31 Oktyabr 2026 08:05
1580
PARLAMENT
A- A+
"Pulsuz hüquqi yardım haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı

"Pulsuz hüquqi yardım haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı


Oktyabrın 30-da Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarova iclasda 11 məsələnin müzakirə ediləcəyini bildirib. Spiker gündəliyin ilk 3 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib. 

İclasda "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri üçüncü oxunuşda qəbul edilib.

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə və "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri isə ikinci oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova gündəliyin digər 6 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu nəzərə çatdırıb. O, növbəti məsələnin  Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "Məhkəmə ekspertizası fəaliyyəti haqqında", "İnzibati icraat haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Məşğulluq haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu söyləyib. 

Qanun layihəsi ilə bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib ki, layihə müxtəlif qanunlarda ekspert fəaliyyətinin tənzimlənməsinin ayrı-ayrı xüsusiyyətlərini əhatə edir. Bura bəzi texniki və təkmilləşmə xarakterli dəyişikliklərlə yanaşı, özəl məhkəmə ekspertlərinin vergi ödəyicisi qismində vergi uçotuna alınması, vergi bəyannaməsinin verilməsi, məhkəmə ekspertizası fəaliyyətinə görə alınan haqların vergitutma obyekti hesab olunması, özəl məhkəmə ekspertlərinin məcburi dövlət sosial sığortasına cəlb olunması, özəl məhkəmə ekspertlərinin məşğul şəxslərin sırasına aid edilməsi daxildir.

Bundan başqa, sənəddə özəl məhkəmə ekspertləri barəsində intizam icraatının başlanması və həyata keçirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin elektron qaydada aparılması qaydalarının müəyyənləşdirilməsi, "Özəl Məhkəmə Ekspertlərinin Palatası"nın yaradılması təklif edilir. Layihədə həmçinin özəl məhkəmə ekspertinin şəhadətnaməsinin sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısından çıxarılması təklif olunur. Eyni zamanda layihədə özəl məhkəmə eksperti fəaliyyətinin sahibkarlıq fəaliyyəti hesab olunmadığına dair müddəa öz əksini tapır.

Məsələ barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin və Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun təqdim etdikləri rəylər dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin Sədri bildirib ki, növbəti iki məsələ mahiyyətcə bir-birinə yaxın qanun layihələridir və ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub. Spikerin təklifinə əsasən, qanun layihələrinin təqdimatları və müzakirələri birlikdə, səsvermələri isə ayrı-ayrılıqda keçirilib.

Məsələlərlə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məlumat verib. "Pulsuz hüquqi yardım haqqında" qanun layihəsi (birinci oxunuş) barədə diqqətə çatdırılıb ki, layihənin əsas məqsədi aztəminatlı və xüsusi həssas sosial qrupların keyfiyyətli hüquqi yardıma əlçatanlığının daha da artırılmasıdır. Vurğulanıb ki, yeni layihə vətəndaş məmnunluğuna, hüquqi təminatların effektivliyinə və cəmiyyətimizdə mövcud olan ədalət mühitinin daha da güclənməsinə xidmət edən mühüm sənəddir. Bu təşəbbüs dövlətimizin humanist mahiyyətini və insan hüquqlarına yüksək dəyər verdiyini göstərməklə yanaşı, postmünaqişə dövründə sosialyönümlü siyasətin və artan iqtisadi imkanlarımızın məntiqi nəticəsidir.

Milli Məclis və Vəkillər Kollegiyası arasında qurulmuş səmərəli əməkdaşlıqdan, seçki dairələrində vətəndaşların hüquqi yardıma əlçatanlığının artırılmasına yönəlmiş aksiyalardan söz açan Bəhruz Məhərrəmov yeni layihədə pulsuz hüquqi yardım xidmətinin Vəkillər Kollegiyasına həvalə olunmasını qurumun peşəkarlığına və fəaliyyətinə göstərilən etimadın ifadəsi kimi qiymətləndirib.

Qanun layihəsi pulsuz hüquqi yardımın iki pilləli sistemini formalaşdırır. Birinci pillə məlumatlandırma, ərizə və şikayətlərin hazırlanmasını əhatə edən ilkin hüquqi yardımdır. Bu məqsədlə qanunvericilikdə ilk dəfə paraleqallar institutu yaradılır, xüsusi təlim keçmiş və sertifikat almış ali təhsilli şəxslər, eləcə də universitetlərin hüquq klinikaları prosesə cəlb olunur. İkinci pillə isə məhkəmələrdə və istintaq orqanlarında peşəkar hüquqi yardım və təmsilçiliyi nəzərdə tutur. Bu mərhələdə vəkillər üçün ictimai fayda naminə ildə azı 30 saat ödənişsiz hüquqi yardım göstərilməsini nəzərdə tutan "Pro Bono" xidmət öhdəliyi müəyyən edilir.

Layihədə pulsuz hüquqi yardımın əhatə dairəsinin geniş olduğu qeyd edilib. Buraya aztəminatlı şəxslərlə yanaşı, şəhid ailələri, müharibə veteranları, əlilliyi olan işləməyən şəxslər, insan alveri və məişət zorakılığı qurbanları, valideyn himayəsindən məhrum olmuş uşaqlar, qaçqınlar və digər həssas qruplar daxildir. 

Bildirilib ki, gündəliyin 8-ci məsələsi olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Veteranlar haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) "Pulsuz hüquqi yardım haqqında" yeni qanun layihəsinin hazırlanması zərurətindən irəli gələrək hazırlanıb. Sözügedən qanun layihəsi əsasən həssas əhali qruplarının hüquqi yardım alma imkanlarını genişləndirməyə yönəldiyindən, həmin şəxslərin hüquqi statusunu müəyyən edən əlaqəli qanunlara da müvafiq dəyişikliklərin edilməsini zəruri edir. Vurğulanıb ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olmuş bu paket dövlətin sosial məsuliyyətini, insan hüquqlarının müdafiəsinə siyasi iradəsini və Konstitusiyada təsbit olunmuş hüquqların real təminatına yönəlmiş ardıcıl siyasətini əks etdirir. 

Sonra 8-ci məsələ ilə bağlı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təmsil etdikləri komitələrin müsbət rəyini bildiriblər.

Müzakirələrdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Parlamentin Sədri Sahibə Qafarova vurğulayıb ki, gündəliyin növbəti iki məsələsi  ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub və bu qanun layihələri  mahiyyətcə bir-birinə yaxındır.  Spiker 9-cu məsələnin "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi və 10-cu məsələnin Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "İnformasiya əldə etmək haqqında", "Fərdi məlumatlar haqqında" və "Vətəndaşların müraciətləri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu diqqətə çatdırıb.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" qanun layihəsinin əsas məqsədi təşkilatlarda şəffaflığın artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması, korrupsiyaya qarşı dözümsüzlük mühitinin formalaşdırılması və belə hüquqpozmaların törədilməsini istisna edən şəraitin yaradılmasıdır. 

Qeyd olunub ki, layihədə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumatların verilməsi və qəbulu üzrə subyektlər, məlumat verən şəxsin tanınması, məlumatların qeydiyyata alınması və araşdırılması qaydaları müəyyən edilir. Məlumatların təşkilat daxilində səlahiyyətli struktur bölməyə və ya şəxsə, təşkilat rəhbərinə, yuxarı vəzifəli şəxsə, habelə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına təqdim edilməsi nəzərdə tutulur.

Sənədə əsasən, məlumat dərhal qeydiyyata alınmalı və bir qayda olaraq 20 iş günü müddətində araşdırılmalıdır. Əlavə materialların əldə edilməsi zərurəti yarandıqda araşdırma müddətinin 10 iş günü uzadılması mümkündür. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq mülki-hüquqi, inzibati və ya intizam tədbirlərinin görülməsi, cinayət əlamətləri olduqda isə materialların aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulur.

Nəzərə çatdırılıb ki, məlumat verən şəxslərin müdafiəsi ilə bağlı layihədə onların məlumatlarının konfidensiallığının qorunması, özlərinin, yaxın qohumlarının və qohumlarının təhlükəsizliyinin təmin edilməsi, dövlət hesabına peşəkar hüquqi yardım almaq, məhkəmə xərclərindən azad olunmaq, dəymiş maddi və mənəvi zərərin kompensasiyasını tələb etmək və konfidensial məsləhət almaq hüquqları müəyyən edilir. Eyni zamanda məlumat verən şəxsə, onun  qohumuna belə məlumata görə hədə-qorxu, təzyiq, təhdid, təhqir və digər qanunsuz təsirlərin göstərilməsi, habelə məlumat verilməsi ilə əlaqədar iş yerində qisas xarakterli tədbirlərin görülməsi qadağan edilir. 

Layihədə müəyyən edilmiş subyektlər tərəfindən məlumatların konfidensiallığının və anonimliyin təmin edilməsinə imkan verən kommunikasiya kanallarının yaradılması, elektron qaydada məlumat verilməsi və konfidensial məsləhət almaq imkanının təmin olunması da nəzərdə tutulur. Məlumat verən şəxslərin həvəsləndirilməsi məqsədilə layihədə maddi mükafat mexanizmi müəyyən edilir. 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov qanun layihəsinin korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması və bu sahədə mövcud olan neqativ halların aradan qaldırılması istiqamətində mühüm əhəmiyyəti barədə fikirlərini açıqlayıb.

Daha sonra iclasda Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "İnformasiya əldə etmək haqqında", "Fərdi məlumatlar haqqında" və "Vətəndaşların müraciətləri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Sənəddə "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" qanun layihəsində təsbit edilən mexanizmlərin həyata keçirilməsi üçün zəruri hüquqi əsasların yaradılması və qanunvericiliyin müvafiq müddəalarının həmin layihəyə uyğunlaşdırılması məqsədilə müvafiq dəyişikliklər edilməsi təklif olunur. 

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qanun layihəsində nəzərdə tutulan dəyişikliklər barədə təmsil etdikləri komitələrin müsbət rəylərini nəzərə çatdırıblar.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirilib ki, layihə müxtəlif fəaliyyət sahələrində şəffaflığı artırmaq və qanunvericiliyin icrasına nəzarəti gücləndirmək zərurətindən irəli gələrək hazırlanıb. Sənədə əsasən, enerji, su, qaz, telekommunikasiya, həmçinin  dövlət xidmətləri kimi sahələrdə normativ tələblərin pozulmasına görə cərimə mexanizmləri optimallaşdırılır. Tənzimləmələr çərçivəsində vəzifəli şəxslər və hüquqi şəxslər üçün məsuliyyətin hədləri dəqiqləşdirilir. Eyni zamanda ətraf mühitin mühafizəsi, məhkəmə ekspertizası fəaliyyəti və pulsuz hüquqi yardım qaydalarına əməl olunmaması kimi hallarla bağlı yeni məsuliyyət tədbirləri müəyyənləşdirilir. 

Müzakirədə deputat Qüdrət Həsənquliyevin fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

Bakıda Kəlağayı Festivalının açılışı olub 

15:43
21 Noyabr

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

15:31
21 Noyabr

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq 

15:03
21 Noyabr

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

14:59
21 Noyabr

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq 

14:53
21 Noyabr

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO  

14:51
21 Noyabr

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

14:47
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!