№ 342
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 1 iyun tarixli 1053 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 555 (Cild I); 2024, № 2, maddə 236, № 5 (II kitab), maddə 575, № 7, maddə 910; 2025, № 4 (II kitab), maddə 424, № 7, maddə 697; 2026, № 1, maddə 78; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026- cı il 5 oktyabr tarixli 324 nömrəli Qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Arxeoloji abidələr” bölməsininin “Quba rayonu” hissəsinin 1381-ci bəndinin “Yerləşdiyi ünvan” sütununda “Alekseyevka” sözü “Çinarlı” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 264 (Cild I); 2024, № 7, maddə 910) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının Siyahısı”nın “Quba rayonu” bölməsində “Alekseyevka” sözü “Çinarlı” sözü ilə, “Vladimirovka” sözü “Elbir” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 749 (Cild I); 2024, № 7, maddə 910; 2025, № 3, maddə 267, № 7, maddə 709; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 9 sentyabr tarixli 280 nömrəli, 15 sentyabr tarixli 297 nömrəli, 21 sentyabr tarixli 305 nömrəli və 2 oktybar tarixli 320 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 4.43.12-ci və 5.40.19-cu yarımbəndlərində “Vladimirovka” sözü “Elbir” sözü ilə, 4.43.70-ci və 5.40.18-ci yarımbəndlərində “Alekseyevka” sözü “Çinarlı” sözü ilə əvəz edilsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 15 ” “ oktyabr ” 2026-cı il