28 Aprel 2026 09:00
197
İQTİSADİYYAT
A- A+
Rəsmi görüşlər, biznes-forumlar, işgüzar müzakirələr

Rəsmi görüşlər, biznes-forumlar, işgüzar müzakirələr


Ötən həftə regionda və ölkə daxilində iqtisadi, nəqliyyat, enerji və beynəlxalq əməkdaşlıq sahələrində bir sıra mühüm hadisələr baş verib. Bu hadisələr Azərbaycanın regional və qlobal miqyasda mövqeyinin gücləndirilməsi, yeni tərəfdaşlıqların qurulması, eləcə də  iqtisadi inkişafın sürətləndirilməsi baxımından diqqət çəkir.

Həftə boyunca ölkəmizdə biznes sahəsində baş verən bir sıra mühüm təşəbbüslər diqqət mərkəzində olub. Bu təşəbbüslər arasında beynəlxalq səviyyədə tanınan brendlərin dəstəklənməsi və biznes platformalarının genişləndirilməsi mühüm yer tutub. Belə ki, "Brand Award International 2026" qlobal müsabiqəsinin yeni mərhələsinə start verilib. Müsabiqənin təşkilatçısı  "Award Organizers Group" olub və "Caspian Energy Club" ilə Azərbaycan Milli Biznes Assosiasiyasının dəstəyi ilə həyata keçirilib. Tədbirin əsas məqsədi müxtəlif regionlardan olan ticarət markalarını bir platformada birləşdirərək, onların beynəlxalq səviyyədə tanıdılmasına xidmət etməkdir.

***

Həftəboyu baş verən mühüm hadisələr sırasında Azərbaycandan Ermənistana dizel yanacağının ixracı da yer alıb. Ermənistana 16 vaqon həcmində (974 ton) dizel yanacağı göndərilib. Ümumilikdə isə indiyədək Azərbaycandan bu ölkəyə 7610 ton dizel yanacağı, 979 ton Aİ-92 markalı benzin və 2955 ton Aİ-95 markalı benzin ixrac olunub. 

Bu tədarüklər enerji sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdiyini göstərməklə yanaşı, regionda iqtisadi əlaqələrin möhkəmlənməsinə də töhfə verir. Enerji resurslarının ixracı ölkələr arasında etibarlı tərəfdaşlığın formalaşmasında, ticarət dövriyyəsinin artmasında və logistika imkanlarının genişlənməsində mühüm rol oynayır. Bu cür addımlar regional sabitliyin və iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından da əhəmiyyətli hesab olunur.

***

Ötən günlər  Bakı enerji sahəsində mühüm beynəlxalq tədbirə evsahibliyi edərək, regionun strateji əhəmiyyətini yenidən ön plana çıxarıb. "Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika" adlı ikigünlük forumda iştirakçılar enerji sahəsinin ən aktual mövzularını müzakirə ediblər. Forum çərçivəsində enerji marşrutlarının şaxələndirilməsi, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və bazar risklərinin idarə olunması kimi məsələlər gündəmdə yer alıb.

Ekspertlər vurğulayıblar ki, regionun strateji əhəmiyyəti yalnız karbohidrogen ehtiyatları ilə ölçülmür. Buradakı logistika və ticarət imkanları qlobal enerji təhlükəsizliyinə də birbaşa təsir göstərir. Forum iştirakçıları məsələ ətrafında fikir mübadiləsi apararaq, regional əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin icrası istiqamətində perspektivləri müzakirə ediblər.

***

Ötən həftə Azərbaycana iki ölkənin dövlət başçısı - Latviya və Ukrayna  prezidentləri səfər ediblər. Prezidentlərin bir neçə gün fərqlə ölkəmizə səfəri həm iqtisadi, həm də regionda əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Keçirilən görüşlər ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafına əlavə təkan verib.

Bu baxımdan aprelin 22-də Latviya Prezidentinin Azərbaycana səfəri çərçivəsində keçirilən Azərbaycan-Latviya biznes-forumu həftənin önəmli hadisəsi kimi yadda qalıb. Forumda kənd təsərrüfatı, investisiya, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub, bir sıra sənədlər, o cümlədən Anlaşma memorandumları imzalanıb. Tədbir iki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib.

Ardınca həftənin şənbə günü regionun diplomatik gündəmi daha da fəallaşıb və növbəti mühüm səfər diqqət mərkəzində olub. Həmin gün Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri baş tutub. Qəbələdə keçirilən görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə aparılan müzakirələrdə enerji, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstək yüksək qiymətləndirilib.

***

Dünya birjalarında neftin qiymətinin  bahalaşması davam edib.  Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir bareli 2,09 dollar artaraq 107,42 dollara yüksəlib. Nyu Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında isə "Light" markalı neftin bir bareli 1,72 dollar qalxaraq 96,12 dollar səviyyəsinə çatıb.

ABŞ və İran arasında sülh danışıqlarının dayanması, həmçinin neftin bahalaşmasının inflyasiya və faiz dərəcələri ilə bağlı narahatlıqların artması fonunda  isə qızılın qiymətində azalma tendensiyası müşahidə edilib.  Ardıcıl olaraq dördhəftəlik artım dövründən sonra qızılın qiyməti ötən həftənin əvvəlindən bəri təxminən 3 faiz dəyər itirib. Hazırda bir troya unsiya qızılın qiyməti 4600 dollar səviyyəsindədir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin müəllifi olduğu sülh modeli beynəlxalq səviyyədə təqdir olunur

11:01
28 Aprel

Marsda “həyatın kodları” tapılıb

10:48
28 Aprel

Nigeriyada silahlı hücumda 11 nəfər həlak olub

10:47
28 Aprel

Dünya birjalarında neft bahalaşıb

10:45
28 Aprel

Bakının təhlükəsizlik və əməkdaşlıq modelinə verilən beynəlxalq dəyər -Gernika mükafatı

10:45
28 Aprel

Azərbaycan-Çexiya münasibətləri daha da inkişaf edəcək

10:28
28 Aprel

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar

09:53
28 Aprel

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb  

09:53
28 Aprel

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər

09:50
28 Aprel

Rubio: İran raket ehtiyatının yarısını saxlayır

09:48
28 Aprel

Kol Tomas Allen Prezident Trampa qarşı sui-qəsd cəhdində ittiham olunub

09:46
28 Aprel

WSJ: Tramp İranın danışıqlar təklifinə şübhə ilə yanaşır

09:32
28 Aprel

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər

09:27
28 Aprel

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində olublar

09:01
28 Aprel

Rəsmi görüşlər, biznes-forumlar, işgüzar müzakirələr

09:00
28 Aprel

Şəfiqə Abbasova: Prezidentimizə bizi məcburi köçkünlük həyatından xilas etdiyi üçün çox minnətdaram  

08:57
28 Aprel

Oljas Süleymenov - 90: Antinüvə hərəkatının səsinə çevrilən yazıçı

08:55
28 Aprel

Erməni revanşistlərinin bayraq vandalizmi

08:50
28 Aprel

Dostluğa və əməkdaşlığa əsaslanan tərəfdaşlıq

08:45
28 Aprel

Azərbaycanın mühüm logistika mərkəzi kimi əhəmiyyəti artır

08:40
28 Aprel

Böyük alim, məşhur həkim, işıqlı insan

08:35
28 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!