29 Iyul 2024 19:03
93
CƏMİYYƏT
A- A+

“Regionun gənc eko-səfirləri” proqramının nəticələri açıqlanıb

 

Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) tərəfindən ölkəmizdə elan olunan "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr edilmiş "Regionun gənc eko-səfirləri" proqramının nəticələri açıqlanıb.

GİKM-dən bildiriblər ki, gənclər üçün yaradılan bu fürsətin əsas məqsədi iqlim dəyişikliyinin təsirləri və həlli istiqamətində gənclər arasında ictimai iştirakçılığı stimullaşdırmaq, region gənclərinin iqlim dəyişikliyi, ekologiyaya dair maarifləndirilməsi, bu istiqamətdə gənclərin iştirakı ilə müxtəlif fəaliyyətlərin həyata keçirilməsidir.

Proqram çərçivəsində 16-25 yaşarası 200-ə yaxın gənc qeydiyyatdan keçib və onlar arasından tələblərə cavab verən 58 nəfər müsahibə mərhələsinə dəvət olunub. Bu mərhələni də uğurla tamamlayan 12 gənc təmsil etdiyi regionun eko-səfiri seçilib.

Gənc eko-səfirlər üçün bilik və bacarıqların inkişafı məqsədilə dördaylıq təlimlər, qeyd olunan sahənin ekspertləri ilə görüş və müzakirələr, eyni zamanda, eko-səfirlər tərəfindən ekoloji aksiyalar və iqlim dəyişikliyi ilə bağlı fəaliyyətlərin icrası nəzərdə tutulub.

GİKM-in Dağlıq Şirvan regional nümayəndəliyinin koordinatoru və layihə rəhbəri Coşqun İsmayılov proqramın gəncləri təbiətin qorunmasında fəal iştirakçıya çevirmək üçün mükəmməl fürsət olduğunu vurğulayıb. O, həmçinin proqram üzrə seçilən və eko-səfir adını qazanan bütün gəncləri mərkəz adından təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Yaşıl gələcək naminə seçilən gənclərin siyahısını təqdim edirik:

1. Leyla Hüseynova Sənan qızı (Ağsu rayonu)

2. Nigar Mustafayeva Vüqar qızı (Balakən rayonu)

3. Roza Allahverdiyeva Elçin qızı (Gəncə şəhəri)

4. Məleykə Mirzəliyeva Mənsur qızı (Göyçay rayonu)

5. Kərim Boyaqçızadə Bəhruz oğlu (İsmayıllı rayonu)

6. Gültəkin Qulamzadə Yunus qızı (Lənkəran şəhəri)

7. Hikmət Qafarov Taleh oğlu (Mingəçevir şəhəri)

8. Bənövşə Ramazanova Adil qızı (Qax rayonu)

9. Xaqan Qurbanov Amil oğlu (Qazax rayonu)

10. Xəyal Məmmədəliyev İlham oğlu (Qəbələ rayonu)

11. Fəridə Allahverdiyeva Fərhad qızı (Quba rayonu)

12. Famil Pirəliyev Ramil oğlu (Sumqayıt şəhəri).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video