21 İyul 2026 09:25
318
CƏMİYYƏT
A- A+
Qusarda keçirilən konfrans mediada dini mövzuların təqdimatına həsr olunmuşdu 

Qusarda keçirilən konfrans mediada dini mövzuların təqdimatına həsr olunmuşdu 


Qusarda Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfrans keçirilib.

"Şahdağ" Turizm Mərkəzində baş tutan tədbirdə  öncə respublikamızda multikultural dəyərlərə söykənən tolerant mühiti özündə birləşdirən "Azərbaycan - sülh və harmoniya məkanı" və "Hər məsciddə kitabxana" layihələrinə  həsr  olunmuş  videoçarx nümayiş olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirə dövlət qurumlarının nümayəndələri, media rəhbərləri, jurnalistlər, din xadimləri, ilahiyyatçılar və ekspertlər qatılıb. Konfransda giriş sözü ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxış edib. Vurğulayıb ki, milli-mənəvi dəyərlərin qorunması, dini tolerantlıq mühitinin möhkəmləndirilməsi və bu istiqamətdə medianın apardığı iş diqqətəlayiqdir. Qusar ölkəmizin tolerant rayonlarından biridir. Burada dini adətlərə, qədim abidələrə hörmətlə yanaşılır. 44 günlük Vətən müharibəsində qusarlı gənclər torpaq qarşısında öz sözlərini qanları ilə yazıblar. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında ölkədə dini maarifləndirmə sahəsində həyata keçirilən layihələr barədə məlumat verib. O, "Hər məsciddə kitabxana" layihəsinin dini icmalar arasında maariflənmənin  gücləndirilməsinə xidmət etdiyini bildirib. Komitə sədri həmçinin AMİN informasiya sisteminin dini sahədə xidmətlərin daha operativ və şəffaf təşkilinə imkan yaratdığını qeyd edib. R.Məmmədov "Azərbaycan - sülh və harmoniya məkanı" layihəsinin ölkənin tolerantlıq və multikulturalizm ənənələrinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verdiyini də vurğulayıb.

AZƏRTAC-ın İdarə Heyəti sədrinin  müavini Dağbəyi İsmayılov bildirib ki, dini mövzulara həssas yanaşma jurnalistin borcudur. Azərbaycan tolerant ölkədir və hər bir media qrupu bu mövzularda savadlı yanaşmaya söykənməlidir.  Digər çıxış edənlər də Azərbaycanda din-media münasibətlərinin keçmişdən gələn sağlam əsaslar üzərində inkişaf etdiyini diqqətə çatdırıblar. Bildirilib ki, dini mövzuların obyektiv  təqdim olunması medianın üzərinə düşən əsas vəzifələrdəndir. Dini abidələrin mühafizəsi, onların tarixinin işıqlandırılması və insanlara çatdırılması medianın qurumlarının işidir. Bu sahədə çoxşaxəli iş aparılır. 

Daha sonra konfrans panel müzakirələri ilə davam edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən ilk panel "Rəqəmsal media və dini diskurs: informasiya manipulyasiyası və dezinformasiya" mövzusuna həsr olunub. Rəqəmsal platformalarda dini məzmunun təqdim edilməsi, dezinformasiyaların aradan qaldırılması,  informasiya təhlükəsizliyi və media savadlılığının artırılması məsələləri müzakirə olunub. Rəqəmsal medianın inkişafı haqqında maraqlı misallar varaqlanıb.

İkinci panel BDU-nun Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurası sədrinin müavini Vüqar Zifəroğlunun moderatorluğu ilə "Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti" mövzusunda müzakirələrlə keçirilib. Dini savadlılığın artırılması, milli-mənəvi dəyərlərin qorunmasında medianın rolu və dini mövzuların balanslı, obyektiv təqdim edilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Mediatur iştirakçıları panel müzakirələrində yaxından işrak edib və onları maraqlandırılan suallar cavablandırılıb.  

Konfransın sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tədbir boyu  səsləndirilən fikir və təkliflərin media ilə dövlət qurumları arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirib. 

Konfrans çərçivəsində səhəri  gün media nümayəndələri üçün Quba rayonundakı dini ibadət məkanlarını əhatə edən mediatur təşkil olunub. İştirakçılar Quba "Cümə" və "Səkinəxanım" məscidlərini, Dağ Yəhudiləri Muzeyi və "Giləki" sinaqoqunu ziyarət ediblər. 


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Burkina-Faso XİN-in rəsmi səhifəsində BTQ ilə imzalanmış memorandumla bağlı paylaşım edilib  

14:05
21 İyul

Azərbaycan mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir  

14:04
21 İyul

SEPAH Hörmüz boğazından keçməyə çalışan neft tankerlərini dayandırıb  

13:56
21 İyul

İstiqlal məfkurəsindən qlobal informasiya liderliyinə: Azərbaycan milli mətbuatının tarixi yolu və müasir strateji missiyası  

13:22
21 İyul

Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

13:05
21 İyul

Azərbaycan mediası qlobal informasiya şəbəkəsində böyük nüfuza malikdir

13:01
21 İyul

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib 

12:41
21 İyul

Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi təyin olunub  

12:37
21 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baxış keçirib

12:33
21 İyul

Sabah hava necə olacaq?

12:16
21 İyul

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 34 faiz artıb

12:03
21 İyul

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

11:59
21 İyul

Azərbaycan Hava Yolları donanmasına bu il dördüncü təyyarəsini əlavə edib  

11:48
21 İyul

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb  

11:27
21 İyul

Belçikalıların Kralı Əlahəzrət Filipə

11:07
21 İyul

Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə tədbirlər müzakirə edilib  

11:01
21 İyul

Bu ilin beş ayında doğulanların və ölənlərin sayı məlum olub  

10:57
21 İyul

Azərbaycan əhalisinin sayı açıqlanıb 

10:48
21 İyul

Dünya çempionatının rəmzi komandası açıqlanıb

10:46
21 İyul

Yarım ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 11,4 milyard kubmetr təbii qaz nəql edilib  

10:24
21 İyul

Qızılın qiyməti 4070 dollardır

10:23
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!