21 Fevral 2025 19:26
351
CƏMİYYƏT
A- A+
Prezidentin qonaq olduğu Orucovlar ailəsindən reportaj

Prezidentin qonaq olduğu Orucovlar ailəsindən reportaj

37 il… Bir ömrün yarısı qədər uzun bir zaman. Bu illər ərzində minlərlə insan doğma yurd həsrəti ilə yaşadı, torpağını görmədən dünyadan köçdü. Amma zaman gəldi, ümidini itirməyənlər üçün yeni bir səhifə açıldı. İllər sonra Ballıca kəndinin sakinlərinin doğma torpaqlarına qayıdışı artıq gerçək olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əvəz Orucov uzun illər bu kənddə yaşayıb. Amma həyatının böyük hissəsi köçkünlükdə keçib. O, 1987-ci ildə oğlunun Ballıcada göz açdığını deyir. Lakin bu xoşbəxtlik uzun sürməyib. “1988-ci ildə ermənilər bizə təzyiq göstərməyə, evimizi daşlayıb, yandırmağa başladılar. Məcbur qalıb Xocalının mərkəzi hissəsinə köçdük. 1992-ci ildə isə Xocalı faciəsi baş verdi. Oradan da min bir əziyyətlə Ağcabədiyə getdik”, - deyə Əvəz Orucov həmin dəhşətli günləri xatırlayır.

Ailə müxtəlif rayonlarda məskunlaşaraq köçkün həyatının bütün çətinliklərini yaşayıb. Əvəz Orucov bildirir ki, Ağcabədidən sonra atası ilə birlikdə İsmayıllının Vəng kəndində məskunlaşıblar: “Topxana deyilən ərazidə bizə yer verdilər, palatka qurub, yavaş-yavaş özümüzə şərait yaratmağa başladıq. O illər çox çətin idi. Çörək tapmaq mümkün olmurdu. Çörək qıtlığı yaşanırdı. İvanovkada biri bizə taxıl alıb verirdi. Biz də daş dəyirmanında üyüdüb bir təhər dolanırdıq. Sonra torpaq sahəsi verdilər, hərəyə 1-2 hektar, əkin-biçinlə məşğul olduq, heyvan saxladıq...”.

Ballıcadan didərgin düşəndə evin böyük övladı İlqar Orucovun cəmi bir yaşı vardı. O, həmin günləri xatırlamasa da, valideynlərinin danışdıqları hekayələr onun yaddaşında silinməz iz buraxıb. “Həmişə inanırdım ki, kəndimizə qayıdacağıq. Ali Baş Komandanımızın torpaqlarımızın azad olunması ilə bağlı tutduğu qətiyyətli mövqe bizdə bu inamı yaratmışdı. Vaxt gəldi, zaman gəldi, qayıtdıq torpağımıza, bu günə şükür. Bizə ev verdilər, iş verdilər. Atam da işləyir, mən də. Hər şey gözəldir”, - deyir İlqar.

Orucovlar ailəsinin Ballıcaya qayıtdıqdan sonra yaşadığı ən yaddaqalan anlardan biri isə fevralın 19-da Prezident İlham Əliyevin kəndə səfəri zamanı onların evində qonaq olması olub. “Yuxuma da girməzdi ki, cənab Prezident bizim evimizə gəlsin. Allah onun canını sağ eləsin. Həyəcanlı idim ki, mən onun qarşısına necə çıxacağam deyə, nə edəcəyimi bilmirdim. Amma elə bir səmimiyyət göstərdi ki… Çox səmimi görüşdü, evimizə baxdı, şəraitimizlə tanış oldu. Bizə dedi ki, nə probleminiz var? Dedim, heç bir problem yoxdur. Nəvəm də şeir söylədi. Prezidentimizin kəndimizə, evimizə gəlməsinə çox sevindik”, - deyə Əvəz Orucov bildirir.

İllərlə müxtəlif rayonlarda köçkün həyatı yaşayan Orucovlar ailəsi kimi minlərlə insan artıq doğma evlərində, isti yuvalarında firavan və xoşbəxt günlər keçirirlər. Bu, təkcə bir ailənin deyil, bütün Azərbaycanın qələbəsidir. Ballıcaya köçən hər ailə burada yeni bir səhifə açır. Onlar qurub-yaratmağa, doğma kəndlərini yenidən abadlaşdırmağa başlayıblar.

Xatırladaq ki, Xocalı şəhərinə və rayonun Ballıca kəndinə artıq bir neçə köç prosesi həyata keçirilib. Kənddə 137 ev bərpa olunub, 60-a yaxın evin isə bərpası davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

00:51
22 Mart

Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır

22:51
21 Mart

ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb

22:38
21 Mart

Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür

22:23
21 Mart

Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir

22:11
21 Mart

İran Prezidenti: Ümid edirəm ki, yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək

22:01
21 Mart

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

21:54
21 Mart

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

21:49
21 Mart

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

21:46
21 Mart

ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır

21:27
21 Mart

Lionel Messi "Barselona"ya qayıda bilər

20:49
21 Mart

Si Cinpin: Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir  

19:59
21 Mart

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

19:53
21 Mart

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir  

18:45
21 Mart

Qar uçqununa düşən hərbi qulluqçuların nəşləri tapılıb – Birgə məlumat

18:00
21 Mart

Martın 21-i Türkiyədə Baharın və Qardaşlığın Bayramı Günü elan edilib 

17:51
21 Mart

Fernandu Santuş: Haiti ilə oyunda qalib gəlmək istəyirik

16:48
21 Mart

Hərbi Prokurorluq işçiləri Novruz bayramı ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissələrində olublar  

15:29
21 Mart

Vladimir Putin: Əminəm ki, birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik  

15:23
21 Mart

Antarktikada dəniz buzunun sahəsi müşahidələr tarixində ən aşağı səviyyəyə çatıb  

15:14
21 Mart

Şimali Kipr Türk Respublikasının XİN rəhbəri: Lefkoşa Türk dünyasının birliyinə inanır

15:03
21 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!