12 Sentyabr 2026 09:20
1820
Elm və texnika
A- A+
Qədim məzarlarda status nişanələri

Qədim məzarlarda status nişanələri


Almaniyanın şərqində, Krauşvits şəhərində aparılan arxeoloji qazıntılar zamanı təxminən 5 min il əvvələ aid 15 məzar aşkarlanıb. Burada həm kişilər, həm də qadınlar dəfn olunub və onların qəbirlərindən müxtəlif məişət və bəzək əşyaları tapılıb. Saksoniya-Anhalt Torpaq Abidələrin Qorunması və Arxeologiya İdarəsinin arxeoloqu Oliver Ditrix bildirib ki, həmin dövrdə kişi və qadın məzarlarını qəbir əşyalarına görə fərqləndirmək mümkündür. Kişilərin qəbirlərinə daha çox baltalar, qadınların məzarlarına isə zinət və bəzək əşyaları qoyulurdu.

Arxeoloqların diqqətini xüsusilə üç qadının məzarından tapılan deşilmiş it dişləri cəlb edib. Ehtimal olunur ki, bu dişlər dəri və ya parçadan hazırlanmış çantaların üzərinə bəzək kimi tikilib. Belə çantaların körpələrin daşınması üçün istifadə edilməsi də mümkün hesab olunur. Oxşar tapıntıların indiyədək əsasən yüksək sosial mövqeyə malik qadınların məzarlarında aşkarlanması onların status göstəricisi olması ehtimalını gücləndirir.

Ditrixin fikrincə, çoxlu sayda it dişinin əldə edilməsi asan olmayıb. Hətta bu məqsədlə müəyyən itlərin xüsusi olaraq yetişdirilməsi ehtimalı da nəzərdən keçirilir. Dişlərin toplanması, deşilməsi və onlardan mürəkkəb bəzəklərin hazırlanması böyük əmək tələb etdiyindən belə əşyalar qiymətli hesab edilə və sahibinin cəmiyyətdəki mövqeyini göstərə bilərdi.

Tapıntılar İpli keramika mədəniyyətində itlərin yalnız gündəlik həyatda deyil, insanların inanclarında da xüsusi yer tutduğunu göstərir. Əvvəlki qazıntılar zamanı insanlarla birlikdə dəfn edilmiş itlərə, eləcə də ayrıca basdırılmış və ehtimal ki, qurban verilmiş heyvan qalıqlarına rast gəlinib. Tədqiqatçıların fikrincə, bu cür dəfn və qurbanvermə ənənələri insanlarla itlər arasında həm simvolik, həm də emosional bağlılığın mövcudluğuna işarə edir. Ditrix bunu "İnsan yalnız onun üçün əhəmiyyətli olan bir şeyi qurban verir" fikri ilə izah edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib  

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

Azərbaycan nefti 116 dollara satılır

11:29
17 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

10:35
17 Oktyabr

Bilmək istəyirəm

10:20
17 Oktyabr

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

10:17
17 Oktyabr

Nə əkərsən...

10:10
17 Oktyabr

Hədəf məhsuldarlığı 50 sentnerə çatdırmaqdır

10:00
17 Oktyabr

Dövlət başçısının YAP-ın VIII qurultayındakı çıxışı yerlərdə müzakirə edilir

09:50
17 Oktyabr

ZƏFƏR gündəliyi

09:40
17 Oktyabr

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir

09:30
17 Oktyabr

Dünyəvi təhsil milli tərəqqinin və sivil gələcəyin təminatıdır

09:20
17 Oktyabr

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub

09:10
17 Oktyabr

Məzarsız atanın neftçi oğlu: "Qara qızıl"ın Vətən payı

09:00
17 Oktyabr

Xudafərin - daş tarixdən Zəfər zirvəsinə 

08:50
17 Oktyabr

Böyük Zəfər tarixinin qəhrəmanlıq səhifəsi

08:40
17 Oktyabr

Siyasi müstəqillik iqtisadi inkişafın təməlidir

08:30
17 Oktyabr

Əbədi müstəqillik, güclü dövlətçilik, sarsılmaz birlik 

08:20
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!