20 Fevral 2026 14:01
177
SİYASƏT
A- A+
Azərbaycanın sülh təşəbbüsləri qlobal təhlükəsizliyə töhfə verir

Azərbaycanın sülh təşəbbüsləri qlobal təhlükəsizliyə töhfə verir


Azərbaycanın da təmsil olunduğu Sülh Şurasının ilk iclası keçirildi və bu təsisatın hədəfləri bir daha dünyaya bəyan olundu. ABŞ Prezidenti Donald Tramp bəyan etdi ki, Şura bütün ölkələrə açıqdır və Şura sülh, dialoq, humanitar təşəbbüslərlə məşğul olan bir platforma olacaq. Bu platforma çərçivəsində fəaliyyət qarşıdurmanın azalması və qarşılıqlı anlaşmanın artmasına yönələcək. Yeri gəlmişkən, toplantıda 30 ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması təqdir olundu. 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatlarından sonra yaranmış sülh mühiti məhz 2025-ci ilin avqustunda Vaşinqtonda rəsmiləşdi və möhkəmləndi.

Bu xüsusda “otuz il müharibə gedib və biz onun öhdəsindən gəldik. Sizə çox minnətdaram, əla iş gördünüz. 24 saatın içərisində işi yerinə yetirdik. Çox yaxşı sülh alındı” deyən ABŞ Prezidenti əslində Azərbaycanın böyük qələbəsinin regionda yaratdığı yeni reallıqları nümunə kimi təqdim etdi.

Azərbaycanın Sülh Şurasında təmsil olunması təsadüfi deyil. Ölkəmizin növbəti dəfə sülhyaratma missiyasına töhfəsi, eyni zamanda beynəlxalq nüfuzun göstəricisidir. Beləliklə, Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolu artır. Sülh Şurasına qoşulan ölkəmiz Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz, rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq.

Bu, cənab Prezidentin beynəlxalq nüfuzu, liderliyi, dövlət başçımızın təhlükəsizlik və sülh istiqamətində təşəbbüsləri, həyata keçirdiyi siyasətin nəticəsidir. Ötən ilin oktyabrında da Azərbaycan Prezidenti Şarm əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitində iştirak edib. Ölkəmiz uzun müddət işğaldan, münaqişədən, humanitar fəlakətdən əziyyət çəkən tərəf kimi bütün regionlarda sabitliyi, dayanıqlı təhlükəsizliyi dəstəkləyir. Beləliklə, suverenlik və ərazi bütövlüyü prinsipini ön planda saxlayan Azərbaycan qlobal təhlükəsizlik məsələlərinə töhfə vermiş olur. Bu vacib platformada təmsilçilik post-münaqişə dövründə regional sabitliyə də töhfə verir.

 

Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küçələrdə, ictimai yerlərdə elektron siqaretlərdən istifadəyə görə cərimə tətbiq ediləcək  

15:07
20 Fevral

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov Ağdamda dəfn olunub

14:34
20 Fevral

Bir peyvəndlə bütün öskürək, soyuqdəymə və qrip növlərindən qorunmaq mümkün ola bilər - tədqiqat

14:33
20 Fevral

Köç karvanı Xocavəndə çatıb 

14:32
20 Fevral

Sabah hava əsasən yağmursuz keçəcək

14:30
20 Fevral

Tezliklə yadplanetlilər haqqında sənədlər açıqlanacaq

14:28
20 Fevral

ABŞ F-16-ları Sarı dənizdə Çinin döyüş təyyarələri ilə qarşılaşıb

14:27
20 Fevral

Xocalı faciəsi zamanı itkin düşən Zibeydə Əhmədova dəfn olunub

14:23
20 Fevral

Rusiyanın Türkiyədə yeni səfiri təyin edilib

14:21
20 Fevral

İtkin şəhid Rafiq Hüseynov Lökbatan Şəhidlər xiyabanında dəfn olunub

14:20
20 Fevral

Rabitə ixtisaslı zabitlərə peyk rabitəsi və kosmik texnologiyaların tətbiqi imkanları təqdim olunub

14:16
20 Fevral

Ötən ay əlilliyi olan 2800 şəxsə 123 min reabilitasiya vasitəsi verilib

14:11
20 Fevral

“Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası” ratifikasiya olunub

14:11
20 Fevral

Azərbaycan markaları Dubayda beynəlxalq filateliya sərgisində nümayiş etdirilib

14:08
20 Fevral

Azərbaycan Hakimlərinin II Forumunun açılış mərasimi keçirilib YENİLƏNİB

14:08
20 Fevral

Yeni Zelandiyadan Moskvaya yeni sanksiya zərbəsi: 100 gəmi, 13 şirkət və 23 şəxs siyahıya alındı

14:06
20 Fevral

İtkin şəhid Mehriban Qarayeva Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb

14:05
20 Fevral

Azərbaycanın sülh təşəbbüsləri qlobal təhlükəsizliyə töhfə verir

14:01
20 Fevral

Fərhad Abdullayev: Konstitusion şərh hüquqi müəyyənliyin əsas təminat mexanizmidir

12:48
20 Fevral

BŞDYPİ hərəkət iştirakçılarına müraciət edib

12:46
20 Fevral

Milli Məclisin növbəti plenar iclası keçirilir

11:23
20 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!