20 Fevral 2026 09:50
186
SİYASƏT
A- A+
Azərbaycan Milli QHT Forumu İsveçrənin Azərbaycandakı səfirinə açıq məktub ünvanlayıb  

Azərbaycan Milli QHT Forumu İsveçrənin Azərbaycandakı səfirinə açıq məktub ünvanlayıb  


Azərbaycan Milli QHT Forumu İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri Tomas Ştəliyə (Thomas Stähli) açıq məktub ünvanlayıb.

AZƏRTAC məktubu təqdim edir: “Biz Azərbaycan vətəndaş cəmiyyəti təsisatları olaraq, İsveçrə Konfederasiyasında sistemli şəkildə anti-Azərbaycan narrativinin formalaşdırılması cəhdlərini müşahidə edirik. İsveçrə parlamentinin hansısa “Sülh Forumu” adı altında ortaya atdığı bu narrativlər Ermənistanda revanşizmin alovlandırılmasına, Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmağa xidmət edir. Azərbaycana qarşı nifrət üzərində qurulan iftira kampaniyası regionda sülh və etimad quruculuğunu zədələməyə, separatizmin yenidən təbliğinə yönəlib.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə təxribatçı fəaliyyət, tarixin arxivinə göndərilmiş ritorika və terminologiyadan istifadə İsveçrə Konfederasiyasında adi hal almaqdadır. Bəzi İsveçrə parlamentarilərinin son vaxtlar Qarabağ məsələsini “bağlanmış” hesab etmədiyini tez-tez dilə gətirmələri, Erik Fontobelin və digərlərinin İrəvanda revanşistlərin “ofisləri”ndə görüşlər keçirmələri anlaşılmır. Qərargahı İsveçrədə yerləşən “Beynəlxalq Xristian Həmrəyliyi” təşkilatı isə Qarabağ məsələsini dini müstəvidə qələmə verməyə çalışır, Azərbaycana böhtan atır.

Biz bundan əvvəl də sizə üz tutaraq bildirmişdik ki, belə təşəbbüslər xüsusilə də İsveçrə kimi beynəlxalq hüquqa hörmət bəslədiyini iddia edən bir ölkənin parlamentində irəli sürüləndə, qəbul ediləndə və ya İsveçrə cəmiyyətinin bir hissəsi olan kilsə tərəfindən təşviq ediləndə, İsveçrə ərazisində keçiriləndə obyektivlik və bitərəflik prinsipinə zidd olaraq ikili standartların bariz nümunəsinə çevrilir. XXI əsrdə Avropanın mərkəzində məsələlərə etnik və dini təəssübkeşlik prizmasından yanaşılması qəbuledilməzdir. Xüsusilə regiondan kənar dairələrin məsələlərə birtərəfli, qərəzli və irqçi yanaşması yolverilməzdir. Biz bu cür yersiz müdaxilələri bir daha qətiyyətlə pisləyir, onları Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinə zərbə hesab edirik.

İsveçrənin Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) 4 min nəfərə yaxın azərbaycanlı itkinin taleyini aydınlaşdırmaq əvəzinə, ölkəmizin suverenliyi, ərazi bütövlüyü əleyhinə addımlar atmış, o cümlədən vaxtilə Xankəndidə icazəsiz ofis açmışdı. BQXK özünün humanitar təşkilat olduğunu iddia etsə də, əslində, qəbuledilməz siyasi fəaliyyətlə məşğul olmuşdur. BQXK-nın mandatına zidd olan bu təlimatların mənbəyi haradır?

Biz BQXK-nın Azərbaycanın etibarından sui-istifadə edərək emblemi altında olan yük və təcili tibbi yardım avtomobilləri ilə qaçaqmalçılıqla məşğul olmasını, bu xüsusda həmin nəqliyyat vasitələrində aşkarlanan benzin, siqaret, mobil telefon qutularını da unutmamışıq. “Humanitar yardım” adı altında Azərbaycanın suveren ərazilərində qanunsuz ticarət dövriyyəsinin aparılmasına, fırıldaqçılığa niyə göz yumulub?

İsveçrənin Azərbaycandakı səfirliyi Emin Hüseynov adlı birini aylarla inzibati binasında gizlətməklə, İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndəsi Didye Burkhalterin müşayiəti ilə qadın paltarında ölkədən qaçırmaqla hansı məqsəd güdüb? Emin Hüseynovun bu gün Azərbaycan dövlətinə qarşı çirkin iftira kampaniyasında İsveçrə dövlətinin rolu nədir?

Bizim suallarımız çoxdur. Yuxarıda qeyd edilənlərlə əlaqədar biz - Azərbaycan Milli QHT Forumunun təmsilçiləri 100-lərlə Azərbaycan QHT-sini birləşdirən çətir təşkilat olaraq, Sizinlə görüşməyə hazırıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin növbəti plenar iclası keçirilir

11:23
20 Fevral

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri başa çatıb

11:22
20 Fevral

İnam Kərimov: Məhkəmələrdə İKT-nin inkişafı və süni intellektin tətbiqi mürəkkəb işlərin analizində əhəmiyyətli rol oynayacaq  

11:21
20 Fevral

TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu əldə etməsi istiqamətində Yol Xəritəsi hazırlanıb

11:20
20 Fevral

ABŞ-nin ticarət kəsiri 2025-ci ildə rekord həddə çatıb

11:18
20 Fevral

Neftin bahalaşması bazarın geosiyasi proseslərə reaksiyasıdır

11:17
20 Fevral

Ötən gün 77 cinayətin açılması təmin edilib

11:15
20 Fevral

NASA “Starliner” missiyasının uğursuzluğu ilə bağlı hesabat təqdim edib

11:14
20 Fevral

Dünya bazarında qızıl 27 dollaradək bahalaşıb

11:11
20 Fevral

Azərbaycan Hakimlərinin II Forumu keçirilir 

11:08
20 Fevral

Parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmiz əleyhinə aparılan hibrid hücumlara dair açıqlama yayıb  

11:01
20 Fevral

ABŞ-nin Yaxın Şərqdə kifayət qədər qüvvə toplaması İrana hücum ehtimalını artırır

10:57
20 Fevral

İnam Kərimov: Bu il hakimlərin sayının 700-ü keçməsi proqnozlaşdırılır

10:47
20 Fevral

Ramiz Rzayev: Hakimlər cəmiyyətin ədalətə olan inamının əsas təminatçısıdırlar  

10:32
20 Fevral

Dünya birjalarında neft bahalaşıb 

10:23
20 Fevral

Pentaqon: ABŞ son iki ildə Kiyevə yardımı 40 dəfədən çox azaldıb  

10:17
20 Fevral

Kubanın iflasına az qalıb: Nə neft var, nə pul...

10:12
20 Fevral

UEFA Avropa Liqası: “Ştutqart” böyük hesabla qalib gəlib

10:03
20 Fevral

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşır

09:51
20 Fevral

Azərbaycan Milli QHT Forumu İsveçrənin Azərbaycandakı səfirinə açıq məktub ünvanlayıb  

09:50
20 Fevral

Elektron siqaretlərin qadağan olunması zərurət idi

08:50
20 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!