07 Iyul 2024 09:20
168
İDMAN
A- A+

"Bu komanda ilə çox irəli gedə bilərik"

 

"Ölkəmizi təmsil etməkdən qürur duyuram. Nə qədər irəli gedəcəyimizi görəcəyik. Amma tam əminik ki, bu komanda ilə çox irəli gedə bilərik". Bu sözləri İspaniya millisinin baş məşqçisi  Luis de la Fuente Almaniyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Mütəxəssis futbolçularının qələbədən doymadıqlarını söyləyib: "Bu futbolçuları çalışdırmaqdan qürur duyuram. Mən onların çoxunu uzun illərdir tanıyıram. Onlar ən yüksək səviyyədə yarışmağa öyrəşiblər və turnirdə qalib gəlmək, çempion olmaq imkanları var. Bu komanda həmişə yarışacaq. Əlbəttə, təkmilləşdirmə üçün hər zaman yer var. Lakin biz onların qüruruna, səviyyəsinə və fədakarlığına şübhə edə bilmərik".
O, eyforiyaya qapılmadıqlarını da vurğulayıb:  "Çox xoşbəxtik, amma bilirik ki, sabah başqa bir gün olacaq. Meydandan kənarda baş verənlərə nəzarət edə bilmərik, lakin ölkənin bizi dəstəkləməsinə çox şadıq".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video