12 Mart 2022 19:39
689
İQTİSADİYYAT
A- A+
Pərviz Şahbazov: Hazırda enerji trilemmasının hər üç aspekti - təhlükəsizlik, əlçatanlıq və davamlılıq arasında balans pozulub

Pərviz Şahbazov: Hazırda enerji trilemmasının hər üç aspekti - təhlükəsizlik, əlçatanlıq və davamlılıq arasında balans pozulub

Energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu çərçivəsində “Enerji təhlükəsizliyində qarışıqlıq” mövzusunda keçirilən panel müzakirələrində çıxış edib.

AZƏRTAC xəbər verir ki, nazir enerji məsələləri üzrə beynəlxalq ekspert Brenda Şafferin moderatorluq, Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar və beynəlxalq ekspert Metyu Brayzanın iştirak etdiyi paneldə forumu Türkiyənin qlobal gündəlikdə olan məsələlərin dialoq müstəvisinə keçirilməsinə töhfə verən təşəbbüslərindən biri kimi qiymətləndirib. Türkiyənin enerji təhlükəsizliyi ilə bağlı məsələlərdə də etibarlı tərəfdaş olduğu və Azərbaycanın bütün enerji təhlükəsizliyi layihələrini Türkiyə ilə birgə reallaşdırdığı vurğulanıb. Nazir ölkələrimiz arasında enerji əməkdaşlığı, Cənub Qaz Dəhlizi ilə qaz təchizatının artırılması məsələsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə Türkiyə səfərində də müzakirə edilən prioritet istiqamətlərdən olduğunu qeyd edib.

Energetika naziri enerji bazarlarında mövcud vəziyyət, dayanıqlı enerji təchizatında təbii qazın artan rolu və Azərbaycanın enerji resurslarının müxtəlifliyinə əsaslanan enerji siyasətinə dair fikirlərini bölüşüb. Bildirilib ki, hazırda enerji trilemmasının hər üç aspekti - təhlükəsizlik, əlçatanlıq və davamlılıq arasında balans pozulub: “Bir tərəfdən enerji keçidindən qaynaqlanan enerji böhranı, digər tərəfdən isə davam edən siyasi gərginliklər enerji bazarlarını kəskin şəkildə qeyri-sabit və volatil edib. Bu problemi son dövrlərdə bazar iştirakçılarının enerji siyasəti, enerji resurslarına ədalətli olmayan yanaşmaları yaradıb, siyasi proseslər isə daha da dərinləşdirib”.

Nazir dayanıqlı enerji həllərinin bu gün olduğu kimi sabah da əsas çağırışlardan biri olacağını, bu aspektdə təbii qazın enerji keçidi prosesində əhəmiyyətli rol oynayacağını qeyd edib. Enerji təhlükəsizliyi ilə ekoloji təhlükəsizlik arasında balansın təmin edilməsinin daha rasional yanaşma olduğunu və bir enerji resursundan asılılığın enerji bazarları üçün qeyri-sabitliyə yol açdığını bildirib. Həmçinin qeyd edilib ki, ötən ildən başlanan enerji böhranı kömür kimi karbon emissiyası çox olan enerji növündən istifadəni artırmaqla karbon neytrallığı hədəfinə doğru məsafənin uzanmasına səbəb olub.

Ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təbii qazla bərpa olunan enerjinin birgə inkişafında gördüyünü deyən nazir, hər iki sahə üzrə hədəfləri və planları diqqətə çatdırıb. Nazir deyib ki, Cənub Qaz Dəhlizi istehlakçıları fasiləsiz və münasib qiymətə qazla təchiz etməklə uğurlu layihə olduğunu təsdiqləyib: “TAP istismara veriləndən indiyə qədər Avropaya 9,7 milyard kubmetr qaz ixrac edilib. Bu il qaz ixracımız Türkiyəyə 8,2 milyard kubmetrə, Avropaya isə 9,1 milyard kubmetrə qədər artacaq”.

Energetika naziri onu da əlavə edib ki, dəhlizin unikallığı Cənub Qaz Dəhlizinin yeni istehlak istiqamətləri kimi, tədarük mənbələrinin də şaxələndirilməsini mümkün edir. Azərbaycanın nəhəng qaz ehtiyatları, mövcud infrastruktur və müxtəlif ölkələrin Azərbaycan qazına marağı dəhlizin genişləndirilməsini aktuallaşdırıb. Artıq bu istiqamətdə fəaliyyətə başlamağın zamanıdır, - deyə nazir bildirib.

Energetika naziri yalnız Xəzər dənizinin qazını deyil, həm də zəngin külək enerjisi potensialından yararlanmaqla elektrik enerjisinin ixracı ilə bağlı planları da diqqətə çatdırıb.

Xatırladaq ki, Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan Antalya Diplomatiya Forumu dünyanın bir çox ölkəsindən dövlət və hökumət başçıları, nazirlər, tanınmış dövlət və siyasi xadimləri, nüfuzlu siyasətçilər, elm, fikir və iş adamları və media nümayəndələrini bir araya gətirən və dialoqu təşviq edən platformadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!