22 Oktyabr 2024 21:43
922
CƏMİYYƏT
A- A+
Qadın hüquqları və gender bərabərliyi sahəsində Azərbaycan ilə BMT arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Qadın hüquqları və gender bərabərliyi sahəsində Azərbaycan ilə BMT arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Cenevrədə səfərdə olan Azərbaycan nümayəndə heyəti oktyabrın 22-də BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) Cenevrədəki nümayəndəlik ofisinin rəhbəri Adriana Quinyones və “UN Women”in Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin Cenevrədəki nümayəndəlik ofisi arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Bu əməkdaşlığın bir sıra sahələri əhatə etdiyi, gender bərabərliyi və qadınların hüquqları ilə yanaşı, onların iqtisadi müstəqilliyi, məşğulluq məsələləri ilə bağlı bir sıra birgə layihələr həyata keçirildiyi qeyd olunub.

Nümayəndə heyətinin rəhbəri Bahar Muradova Azərbaycanın BMT Qadınlar Təşkilatının Cenevrədəki nümayəndəlik ofisi ilə əməkdaşlığının bundan sonra daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Qeyd edilib ki, Azərbaycanda qadın hüquqlarının qorunmasına, xüsusilə həssas təbəqədən olan qadınların problemlərinin həllinə böyük diqqət yetirilir, regionlarda müvafiq dəstək və resurs mərkəzləri fəaliyyət göstərir. Ölkəmizdə qadınların hüquq və azadlıqlarının təmin olunması, gender bərabərliyi sahəsində dövlət və parlament səviyyəsində ardıcıl tədbirlər reallaşdırılır, qanunvericilik bazası daha da təkmilləşdirilir, mütərəqqi qanunlar qəbul edilir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadın hüquqları və gender bərabərliyi ilə bağlı vacib qanunların qəbul edildiyini diqqətə çatdırıb, bu sahədə dövlət və parlament arasında nümunəvi əməkdaşlıqdan söz açıb. O, Azərbaycanın bu sahədəki təcrübəsinə bir sıra ölkələrin böyük maraq göstərdiyini qeyd edib.

Söhbət zamanı Azərbaycanda qadınların iqtisadi fəallığının artırılması, xüsusilə onların kənd təsərrüfatında uğurlu fəaliyyətinin təmin edilməsi istiqamətində görülən işlər barədə də məlumat verilib.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, ölkəmizdə qadınların bilik və bacarıqlarının artırılması, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün maliyyə resurslarına çıxış imkanları asanlaşdırılır, qadın sahibkarlara aşağı faizli kreditlər ayrılır. Bu sahədə görülən işlər uğurlu nəticələr verir. Belə ki, Elektron Kənd Təsərrüfatı Sistemində qeydiyyatda olan 683 mindən çox fermerin 26 faizini qadınlar təşkil edir.

Həmçinin işğaldan azad olunan ərazilərin minalarla çirkləndirilməsinin Qarabağda və Şərqi Zəngəzurda digər sahələrlə yanaşı, insanların, xüsusən qadınların sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə ciddi maneə olduğu qeyd edilib.

B.Muradova Bakıda keçiriləcək COP29 çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyi tərəfindən 21 Noyabr - Gender Bərabərliyi Günü münasibətilə beynəlxalq tədbir təşkil ediləcəyini diqqətə çatdırıb. Azərbaycanın Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynadığını vurğulayan komitə sədri həmin tədbirdə iştirak etmək üçün ICESCO-nun Baş direktorunun da dəvət olunduğunu bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

22:06
13 İyun

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

21:17
13 İyun

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

20:34
13 İyun

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

20:24
13 İyun

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

20:09
13 İyun

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb  

19:51
13 İyun

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

19:15
13 İyun

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub 

18:36
13 İyun

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

17:56
13 İyun

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”  

17:39
13 İyun

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

17:26
13 İyun

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

17:03
13 İyun

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

16:58
13 İyun

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır  

16:47
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

16:36
13 İyun

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO  

15:59
13 İyun

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

15:48
13 İyun

Şuşa Bəyannaməsi inteqrasiyanı təşviq edən strateji baxış sənədidir  

15:36
13 İyun

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti hər il daha da artır   

15:22
13 İyun

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

15:21
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub  

15:20
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!