycan üçün uğurlu olmuşdur: "Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sistemli islahatlar və atdığı qətiyyətli addımlar nəticəsində ölkənin dayanıqlı inkişafı davam etmişdir". Bu ilin Gəncə üçün daha əlamətdar olduğunu deyən N.Bayramov ötən ilin avqust və sentyabr aylarında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhərə səfərlərinin ictimaiyyət arasında ruh yüksəkliyi yaratdığını vurğulamışdır. 

M.Bayramov diqqətə çatdırmışdır ki, qədim mədəniyyəti və zəngin tarixi olan Gəncə 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin "İdman paytaxtı" seçilmişdir: Keçən il Gəncə və daha 6 şəhər - Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi III MDB Oyunlarına evsahibliyi etmişdir. 10 gün davam edən yarışlara MDB ölkələri ilə yanaşı, Türkiyə, Pakistan və digər ölkələrdən ümumilikdə 2400 nəfərlik idman nümayəndə heyəti də qatılmışdır.

Sonra şəhər icra hakimiyyəti başçısının müavini Adil Tağıyev hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirmişdir ki, il ərzində şəhərin iqtisadi göstəriciləri artmış, yeni istehsal sahələri yaradılmış və yeni iş yerləri açılmışdır.

Hesabat yığıncağında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Elçin Kərimov, Azərbaycan Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev, "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismar İdarəsinin rəisi Hüseyn Şirinov, "Azərişıq" ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin Gəncə Elektrik Şəbəkəsinin rəisi Elgün Qafarov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-nin Gəncə Şəhər Sukanal İdarəsinin rəisi Şöhrəddin Verdiyev, "Azəralüminium" MMC-nin direktorunun birinci müavini Oqtay Rəfiyev, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin direktoru Amin Əliyev, "Rövşən Oğuz" Qrup MMC-nin baş direktoru Hafiz Mustafayev və şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidzadə çıxış etmişlər. 

Sonda il ərzində şəhərin ictimai-siyası həyatında və abadlıq-quruculuq sahələrində göstərdikləri səmərəli fəaliyyətə görə bir qrup şəxsə Gəncə Şəhər İcra Hakimiyyətinin "Təşəkkürnamə"ləri təqdim olunmuşdur.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!