20 Fevral 2026 08:20
533
SİYASƏT
A- A+
ABŞ-Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf edir

ABŞ-Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf edir


Avqustun 8-də Vaşinqtonda keçirilmiş sülh sammiti Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdı. Bayden-Blinken administrasiyası dövründə Azərbaycana qarşı qərəzli yanaşma ölkələr arasında münasibətlərdə böyük çat yaratmışdı. Belə ki, sözügedən administrasiyanın sifarişi ilə Nümayəndələr Palatasında  və Senatda ölkəmiz əleyhinə böhtan xarakterli qətnamələrin qəbul edilməsi adi hal almışdı. Erməni lobbisinin sifarişi ilə Senatın və Nümayəndələr Palatasının komitə və plenar iclaslarında keçmiş qondarma Dağlıq Qarabağda yaşayan ermənilərin guya blokadaya alınması və etnik təmizlənmə kimi saxta fikirlər müzakirələrə çıxarılaraq Azərbaycana təzyiq göstərməyə çalışırdılar. 

Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, 2022-ci ilin sentyabrında ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistana səfəri çərçivəsində Azərbaycanı suveren ərazilərini işğaldan azad etdiyinə görə ittiham edərək separatçılara dəstəyini bildirmişdi. Halbuki Bayden hakimiyyəti ölkələrin suveren ərazilərinin bütövlüyünü və sərhədlərin dəyişilməzliyini vacib bilərək Rusiyaya qarşı sanksiyalar tətbiq edir, Ukraynaya milyardlarla dollar yardım göndərirdi. Amma Azərbaycana gələndə bu prinsiplər işləmirdi. "Təbii ki, belə ikili standartlar üzərindən yanaşma ABŞ kimi dövlətin imicinə zərbə vururdu. Bayden-Blinken administrasiyası yürütdüyü siyasətlə ABŞ-nin milli maraqlarını ayaq altına ataraq ölkəni uçuruma aparırdı. Donald Trampın hakimiyyətə qayıdışı isə Amerikanı yenidən özünə qaytardı.  Tramp prezident seçkilərinə qatıldığı ilk gündən dünyada müharibələrin dayandırılmasına və ABŞ-ni güclü ölkəyə çevirəcəyinə vəd verdi. Donald Trampın yenidən prezident seçildiyi qısa zaman kəsiyində dünyada 8 müharibənin dayandırılmasına müvəffəq olduğu bildirilir. Amma bu sonlandırılan müharibələrin ən ədalətli yolla həll olunanı Azərbaycan-Ermənistan münaqişəsidir. Belə ki, ötən ilin 8 avqust tarixində Vaşinqtonda əldə olunmuş razılaşmalarla münaqişə tarixin arxivinə göndərildi", - deyə o bildirib.  

 Deputat qeyd edib ki, Vaşinqton sammiti həm də ABŞ-Azərbaycan münasibətlərinin yenidən normallaşmaya doğru irəliləməsi baxımından tarixi bir hadisə oldu. Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi yüksək səviyyədə qarşılaması, ikitərəfli görüşün keçirilməsi, "Azadlığa Dəstək Aktı"na qəbul olunmuş 907-ci düzəlişin fəaliyyətinin dayandırılması və hökumətlərə iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə tapşırıqların verilməsi Azərbaycan-ABŞ münasibətlərinin inkişafına yeni nəfəsin verilməsi demək idi. Yeri gəlmişkən, artıq bu xartiya da imzalanıb. Eyni zamanda Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına da şahidlik etdik.  

A.Badamov vurğulayıb ki, Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh sammitində Prezident Donald Trampın Prezident İlham Əliyevin çox güclü lider olduğunu bildirməsi dövlət başçımızın şəxsiyyətinə və Azərbaycanla münasibətlərin inkişafına verilən  yüksək dəyərin təzahürü idi: "Fevralın 10-11-də ABŞ vitse-prezidenti Cey.Di.Vensin Azərbaycana səfər etməsi ölkələrimiz arasında münasibətlərin inkişafının yeni mərhələsində konturların müəyyən edilməsi oldu. Ümumiyyətlə, Cey.Di.Vensin Cənubi Qafqaza səfərinin məqsədi əsasən ABŞ-nin regionda yaranmış sülh və sabitliyə, o cümlədən TRIPP layihəsinin icrasına dəstəyin nümayişi idi. Bakıda Prezident İlham Əliyev və vitse-prezident Cey.Di.Vens arasında imzalanmış sənədlə Azərbaycanla ABŞ strateji tərəfdaş oldular. Artıq iki ölkə arasında münasibətlərin və əməkdaşlığın istiqamətləri müəyyən olunub. ABŞ vitse-prezidentinin Azərbaycana səfəri ərəfəsində 31 şirkətdən 60-dan çox nümayəndə heyətinin təmsil etdiyi Ticarət Palatasının üzvlərinin Bakıya gəlməsi, dövlət başçımızla görüşməsi və biznes-forumun keçirilməsi ABŞ-nin Azərbaycanla münasibətlərin sürətlə inkişaf etdirilməsində maraqlı olduğunu bir daha təsdiq etdi".  

Donald Trampın təşəbbüsü ilə təsis olunmuş Sülh Şurasının ilk sammitinin keçirildiyini xatırladan deputat bildirib ki, bu tədbirə Prezident İlham Əliyevin dəvət edilməsi Azərbaycana verilən böyük dəyər olmaqla yanaşı, yeni dünya nizamının formalaşmasında ölkəmizin iştirakı deməkdir. Yeni dünya nizamının formalaşmasında Sülh Şurasına üzv ölkələrin iştirakı qlobal qərarların daha ədalətli qəbul olunmasına yol açacaq. "Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə ədalətsizliklərlə çox rastlaşıb, BMT TŞ-nin 4 qətnaməsi qəbul edilsə də, icra olunmayıb. Keçmiş Minsk qrupu Azərbaycanın torpaqlarının işğal faktı ilə barışmasına çalışıb, beynəlxalq platformalarda qəbul edilmiş qərarlar icra olunmayıb. Amma Azərbaycan öz gücü ilə haqqını bərpa edib. Bu gün beynəlxalq hüquq kim güclüdür, o da haqlıdır prinsipi ilə işləyir. Amma ədalətli qərarlar qəbul ediləndə beynəlxalq hüquq və normalar da işləyər və münaqişələrin həll olunmasında yanaşmalar da dəyişilər. Bu baxımdan Azərbaycan beynəlxalq hüququn pozulmasından ən çox əziyyət çəkən ölkə olsa da, indi ABŞ ilə birlikdə dünyada ədalətin bərpa olunması prosesində iştirak edəcək. Bu, həm də Azərbaycanın dünyada artan nüfuzunun və şəxsən Prezident İlham Əliyevin apardığı beynəlxalq siyasətin qazandırdığı uğurdur", - deyə A.Badamov qeyd edib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır 

11:38
04 Aprel

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

11:18
04 Aprel

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

11:06
04 Aprel

Xəzərdə zəlzələ olub

11:01
04 Aprel

FHN-dən gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

10:49
04 Aprel

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

10:42
04 Aprel

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib  

10:36
04 Aprel

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb  

10:23
04 Aprel

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb  

10:13
04 Aprel

Prezident İlham Əliyev: Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik  

10:01
04 Aprel

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir

09:21
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!