04 İyun 2023 09:20
533
SİYASƏT
A- A+
Qüdrətli dövlət, etibarlı tərəfdaş

Qüdrətli dövlət, etibarlı tərəfdaş

 

Dünyanın böyük gücləri İlham Əliyevin siyasətini və regiona sabitlik gətirəcək sülh gündəliyini təqdir edirlər

 

Cənubi Qafqazın lider dövləti kimi gündən-günə dünya siyasi arenasında yerini və mövqeyini möhkəmləndirən Azərbaycan eyni zamanda etibarlı tərəfdaş, söz və güc sahibi kimi tanınır. Bunun da yeganə səbəbi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətdir. 
Heç kimdən asılı olmayan və iqtisadi müstəqilliyə sahib dövlət kimi nüfuzunu getdikcə yüksəldən Azərbaycan  dünyanın geosiyasi və geoiqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. 
Məhz İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycanın dünyada böyük etimad qazanaraq qüdrətli dövlətə çevrilməsini təmin edib. Bu gün Azərbaycan söz və nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilir. 

 

Dünyanın aparıcı ölkələri Azərbaycanla əməkdaşlığa böyük önəm verirlər

 

Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan həm də sabitlik və inkişaf amilinə çevrilib. İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərir. İkinci Qarabağ savaşındakı şanlı zəfərdən sonra regionda yaranmış reallıqlara uyğun siyasət yürüdən İlham Əliyevin əsas məqsədi Ermənistanla sülh sazişinin imzalanmasıdır. Çünki bu saziş imzalanarsa, regionun sabitliyi, təhlükəsizliyi təmin olunacaq, yeni nəqliyyat-kommunikasiyalar açılacaq və demək olar ki, Cənubi Qafqazda tam başqa bir dövr başlayacaq. Məhz buna görə də dünyanın əksər gücləri, regionda maraqları olanlar Azərbaycan Prezidentinin sülh gündəliyinə birmənalı dəstək verirlər. 
Bunun digər səbəbi isə iqtisadi məsələlərlə bağlıdır. Əgər tərəflər arasında sülh sazişi imzalanarsa, Zəngəzur dəhlizi də açılacaq və bununla da qədim İpək yolunun bərpası prosesi bir qədər də sürətlənəcək. Zəngəzurdan keçən yollar Orta dəhlizin fəaliyyətinə böyük töhfə verəcək. Uzaq Çindən daşınan mallar Zəngəzur dəhlizindən keçməklə qısa zamanda Avropaya  çatdırılacaq. 
Bütün bunlar böyük dövlətlərə, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq dəhlizlərinin rerallaşmasında maraqlı olan ölkələrə iqtisadi dividendlər vəd etdiyi üçün Azərbaycan Prezidentinin ortaya qoyduğu mövqeni müsbət dəyərləndirirlər.  
Onu da xüsusi olaraq vurğulamalıyıq ki, bu gün İlham Əliyev təkcə regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. 
Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar İlham Əliyevin mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər və ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər. Tarixinin ən qüdrətli Azərbaycanının əlamətdar günü olan Müstəqillik Günündə, eləcə də mayın 31-də Bakı Ekspo Mərkəzində "Bakı Enerji Həftəsi" çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin keçirilməsi ilə bağlı İlham Əliyevə ünvanlanmış məktublara nəzər yetirsək görərik ki, dünyanın nəhəng dövlətlərinin liderləri Azərbaycan Prezidentinin müstəqil siyasətinə birmənalı dəstəklərini nümayiş etdirir, ölkəmizlə strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsini arzulayır, həmçinin İlham Əliyevin neft-qaz və "yaşıl enerji" ixracı ilə bağlı qlobal təşəbbüslərini yüksək qiymətləndirirlər. 

 

ABŞ Cənubi Qafqazda ədalətli və dayanıqlı sülhü dəstəkləyir

 

ABŞ Prezidenti Cozef Baydenin məktubunda qeyd edilir ki, 30 ildən artıq bir dövrdə Azərbaycan və Amerika Birləşmiş Ştatları transmilli təhlükələrlə mübarizədən inklüziv iqtisadi inkişafa qədər möhkəm tərəfdaşlıq yaradıb.
Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" - "Caspian Power" sərgilərinin keçirilməsi isə iki ölkənin təhlükəsiz və təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyini vurğulayır: "Azərbaycan bu səylərin həyata keçirilməsində vacib rol oynayır. Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir - buraya "Cənub qaz dəhlizi" daxil olmaqla, Orta dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir. Qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslər məni sevindirir".
Cozef Bayden qeyd edir ki, bu tədbirlərin, habelə qanunun aliliyinin təşviqinin və Azərbaycan xalqı üçün imkanların artırılmasına yönəlmiş islahatların həyata keçirildiyi dönəmdə ABŞ ölkəmizin yanında olacaq. Bununla yanaşı, ABŞ gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşviqinə kömək göstərəcək ədalətli və dayanıqlı sülhü dəstəkləməyə davam edəcək. 
Göründüyü kimi, Birləşmiş Ştatlar İlham Əliyevin təklif etdiyi sülh gündəliyini dəstəkləyərək bu siyasəti yüksək dəyərləndirir. Azərbaycan Prezidentinin də təklif etdiyi sülh müqaviləsi Cənubi Qafqazda ilk növbədə təhlükəsizliyin təmin edilməsini şərtləndirir.
Dünyanın digər nəhəng dövləti - Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidentinə ünvanladığı məktubda ötən ilin sentyabrında Səmərqənd şəhərində İlham Əliyevlə görüşünü xatırlayır və bu görüş əsnasında əldə olunmuş razılaşmaların səmərəli həyata keçirilməsinin, ölkələrimiz arasında bütün sahələrdə dinamik inkişaf tempinin müşahidə olunmasını yüksək dəyərləndirib: "Siz Çin-Azərbaycan münasibətlərinin strateji dəyərini dəfələrlə vurğulamısınız, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə dair niyyətinizi fəal şəkildə ifadə etmisiniz. Mən bunu yüksək qiymətləndirirəm. İkitərəfli dostluq münasibətlərinin və əməkdaşlığın inkişafının sağlam və sabit məcraya istiqamətləndirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram".
Dövlətimizin başçısına ünvanlanan çoxsaylı məktubların əksəriyyətində qeyd edilir ki, Azərbaycan son illərdə sosial-iqtisadi inkişafda böyük nailiyyətlərə, beynəlxalq aləmdə yüksək nüfuza malik olan bir dövlət statusuna sahiblənib. Bu gün Azərbaycan tərəqqi və dinamik inkişaf yolu ilə inamla irəliləyir, regional və beynəlxalq proseslərdə mühüm rol oynayır. Azərbaycan dövləti qarşıya yeni inkişaf zirvələrini fəth etmək məqsədini qoyaraq, xalqın rifahının yüksəldilməsində və dövlətin təhlükəsizliyinin möhkəmlənməsində sanballı nəticələr əldə edib. Məhz İlham Əliyevin güclü liderliyi ilə Azərbaycan yüksək məqsədlərini və inkişaf edən dövlət quruculuğu vəzifələrini həyata keçirərək dayanıqlı inkişaf yolunda irəliləməyi davam etdirəcək.

 

Etibarlı enerji tərəfdaşı olan Azərbaycan qlobal enerji müstəvisində vacib rola malikdir

 

Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Azərbaycan Prezidentinə ünvanladığı məktubda qeyd edilir ki, iqlim dəyişikliyi ilə mübarizə və enerji təhlükəsizliyinin gücləndirilməsi kimi iki aktual çağırışın olduğu vaxtda "Bakı Enerji Həftəsi"nin dövlət və özəl sektoru təmsil edən beynəlxalq düşüncə liderlərini bir araya gətirməsi heç vaxt olmadığı qədər önəmlidir.
Rişi Sunak bildirir ki, etibarlı enerji tərəfdaşı olan Azərbaycan qlobal enerji müstəvisində vacib rola malikdir. Azərbaycanın 2027-ci ilədək Avropaya nəql ediləcək təbii qazın həcminin 20 milyard kubmetrə qədər artırılması məsələsinə sadiqliyi artıq Avropanın enerji təhlükəsizliyinə töhfə verməkdədir. Təchizatın şaxələndirilməsi enerjinin Rusiya tərəfindən geosiyasi silah kimi istifadəsinə son qoyulması baxımından əhəmiyyətlidir.
Baş nazir həmçinin Azərbaycanın nəhəng bərpaolunan enerji potensialının inkişaf etdirilməsi və "yaşıl enerji"nin ixracatçısına çevrilməsi istiqamətindəki səylərini alqışlayaraq deyir ki, bu məqsədlərə nail olmaq üçün enerjinin ötürülməsi sahəsində avropalı tərəfdaşlarla əməkdaşlıq əhəmiyyətli olacaq. Azərbaycandan Avropaya bərpaolunan elektrik enerjisinin nəqlini hədəfləyən "Cənub qaz dəhlizi"nin Yaşıl Enerji və Qara dəniz sualtı kabel layihəsi üzrə ilk Məşvərət Şurasının yaradılması xüsusilə ümidvericidir.
Onun sözlərinə görə, ötən iki il ərzində Birləşmiş Krallıq imkanların artırılması və maariflənmə proqramları vasitəsilə Azərbaycanın enerji keçidini dəstəkləyib. Bu təşəbbüslər Azərbaycanın daha dayanıqlı enerji gələcəyinin təmin edilməsi ilə yanaşı, iqlim dəyişikliyinin təsirinə qarşı çevikliyini gücləndirəcək: "Təmiz enerjiyə keçid və iqlim dəyişikliyi ilə mübarizə sahəsində kollektiv səylərimizin sürətləndirilməsi məqsədilə Birləşmiş Krallığın enerji sektorunda Azərbaycan və beynəlxalq tərəfdaşlarla birgə işləməyə sadiqliyini bir daha vurğulayıram".
Göründüyü kimi, İlham Əliyevə ünvanlanan məktublardakı fikirlər, faktlar da  Azərbaycan dövlətinin, xalqının əldə etdiyi uğurları bir daha təsdiqləyir. Bu məktublarda dünyanın aparıcı, güclü dövlətlərinin liderləri Azərbaycanın beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal rolunu önə çəkərək İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətə birmənalı dəstək göstərirlər. Çoxsaylı təbriklərin hər birində Azərbaycana, İlham Əliyevə hörmət, inam ifadə edilməklə yanaşı, ölkəmizlə strateji tərəfdaşlığın və səmərəli əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanır. 
Bütün bunlar, əlbəttə ki, İlham Əliyevin qlobal lider, Azərbaycanın isə qüdrətli dövlət və etibarlı tərəfdaş olduğunu təsdiqləyən reallıqdır. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!