07 Iyul 2024 09:30
196
İDMAN
A- A+

Deşamdan qələbə şərhi

 

"Çox gərgin və bərabərsəviyyəli matç oldu. Əlavə vaxtın sonunda oynamaq bizim üçün çətin olsa da, qələbə hər iki komandanın haqqı idi". 
Bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam 1/4 finalda Portuqaliyaya qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
Fransa millisi rəqibini penaltilər seriyasında (5:3) üstələyib. Deşam qələbəni belə şərh edib: "Ola bilsin ki, bir az daha yorğun görünürdük. Penaltilər seriyasına gəlincə, Olivier Jirunu buraxmaq istədim, lakin hakim istəyimizə məhəl qoymadı. İndi yarımfinala çıxmağın sevincini yaşayıram. Yarımfinalda da qalib gəlmək lazımdır".
Qeyd edək ki, Fransa millisi yarımfinalda İspaniya ilə qarşılaşacaq. Oyun iyulun 9-da keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video