20 Fevral 2026 14:20
161
CƏMİYYƏT
A- A+
İtkin şəhid Rafiq Hüseynov Lökbatan Şəhidlər xiyabanında dəfn olunub

İtkin şəhid Rafiq Hüseynov Lökbatan Şəhidlər xiyabanında dəfn olunub

Bu gün Birinci Qarabağ müharibəsinin itkin şəhidi Hüseynov Rafiq Hüseyn oğlunun Qaradağ rayonu Lökbatan Şəhidlər xiyabanında dəfn mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib.

Hərbi şərəf və ehtiram nişanı olaraq, tabut məzara qoyulduqdan sonra fəxri qarovul tərəfindən havaya üç dəfə yaylım atəşi açılıb.

Daha sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhidin ruhuna dualar edilib. Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ailəsinə başsağlığı verilib.

Şəhidin qardaşı Murad Hüseynov açıqlamasında bildirib ki, Rafiq Hüseynov Gəncə Dövlət Universitetində təhsil alsa da, müharibə başladıqdan sonra könüllü şəkildə Vətənin müdafiəsinə qalxıb. O ərazilərimizin müdafiəsi zamanı 1992-ci ildə itkin düşüb.

Şəhidin döyüş yoldaşı Amil Məmmədov o zaman Ağdam istiqamətində mühasirəyə düşdüklərini deyib: "Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevlə çiyin-çiyinə 836-cı postda döyüşürdük. Rafiq də bizimlə idi, yanımızda mərdliklə döyüşürdü. Şiddətli döyüşlərdən sonra mühasirəyə düşdük, lakin oradan çıxmağa nail olduq. Rafiq və digərləri mühasirəyə düşdükdən sonra itkin düşmüşdü".

Qeyd edək ki, Rafiq Hüseynov 1974-cü il aprelin 16-da Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küçələrdə, ictimai yerlərdə elektron siqaretlərdən istifadəyə görə cərimə tətbiq ediləcək  

15:07
20 Fevral

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Qurban Göyüşov Ağdamda dəfn olunub

14:34
20 Fevral

Bir peyvəndlə bütün öskürək, soyuqdəymə və qrip növlərindən qorunmaq mümkün ola bilər - tədqiqat

14:33
20 Fevral

Köç karvanı Xocavəndə çatıb 

14:32
20 Fevral

Sabah hava əsasən yağmursuz keçəcək

14:30
20 Fevral

Tezliklə yadplanetlilər haqqında sənədlər açıqlanacaq

14:28
20 Fevral

ABŞ F-16-ları Sarı dənizdə Çinin döyüş təyyarələri ilə qarşılaşıb

14:27
20 Fevral

Xocalı faciəsi zamanı itkin düşən Zibeydə Əhmədova dəfn olunub

14:23
20 Fevral

Rusiyanın Türkiyədə yeni səfiri təyin edilib

14:21
20 Fevral

İtkin şəhid Rafiq Hüseynov Lökbatan Şəhidlər xiyabanında dəfn olunub

14:20
20 Fevral

Rabitə ixtisaslı zabitlərə peyk rabitəsi və kosmik texnologiyaların tətbiqi imkanları təqdim olunub

14:16
20 Fevral

Ötən ay əlilliyi olan 2800 şəxsə 123 min reabilitasiya vasitəsi verilib

14:11
20 Fevral

“Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası” ratifikasiya olunub

14:11
20 Fevral

Azərbaycan markaları Dubayda beynəlxalq filateliya sərgisində nümayiş etdirilib

14:08
20 Fevral

Azərbaycan Hakimlərinin II Forumunun açılış mərasimi keçirilib YENİLƏNİB

14:08
20 Fevral

Yeni Zelandiyadan Moskvaya yeni sanksiya zərbəsi: 100 gəmi, 13 şirkət və 23 şəxs siyahıya alındı

14:06
20 Fevral

İtkin şəhid Mehriban Qarayeva Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb

14:05
20 Fevral

Azərbaycanın sülh təşəbbüsləri qlobal təhlükəsizliyə töhfə verir

14:01
20 Fevral

Fərhad Abdullayev: Konstitusion şərh hüquqi müəyyənliyin əsas təminat mexanizmidir

12:48
20 Fevral

BŞDYPİ hərəkət iştirakçılarına müraciət edib

12:46
20 Fevral

Milli Məclisin növbəti plenar iclası keçirilir

11:23
20 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!