20 Fevral 2026 14:16
167
SİYASƏT
A- A+
Rabitə ixtisaslı zabitlərə peyk rabitəsi və kosmik texnologiyaların tətbiqi imkanları təqdim olunub

Rabitə ixtisaslı zabitlərə peyk rabitəsi və kosmik texnologiyaların tətbiqi imkanları təqdim olunub

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi hissələrinin, eləcə də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin rabitə ixtisaslı zabitləri üçün təlim-metodiki görüş təşkil edilib.

“Azərkosmos”-dan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində rabitə ixtisaslı zabitlərin əməliyyat və ixtisas hazırlığı üzrə metodiki və nəzəri biliklərinin təkmilləşdirilməsi, praktiki bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. İştirakçılara rabitə və informasiya texnologiyaları sisteminə inteqrasiya edilən yeni sistem və vasitələr barədə məlumat verilib, onların tətbiq imkanları və üstünlükləri praktiki şəkildə nümayiş etdirilib.

Tədbir zamanı “Azərkosmos”un fəaliyyət istiqamətləri, peyk rabitəsi və kosmik texnologiyaların müdafiə və təhlükəsizlik sahəsində tətbiq imkanları barədə təqdimat keçirilib. Bununla yanaşı, innovativ texnologiyalar və onların əməliyyat imkanları iştirakçıların diqqətinə çatdırılıb.

Bu cür təşəbbüslər müdafiə və təhlükəsizlik sahəsində kosmik və rabitə texnologiyalarının tətbiqinin genişləndirilməsinə, eləcə də müasir texnoloji həllərin qarşılıqlı əməkdaşlıq çərçivəsində inkişafına töhfə verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

16:12
20 Fevral

Qazaxıstanda TDT ölkələri iqtisadiyyat və ticarət nazirlərinin 14-cü iclası keçirilib  

16:09
20 Fevral

Qadın hərbçilərlə bağlı qanunvericiliyə dəyişiklik edilir

15:10
20 Fevral

Küçələrdə, ictimai yerlərdə elektron siqaretlərdən istifadəyə görə cərimə tətbiq ediləcək  

15:07
20 Fevral

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov Ağdamda dəfn olunub

14:34
20 Fevral

Bir peyvəndlə bütün öskürək, soyuqdəymə və qrip növlərindən qorunmaq mümkün ola bilər - tədqiqat

14:33
20 Fevral

Köç karvanı Xocavəndə çatıb 

14:32
20 Fevral

Sabah hava əsasən yağmursuz keçəcək

14:30
20 Fevral

Tezliklə yadplanetlilər haqqında sənədlər açıqlanacaq

14:28
20 Fevral

ABŞ F-16-ları Sarı dənizdə Çinin döyüş təyyarələri ilə qarşılaşıb

14:27
20 Fevral

Xocalı faciəsi zamanı itkin düşən Zibeydə Əhmədova dəfn olunub

14:23
20 Fevral

Rusiyanın Türkiyədə yeni səfiri təyin edilib

14:21
20 Fevral

İtkin şəhid Rafiq Hüseynov Lökbatan Şəhidlər xiyabanında dəfn olunub

14:20
20 Fevral

Rabitə ixtisaslı zabitlərə peyk rabitəsi və kosmik texnologiyaların tətbiqi imkanları təqdim olunub

14:16
20 Fevral

Ötən ay əlilliyi olan 2800 şəxsə 123 min reabilitasiya vasitəsi verilib

14:11
20 Fevral

“Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası” ratifikasiya olunub

14:11
20 Fevral

Azərbaycan markaları Dubayda beynəlxalq filateliya sərgisində nümayiş etdirilib

14:08
20 Fevral

Azərbaycan Hakimlərinin II Forumunun açılış mərasimi keçirilib YENİLƏNİB

14:08
20 Fevral

Yeni Zelandiyadan Moskvaya yeni sanksiya zərbəsi: 100 gəmi, 13 şirkət və 23 şəxs siyahıya alındı

14:06
20 Fevral

İtkin şəhid Mehriban Qarayeva Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb

14:05
20 Fevral

Azərbaycanın sülh təşəbbüsləri qlobal təhlükəsizliyə töhfə verir

14:01
20 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!