29 Iyul 2024 19:33
130
İQTİSADİYYAT
A- A+

“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin təqdimatı keçirilib

 

Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın təşəbbüsü ilə ““Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoruna dair 2024-cü il üzrə Yol Xəritəsi”nin və “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi üzrə görülmüş işlər barədə təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət və özəl sektor nümayəndələrinin iştirak etdiyi iclasda “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru ilə bağlı təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsi, müvafiq tədbirlərin icra vəziyyəti barədə məlumat verilib və müzakirələr aparılıb.

İclası giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, işçi qrupunun rəhbəri Rüstəm Şahbazov iclas iştirakçılarına yol xəritəsində torpaq və əmlak idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı görüləcək tədbirlər, həyata keçiriləcək layihələr və “Business Ready” (B-READY) reytinqində ölkənin ilkin qiymətləndirilməsinə dair təqdimatda müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər barədə məlumat verib.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Əmlakın qeydiyyatı və icarəsi” İşçi qrupunun fəaliyyət istiqamətləri və qarşıda duran əsas hədəfləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova “Əmlakın qeydiyyatı və icarəsi” İşçi qrupu tərəfindən 2024-cü il üzrə Yol Xəritəsinə dair cari ilin yanvar-iyun aylarında görülmüş işlər barədə məlumat verib. O, əmlak əməliyyatları üçün onlayn xidmətlərin və məlumatların mövcudluğu, qarşılıqlı fəaliyyəti və infrastrukturun etibarlılığının təmin edildiyini bildirib. Daha sonra biznes mühitinin yaxşılaşmasına mühüm töhfə verəcək “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması istiqamətində atılan addımlar barədə iştirakçıları məlumatlandırıb.

Sonda Yol Xəritəsi üzrə tədbirlərin icra vəziyyəti, 2024-cü il üçün hədəflər, prioritetlər barədə müzakirələr aparılıb və özəl sektor nümayəndələrinin, ekspertlərin, media təmsilçilərinin sualları cavablandırılıb.

Qeyd olunub ki, Dünya Bankı Qrupunun “Әlverişli biznes mühiti” layihәsinin ““Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi” Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video