29 Iyul 2024 19:10
92
SİYASƏT
A- A+

BMT-nin regional direktoru ilə Dayanıqlı İnkişaf Məqsədlərinin ölkədə icrası müzakirə edilib

 

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov BMT-nin İnkişafın Koordinasiyası Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yeop Sonunla görüşüb.

"Azərbaycan" qəzeti nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Dayanıqlı İnkişaf Məqsədlərinin ölkə səviyyəsində icrası, ərzaq təhlükəsizliyi, insan kapitalı, gender bərabərliyi və ətraf mühitin dayanıqlılığı istiqamətində BMT-ilə aparılan səmərəli tərəfdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bundan başqa, cari ilin iyul ayında BMT-nin Yüksək Səviyyəli Siyasi Forumu çərçivəsində təqdim edilən ölkəmizin sayca 4-cü Könüllü Milli Hesabatının hazırlanmasında BMT-nin Ölkə üzrə Ofisinin dəstəyi, “2021-2025-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrasında, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əməkdaşlığı qeyd edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video