28 Aprel 2026 08:30
197
İQTİSADİYYAT
A- A+
Dara düşənə kömək əli uzatmaq

Dara düşənə kömək əli uzatmaq


Azərbaycanın enerji siyasətində də əsas istiqamətlərdən biridir


Son bir neçə ildə Ukraynanın  adı gələndə ilk növbədə bu ölkədə qanlı-qadalı müharibə getdiyi yada düşür. Xüsusilə bizim, Azərbaycan xalqının  fikrinə gələn birinci bu olur. Çünki biz  uzun illər müharibənin  gətirdiyi  fəlakətdən, itki və ağrılardan  çox əziyyət çəkmişik. Buna görə və həm də ümumiyyətlə, xeyirxah xalq olduğumuz, dövlətimiz  humanist siyasət yeritdiyi üçün  müharibədən əziyyət çəkən xalqlara həmişə mənəvi və maddi kömək göstərmişik.

Bu  gün  də  belədir. Uzaqlığından, yaxınlığından asılı olmayaraq, müharibə  fəlakətləri ilə üz-üzə qalan insanlara dəstək oluruq. Ukraynaya göstərdiyimiz  dəstək özünü  enerji sahəsində də aydın  büruzə verir.

Qeyd edək ki, Azərbaycan-Ukrayna enerji əməkdaşlığının  tarixi xeyli  əvvəl başlanıb. SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti)  bu ölkədə  geniş yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinə malikdir. Ölkənin müxtəlif bölgələrində 100-dən çox müasir, yüksəkkeyfiyyətli yanacaq və əlavə xidmətlər təklif edən SOCAR brendli YDM fəaliyyət göstərir. Şəbəkə 10-dan çox  vilayətdə işləyən və  təhlükəsizlik sığınacaqları ilə təchiz olunan neçə-neçə YDM-dən ibarətdir. Kiyev-Odessa və Kiyev-Lvov magistrallarında sürətli enerjidoldurma stansiyaları və ilk operatorsuz avtomatik komplekslər  fəaliyyət göstərir. 

YDM-lərdə yüksəkkeyfiyyətli "Nano" markalı yanacaq, mağaza və kafe xidmətləri mövcuddur. Odur ki, SOCAR-ın Ukraynadakı şəbəkəsi yüksək xidmət səviyyəsinə görə yerli reytinqlərdə liderlər sırasındadır.

Ukraynaya  Azərbaycan qazının ixracı isə orada müharibə getdiyi dövrdə baş verdi. Belə ki, keçən il Ukraynanın "Naftogaz" Şirkətlər Qrupu SOCAR  qrupuna daxil olan "SOCAR Energy Ukraine" şirkəti ilə Azərbaycan təbii qazının alınması haqqında ilk müqaviləni  imzalamışdı. Həmin müqaviləyə əsasən,  iyul ayında Ukrayna ilk dəfə olaraq Azərbaycan qazını almağa başlamışdı. Bununla bağlı məlumatda "Naftogaz" bildirmişdi ki, Azərbaycan qazının Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Trans-Balkan marşrutu ilə sınaq tədarükü həyata keçirilir.

Ekspertlər Azərbaycan qazının Ukraynaya tədarükünün geosiyasi,  iqtisadi və sosial baxımdan əhəmiyyətli olduğunu deyirlər. Onların fikrincə, ümumiyyətlə, Azərbaycan qazının ixrac coğrafiyasının genişlənməsinin siyasi-iqtisadi əhəmiyyəti böyükdür. Əvvəla,  Azərbaycan qazının Avropaya çatdırılması və oradan da geriyə dönərək Ukraynaya daxil olması prosesinin özü diqqətəlayiqdir. Doğrudur, bu, əvvəlcədən müəyyən edilmiş həcmdə qazın bölgüsü çərçivəsində baş verir. Lakin hər bir halda Azərbaycanın qaz ixrac coğrafiyasının genişlənməsi və xüsusilə Ukrayna istiqamətində yeni bir mərhələnin başlanması mühüm əhəmiyyət daşıyır. Vacib bir məsələ də odur ki, bu yanacaq istiliyə ehtiyacı olan insanlar, onların məişəti, iş yerləri üçün gərəkdir. 

Yeri gəlmişkən onu da xatırladaq ki, Azərbaycandan Ukraynanın xəstəxanaları və əhalisi üçün dəfələrlə elektrik generatorları göndərilib.

Təsadüfi deyil ki, Ukrayna Prezidenti Volodimir Zelenski  bu il aprelin 25-də Azərbaycana  işgüzar səfəri çərçivəsində Qəbələdə mətbuata verdiyi bəyanatda ölkəsinin enerji  təchizatı üçün belə çox ağır bir dövrdə  bizdən 11 yardım paketi aldıqlarını deyib. Azərbaycana bu yardıma görə öz təşəkkürünü bildirib.

Qəbələdəki tədbirlərdə iki ölkə arasında bir çox istiqamət üzrə əməkdaşlıq edildiyi vurğulanıb. Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, həmin  əməkdaşlıq bu gün bir daha təsdiqləndi.

Müzakirə edilən məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində də əməkdaşlığı qeyd edən dövlətimizin başçısı deyib: "Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda çox gözəl perspektivlər var, birgə layihələr var".

Beləliklə, Azərbaycan-Ukrayna iqtisadi əlaqələri sırasında enerji sahəsində əməkdaşlıq əsas yeri tutur  və həm təcrübəyə, həm də potensiala əsaslanır. Azərbaycanın enerji sahəsində əməkdaşlıq əlaqələrinin geniş coğrafiyanı əhatə etdiyi artıq bütün dünyaya bəllidir. SOCAR-ın  bir sıra ölkələrdə olduğu kimi, Ukraynada da yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Bu da ikitərəfli biznes əlaqələrinin inkişafına töhfədir. Qəbələ görüşlərində bu, bir daha vurğulandı.

Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə geniş tərkibdə görüşündəki söhbət zamanı dövlətimizin başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlanıb, bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirilib. Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunulub.

Qəbələ  görüşü  bir daha təsdiqləyir ki, Azərbaycanla Ukrayna arasında olan münasibətlər hər iki xalqın maraqlarına uyğun inkişaf etdirilir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin müəllifi olduğu sülh modeli beynəlxalq səviyyədə təqdir olunur

11:01
28 Aprel

Marsda “həyatın kodları” tapılıb

10:48
28 Aprel

Nigeriyada silahlı hücumda 11 nəfər həlak olub

10:47
28 Aprel

Dünya birjalarında neft bahalaşıb

10:45
28 Aprel

Bakının təhlükəsizlik və əməkdaşlıq modelinə verilən beynəlxalq dəyər -Gernika mükafatı

10:45
28 Aprel

Azərbaycan-Çexiya münasibətləri daha da inkişaf edəcək

10:28
28 Aprel

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar

09:53
28 Aprel

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb  

09:53
28 Aprel

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər

09:50
28 Aprel

Rubio: İran raket ehtiyatının yarısını saxlayır

09:48
28 Aprel

Kol Tomas Allen Prezident Trampa qarşı sui-qəsd cəhdində ittiham olunub

09:46
28 Aprel

WSJ: Tramp İranın danışıqlar təklifinə şübhə ilə yanaşır

09:32
28 Aprel

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər

09:27
28 Aprel

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində olublar

09:01
28 Aprel

Rəsmi görüşlər, biznes-forumlar, işgüzar müzakirələr

09:00
28 Aprel

Şəfiqə Abbasova: Prezidentimizə bizi məcburi köçkünlük həyatından xilas etdiyi üçün çox minnətdaram  

08:57
28 Aprel

Oljas Süleymenov - 90: Antinüvə hərəkatının səsinə çevrilən yazıçı

08:55
28 Aprel

Erməni revanşistlərinin bayraq vandalizmi

08:50
28 Aprel

Dostluğa və əməkdaşlığa əsaslanan tərəfdaşlıq

08:45
28 Aprel

Azərbaycanın mühüm logistika mərkəzi kimi əhəmiyyəti artır

08:40
28 Aprel

Böyük alim, məşhur həkim, işıqlı insan

08:35
28 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!