21 İyul 2026 14:05
226
SİYASƏT
A- A+
Burkina-Faso XİN-in rəsmi səhifəsində BTQ ilə imzalanmış memorandumla bağlı paylaşım edilib  

Burkina-Faso XİN-in rəsmi səhifəsində BTQ ilə imzalanmış memorandumla bağlı paylaşım edilib  


Burkina-Faso Xarici İşlər Nazirliyi öz rəsmi "Facebook" səhifəsində Bakı Təşəbbüs Qrupu (BTQ) ilə imzalanmış Anlaşma Memorandumu barədə məlumat yayıb.

Bu barədə AZƏRTAC-a Bakı Təşəbbüs Qrupundan məlumat verilib.

Məlumatda, həmçinin bildirilib ki, sənəd 2026-cı il iyulun 11-də Bakı şəhərində Burkina-Faso Xarici İşlər Nazirliyinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu (INHEI) və BTQ-nin icraçı direktoru Abbas Abbasov tərəfindən imzalanaraq beynəlxalq hüquq normalarına uyğun şəkildə qüvvəyə minib.

Memorandum tərəflər arasında elmi-tədqiqat, təlim, akademik mübadilə və strateji dialoq sahələrində uzunmüddətli əməkdaşlığın hüquqi çərçivəsini müəyyən edir. Sənəd çərçivəsində ekspert, tədqiqatçı və s. mübadiləsinin təşkili, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, INHEI-nin tələbələri, diplomatlar və akademik heyəti üçün seminar, təlim proqramları, konfranslar və ekspert müzakirələrinin keçirilməsi nəzərdə tutulur. Bu əməkdaşlıq INHEI-nin heyəti üçün aparıcı beynəlxalq məktəblər və tədqiqat mərkəzləri ilə əlaqələrin genişləndirilməsinə və peşəkar səriştənin artırılmasına yeni imkanlar açacaq.

INHEI-nin baş direktoru Filip Sandvidi bildirib ki, BTQ ilə qurulan əməkdaşlıq Burkina-Fasonun ali rəhbərliyi tərəfindən irəli sürülən beynəlxalq tərəfdaşlıqların şaxələndirilməsi siyasətinə tam uyğundur və ölkənin diplomatik fəaliyyətinin beynəlxalq arenada gücləndirilməsinə töhfə verəcək.

Qeyd edək ki, bu əməkdaşlıq BTQ-nin fəaliyyət coğrafiyasının Afrika istiqamətinə yayılmasında mühüm addım kimi qiymətləndirilir. BTQ əvvəllər müxtəlif ölkələrin siyasi partiyaları və siyasi hərəkatları ilə belə sənədlər imzalayırdısa, artıq bir ölkənin dövlət orqanı ilə əməkdaşlığa başlayır. Sənəd BTQ ilə Qlobal Cənub ölkələri arasında elmi və praktik əlaqələrin gücləndirilməsinə, Afrika ölkələrinin aparıcı tədqiqat institutları və vətəndaş cəmiyyəti təşkilatları ilə nəticəyönümlü əməkdaşlığın inkişafına zəmin yaradacaq. BTQ-nin rəhbərliyi ilə yaradılmış Qlobal Cənub Gənclər Platforması bu istiqamətdə fəaliyyətin tərkib hissəsidir.

Əməkdaşlıq çərçivəsində müstəmləkəçiliyin yaratdığı problemlər, neokolonial idarəetmə, təbii resursların istismarı, iqtisadi asılılıq mexanizmləri və reparasiya məsələlərinə dair birgə analitik hesabatlar və siyasət sənədləri hazırlanacaq, beynəlxalq təşkilatlar vasitəsilə geniş auditoriyaya çatdırılacaq.

Memorandum, həmçinin Afrika ölkələrində keçirilən tədbirlərdə BTQ ekspertlərinin iştirakını, gənc tədqiqatçılar üçün isə mübadilə və təlim proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AŞPA Azərbaycana münasibətdə selektiv yanaşmadan əl çəkmir  

19:51
21 İyul

Azərbaycan–Almaniya münasibətləri: strateji tərəfdaşlığın yeni mərhələsi

18:48
21 İyul

Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə

17:36
21 İyul

Baş prokuror Kəlbəcərdə olub

17:16
21 İyul

Almaniya Kansleri: Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir

16:57
21 İyul

Məsud Pezeşkian İranın daxilində danışıqlarla bağlı yanlış şərh verənləri tənqid edib

16:54
21 İyul

Prezident: Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir  

16:39
21 İyul

Ukrayna hərbçiləri Rusiyanın Kursk aerodromunda MiQ-29 qırıcısını məhv ediblər 

16:29
21 İyul

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB  

16:21
21 İyul

Kansler: Almaniyanın və Azərbaycanın iqtisadi maraqları böyük müharibələrin təsirinə məruz qalıb  

16:18
21 İyul

Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub  

16:15
21 İyul

Prezident İlham Əliyev: Azərbaycan gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir  

16:13
21 İyul

Prezident: Bağlantılar və tranzit imkanları ilə bağlı Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var  

16:09
21 İyul

Azərbaycan-Almaniya tərəfdaşlıq münasibətləri strateji mərhələyə yüksəlir  

16:01
21 İyul

RF Dövlət Duması əcnəbilərin Rusiyadan deportasiyası qaydalarının siyahısını genişləndirib  

15:51
21 İyul

Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb

15:47
21 İyul

Trans-Xəzər Parom Sistemi Kurık və Bakı limanlarını birləşdirəcək

15:47
21 İyul

Baş prokuror Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib

15:27
21 İyul

Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir  

15:23
21 İyul

Kəlbəcərdə sursat partlayıb, 1 nəfər xəsarət alıb

15:09
21 İyul

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib YENİLƏNİB  

15:01
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!