29 Iyul 2024 19:04
96
CƏMİYYƏT
A- A+

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı tam elektronlaşdırılacaq

 

“Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoruna dair 2024-cü il üzrə Yol Xəritəsinin və “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi üzrə görülmüş işlər barədə təqdimatı keçirməkdə məqsədimiz işçi qrupunun cari ildə həyata keçiriləcəyi tədbirlər, cari ilin birinci yarımilliyi ərzində yerinə yetirilmiş işlərin hesabatıdır.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, ümumilikdə bu yol xəritəsi 26 tədbirin həyata keçirilməsini nəzərdə tutub.

“Bu ilin birinci yarımilliyi ərzində 10 tədbir tamamilə başa çatdırılıb, 13 tədbirin icrası isə ikinci yarımillikdə davam etdirilir. Ən böyük uğur kimi bu indikator üzrə həyata keçirilmiş “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılmasını xüsusilə vurğulamaq istərdim. Bu sistemin fəaliyyəti ilə bağlı əsasnamənin və çoxlu sayda normativ hüquqi aktlara dəyişikliklə bağlı layihənin hazırlanması və aidiyyəti dövlət orqanları ilə razılaşması üçün təqdim olunması prioritetlik təşkil edir”, - deyə N.Alimova vurğulayıb.

N.Alimova qeyd edib ki, portal ölkədə əmlak hüquqlarının qeydiyyatı mərhələsinə başlamaqla hazır sənədlərin təqdim olunmasını, bütün bu proseslərin tam elektronlaşdırılmasını nəzərdə tutur: “Bu, həmçinin ölkədə elektron inzibatçılığın, elektron idarəetmənin daha da genişləndirilməsidir, nəticədə beynəlxalq reytinqlərdə biznes strukturları üçün əlverişli mühitin yaranmasıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkə daxilində vətəndaşların, biznes subyektlərin əmlak hüquqlarına qeydiyyat imkanlarının əlçatanlığının artırılması, vətəndaş-məmur ünsiyyətinin azaldılması və yekunda vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Nəticə etibarilə mənzil əldə etmək istəyən vətəndaşlar seçimi və ödənişi portal vasitəsilə əldə edə bilərlər. Yeniliklərdən biri də ilin əvvəllindən başlayaraq təkcə mülkiyyət hüquqları, eləcə də əmlak hüquqlarına dair çıxarışların deyil, həmçinin onların ayrılmaz tərkib hissəsi olan texniki sənədlərin yəni, torpağa münasibətdə toplanmış sənədlər, tikililərə münasibət də isə texniki pasportlar tam elektronlaşdırılıb. Elektronlaşma tamamilə başa çatdırılıb”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video