28 Aprel 2026 11:01
164
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin müəllifi olduğu sülh modeli beynəlxalq səviyyədə təqdir olunur

Prezident İlham Əliyevin müəllifi olduğu sülh modeli beynəlxalq səviyyədə təqdir olunur

Azərbaycan Prezidenti İlham Əliyev illər ərzində mədəniyyətlərarası dialoqun, enerji təhlükəsizliyinin və regional sabitliyin inkişafına verdiyi töhfələrə görə orden və mükafatlar alıb. Münaqişədən sonrakı dövrdə dövlətimizin başçısı Ermənistanla barışığa yönəlmiş birgə təşəbbüslərinə görə də təltif  olunub. 

Bu sırada xüsusilə, 2026-cı ildə nüfuzlu beynəlxalq “Zayed İnsan Qardaşlığı Mükafatı”nın verilməsini qeyd edə bilərik. Prezident İlham Əliyevə “Sülh və Barışıq üzrə Gernika Mükafatı”nın verilməsi Cənubi Qafqazdakı yeni siyasi reallığın beynəlxalq səviyyədə tanınmasının daha bir mühüm əlamətidir. Bu mükafat Gernika-Lumo Bələdiyyəsinin, Sülh Muzeyinin və Gernikanı Anma Tədqiqat Mərkəzinin iştirakı ilə təsis edilib. Tarixdən məlumdur ki, Gernika faciəsi 26 aprel 1937-ci ildə İspaniya vətəndaş müharibəsi zamanı faşist Almaniyasının “Kondor” legionunun təyyarələri tərəfindən Bask bölgəsindəki Gernika şəhərinin bombardman edilməsi hadisəsidir. Bu, hərbi hədəflərdən daha çox mülki əhalini hədəf alan və böyük dağıntılara səbəb olan ilk hava hücumlarından biri hesab olunur. Uzun illərdir ki, görkəmli rəssam Pablo Pikassonun “Gernika” əsəri müharibə əleyhinə şüurun universal simvolu  kimi çıxış edir. Bu kontekstdə, Azərbaycan Prezidenti İlham Əliyevə belə bir nüfuzlu və vacib mükafatın verilməsi onun siyasətinin daha geniş beynəlxalq gündəliyin bir hissəsi kimi qəbul edilməsini vurğulayır.

    İspaniya vətəndaş müharibəsinin ən dramatik epizodlarından biri olan Gernika faciəsinin anım günündə təqdim edilən bu mükafat dərin humanist məna daşıyır. Bu mükafat yalnız münaqişələrin ağır nəticələrindən sonra özündə güc taparaq, yaşamağı bacaranlara deyil, həm də onların aradan qaldırılması üçün effektiv mexanizmlər təklif edə bilənlərə ünvanlanıb. 44 günlük Vətən müharibəsindən və 1 günlük anti-terror əməliyyatından sonra Azərbaycan Ermənistanla uzunmüddətli sülh üçün gündəm təklif etdi. Bu isə qarşıdurmadan praqmatizmə keçid Bakının səylərinin beynəlxalq səviyyədə tanınması üçün əsas arqument idi. 2025-ci ildə Vaşinqtonda sülh müqavilələrinin paraflanması bu prosesin kuliminasiya nöqtəsi oldu. Bu, 30 ilə yaxın davam edən münaqişəyə son qoymaqla yanaşı, həm də Cənubi Qafqazın qarşıdurma deyil, əməkdaşlıq sahəsi kimi qəbul edildiyi yeni regional arxitekturanın formalaşmasına yol açdı.

Eyni zamanda, ölkənin beynəlxalq imicinin gücləndirilməsində mühüm amil onun aktiv humanitar siyasəti idi. Azərbaycan Avropadan Afrika və Asiyaya qədər onlarla ölkəyə yardım göstərdi. Bu fəaliyyət, xüsusilə COVID-19 pandemiyası dövründə, Bakının 80-dən çox ölkəyə maliyyə və tibbi yardım göndərdiyi və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüslərini dəstəklədiyi zaman daha da nəzərə çarpdı.

    Cənubi Qafqazın hazırda transformasiya dövrünü yaşadığı danılmazdır. İqtisadi layihələr, nəqliyyat dəhlizləri və enerji marşrutları əvvəlki münaqişə məntiqini tədricən əvəz edir. Bu kontekstdə Azərbaycanın rolu həlledici hala gəlir, ölkə regionun qlobal dəyər zəncirlərinə inteqrasiyasına yönəlmiş proseslərə başlayır. Prezident İlham Əliyevin dürüstlüyü və siyasi iradəsi ona yalnız status-kvonu dəyişdirməyə deyil, həm də münaqişədən sonrakı inkişaf üçün bir model təklif etməyə imkan vermişdir. Bundan əlavə, bu, təkcə ölkəmizin liderinin şəxsi rolunun deyil, həm də Azərbaycanın beynəlxalq səhnədəki bütün strategiyasının tanınmasını nümayiş etdirir.

    Biz dövlətimizin başçısı cənab İlham Əliyevi Sülh və Barışıq üzrə Gernika Mükafatının verilməsi münasibətilə ilə ürəkdən təbrik edir. Azərbaycanın inkişafı naminə göstərdiyi şərəfli və məsuliyyətli fəaliyyətində uğurlar arzulayırıq! 


Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor 



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabaha olan hava proqnozu açıqlanıb

12:41
28 Aprel

Dənizkənarı Milli Parkda yelkən yarışına start veriləcək

12:23
28 Aprel

Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı

12:08
28 Aprel

Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında  

12:05
28 Aprel

Çexiya nəşri energetika sahəsində Azərbaycanla əməkdaşlığın perspektivlərindən yazır

11:51
28 Aprel

Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib

11:48
28 Aprel

Çexiya Azərbaycan qazının idxalını genişləndirməyi planlaşdırır

11:23
28 Aprel

Qlobal hərbi xərclər 11 ildir artır və BMT büdcəsini 776 dəfə üstələyib

11:18
28 Aprel

SOCAR IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılmasına əhəmiyyətli layihə kimi yanaşacaq

11:10
28 Aprel

Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA

11:08
28 Aprel

Azərbaycan neftinin qiyməti 113,85 dollar olub

11:02
28 Aprel

Prezident İlham Əliyevin müəllifi olduğu sülh modeli beynəlxalq səviyyədə təqdir olunur

11:01
28 Aprel

IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb  

10:59
28 Aprel

“Neftçi” – “Qarabağ” oyununu 9500 tamaşaçı izləyib

10:52
28 Aprel

Marsda “həyatın kodları” tapılıb

10:48
28 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:47
28 Aprel

Nigeriyada silahlı hücumda 11 nəfər həlak olub

10:47
28 Aprel

Dünya birjalarında neft bahalaşıb

10:45
28 Aprel

Bakının təhlükəsizlik və əməkdaşlıq modelinə verilən beynəlxalq dəyər -Gernika mükafatı

10:45
28 Aprel

Azərbaycan-Çexiya münasibətləri daha da inkişaf edəcək

10:28
28 Aprel

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar

09:53
28 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!