07 Iyul 2024 09:40
209
Mədəniyyət
A- A+

QƏZƏLLƏR

 

Eşqdən canımda bir pünhan mərəz var, ey həkim!
Xəlqə pünhan dərdim izhar etmə, zinhar, ey həkim!

Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,
Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim!

Gər basıb əl nəbzimə, təşxis qılsan dərdimi,
Al əmanət, qılma hər bidərdə izhar, ey həkim!

Gəl mənim tədbiri-bihudəmdə sən bir sə'y qıl
Kim, olam bu dərdə artıqraq giriftar, ey həkim!

Gör təni-üryan ilə əhvalımı hicran günü,
Var imiş ruzi-qiyamət, qılma inkar, ey həkim!

Çəkməyincə çareyi-dərdimdə zəhmət bilmədin
Kim, olur dərmani-dərdi-eşq düşvar, ey həkim!

Rənc çəkmə, sihhət ümmidin Füzulidən götür 
Kim, qəbuli-sihhət etməz böylə bimar, ey həkim!

***

Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur,
Hüsn nə miqdar olursa, eşq ol miqdar olur.

Cənnət üçün mən' edən aşiqləri didardən,
Bilməmiş kim, cənnəti aşiqlərin didar olur.
Eşq dərdindən olur aşiq mizaci - müstəqim,
Aşiqin dərdinə timar etsələr, bimar olur.

Zahidi-xudbin nə bilsin zövqini eşq əhlinin,
Bir əcəb meydir məhəbbət kim, içən huşyar olur.

Eşq sevdasinə sərf eylər Füzuli ömrünü,
Bilməzəm, bu xabi-qəflətdən qaçan bidar olur.

***

Can çıxır təndən könül zikri-ləbi-yar eyləgəc,
Tən bulur can yenlədən ol ləfzi təkrar eyləgəc.

Qılma, ey əfqan, gözün bidar, məsti-xab ikən,
Olmaya bir fitnə peyda ola, bidar eyləgəc.

Söhbətimdən ar edib, ey gül, məni tərk etmə kim,
Gül olur əfsürdə tərki-söhbəti-xar eyləgəc.

Varımı fikri-dəhanınla yox etdim kim, qəza
Böylə əmr etmiş mana, yoxdan məni var eyləgəc.

Ərzi-rüxsar et bu gün, ey məh, güm olsun göydə gün,
Öylə kim əncüm olur, gün ərzi-rüxsar eyləgəc.

Hər zəban bir tiğidir guya Züleyxa qətlinə,
Yusifi almaqda əhli-eşq bazar eyləgəc.

Naleyi-zarım, Füzuli, xoş gəlir ol gülrüxə,
Açılır gül könlü bülbül naleyi-zar eyləgəc.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video