05 Oktyabr 2026 19:37
223
SİYASƏT
A- A+
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir


Oktyabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi Dimah Al-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı ölkəmizin bu il təşkilata üzvlüyündən sonra Azərbaycan ilə Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də rəqəmsal transformasiya, innovasiya, süni intellekt və rəqəmsal iqtisadiyyat, startap ekosistem sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın rəqəmsal inkişafı, innovasiya və yeni texnologiyaların tətbiqini ölkənin iqtisadi inkişafının və beynəlxalq əməkdaşlığının mühüm istiqamətlərindən biri kimi müəyyən etdiyini qeyd edib. Bu çərçivədə Azərbaycanın rəqəmsal iqtisadiyyatın inkişafı, rəqəmsal infrastrukturun təkmilləşdirilməsi və innovativ həllərin, habelə süni intellektin tətbiqi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.

Görüşdə Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi və enerji resurslarının etibarlı, şaxələndirilmiş marşrutlar üzrə nəqlinin təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə də fikir mübadiləsi aparılıb. Azərbaycanın regional və beynəlxalq enerji əməkdaşlığında fəal rol oynadığı, enerji infrastrukturu və nəqli marşrutlarının inkişafının ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb. Bu çərçivədə qabaqcıl rəqəmsal texnologiyalardan da istifadə barədə geniş məlumat verilib.

Həmçinin Azərbaycanın regionda nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına, beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasına, tranzit imkanlarının genişləndirilməsinə verdiyi töhfələr qeyd olunub. Bu istiqamətdə rəqəmsal texnologiyaların tətbiqinin, logistika proseslərinin optimallaşdırılmasının əhəmiyyəti vurğulanıb.

DCO Baş katibi Dimah Al-Yahya təşkilatın fəaliyyəti barədə geniş məlumat verib, Azərbaycanın rəqəmsal inkişaf sahəsində əldə etdiyi nailiyyətləri qeyd edib, Təşkilatın Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən beynəlxalq və regional gündəliyin aktual mövzuları barədə fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

19:37
05 Oktyabr

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb  

19:33
05 Oktyabr

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar  

19:30
05 Oktyabr

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

18:57
05 Oktyabr

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

18:43
05 Oktyabr

Diabetin zəifləməsinə nail olmağın yolu tapılıb

18:41
05 Oktyabr

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib  

18:39
05 Oktyabr

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər  

18:29
05 Oktyabr

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib 

18:26
05 Oktyabr

Bloomberg NATO-nun yeni müdafiə planına çıxış əldə edib

17:58
05 Oktyabr

 Yaponiya pilotsuz nəqliyyat gəmilərinin hazırlanması haqqında qərar verib

17:39
05 Oktyabr

Qarabağın dağlarına yeni yol çəkilir

17:33
05 Oktyabr

Azərbaycan neftinin İsveçrəyə ixracı 3 dəfə artıb

17:32
05 Oktyabr

Zəngilanda “Sarıqışlaq”ın iki illik enerji salnaməsi

17:26
05 Oktyabr

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

17:25
05 Oktyabr

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB

17:24
05 Oktyabr

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

17:20
05 Oktyabr

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb  

17:17
05 Oktyabr

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub  

17:16
05 Oktyabr

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub  

17:13
05 Oktyabr

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib  

17:11
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!