17 Dekabr 2025 08:15
1882
Təhsil
A- A+
Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb


Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransının (NASCO XXVIII) açılış mərasimi baş tutub. 

Konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ADNSU-nun birgə təşkilatçılığı ilə keçirilib.

Konfransda dövlət rəsmiləri, yerli və xarici qonaqlar, tanınmış elm xadimləri, ali təhsil müəssisələrinin rektorları, professor-müəllim heyəti, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.

Konfransdan əvvəl Fəxri xiyaban ziyarət edilərək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad olunub, məzarları önünə əklil və gül dəstələri qoyulub.

Açılış mərasimi Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İlk çıxış edən ADNSU-nun rektoru Rüfət Əzizov  konfransın ölkənin elmi həyatında uzun illərdir mühüm platforma rolunu oynadığını bildirib. NASCO XXVIII-də dayanıqlı inkişaf məqsədlərinin əhatə olunduğunu deyən rektor statistik göstəricilərə əsaslanaraq qeyd edib ki, NASCO XXVIII qəbul olunmuş 609 iştirakçı ilə ümumi göstəricilər üzrə liderdir. Eyni zamanda qəbul edilmiş məqalələrin sayı 600-ü ötüb.

Konfrans haqqında geniş təqdimatla çıxış edən rektor onu da diqqətə çatdırıb ki, konfransa Azərbaycandan 61, xarici ölkələrdən isə 11 ali təhsil müəssisəsi və institutun doktorant və gənc tədqiqatçılarının tezisləri qəbul olunub. Rektor ADNSU-da gənc alimlər üçün yaradılmış müasir elmi mühitdən və gənc tədqiqatçıların təşviqinə yönəlmiş imkanlardan danışıb və konfransın yaratdığı elmi imkanların bu istiqamətdə mühüm töhfə olacağını deyib.

Elm və təhsil naziri Emin Əmrullayev ölkənin elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlər və gələcək prioritetlər barədə çıxış edib. Nazir çıxışında xüsusilə vurğulayıb ki, elm və təhsil Azərbaycan üçün strateji prioritetdir və məqsəd yalnız nəzəri biliklərin artırılması deyil, həm də elmin iqtisadiyyat və cəmiyyətlə inteqrasiyasını gücləndirməkdir. 

Emin Əmrullayev deyib ki, sentyabrdan ölkədə tətbiq olunacaq yeni nəsil doktorantura proqramları gənc alimlərin elmi fəaliyyətlərini beynəlxalq standartlara uyğun aparmağa imkan verəcək. O vurğulayıb ki, ali təhsildə multidisiplinar yanaşmanın genişləndirilməsi, AMEA-da aparılan struktur islahatları, qrant və maliyyə mexanizmlərinin modernləşdirilməsi, startap ekosistemi və texnoparkların inkişafı Azərbaycan elmi potensialını gücləndirib. Nazir qeyd edib ki, bu islahatlar və təşəbbüslər ölkəmizin elm və innovasiya sahəsində gələcək inkişafına əsas yaradır. Sonda NASCO XXVIII-in gənc alimlər üçün elmi nəticələrin təqdimatı və fikir mübadiləsi baxımından vacib platforma olduğunu qeyd edərək konfransın işinə uğurlar arzulayıb.

Rəsmi açılış mərasimindən sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.  Qeyd edək ki, iki gün davam edəcək konfrans çərçivəsində "Akademik Yusif Məmmədəliyevin ölməz irsi və müasir kimyanın perspektivləri", "Elm əsaslı innovasiya" mövzularında panel müzakirələr və müxtəlif elmi istiqamətləri əhatə edən məruzələr təşkil olunacaq. 

Konfransın əsas məqsədi gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq, elmi fikir mübadiləsini genişləndirmək və təcrübə paylaşımı üçün platforma yaratmaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan yeni dünya nizamına nüfuzlu aktor kimi daxil olur

08:05
17 Fevral

Münxendə Orta dəhlizin gələcək perspektivləri geniş müzakirə mövzusu oldu

08:00
17 Fevral

Azercell abunəçilərinin nəzərinə

02:46
17 Fevral

Azərbaycan səfiri etimadnaməsini İƏT Baş katibinə təqdim edib

22:32
16 Fevral

BƏƏ şirkət rəhbəri: Ümid edirəm ki, Azərbaycandan daha çox kənd təsərrüfatı məhsulları idxal edə biləcəyik

20:39
16 Fevral

Britaniyada kiçik qayıqla ölkəyə gələn miqrantlara 210 min funt kompensasiya ödənilib  

20:01
16 Fevral

Ötən ay ərzində 31 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb  

19:53
16 Fevral

Azərbaycandan polietilen ixracı 1,5 dəfə artıb  

19:46
16 Fevral

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib  

19:33
16 Fevral

İrəvan Qazılığının tarixi ilə bağlı kitab çap olunacaq

19:26
16 Fevral

Ramin Məmmədov: Dövlət Komitəsinin 2026-cı il prioritetləri sırasında rəqəmsal transformasiya və süni intellekt həlləri yer alır  

19:02
16 Fevral

Premyer Liqa: “Sabah” səfərdə “Qəbələ”ni məğlub edib  

18:58
16 Fevral

Rəsədxana: Sabah Günəş tutulması baş verəcək

18:57
16 Fevral

Yanvarda ixrac edilən xam neft və neft məhsullarının həcmi 2 milyon tonu ötüb

18:34
16 Fevral

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib  

18:11
16 Fevral

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb  

18:03
16 Fevral

Ermənişünas-alim: Konstitusiya dəyişikliyi Ermənistan üçün əsas imtahandır  

17:56
16 Fevral

Almaniya uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıra bilər  

17:43
16 Fevral

Mərkəzi Asiya ölkələri Astanada Əfqanıstanla qarşılıqlı fəaliyyəti müzakirə ediblər  

17:33
16 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:23
16 Fevral

Azərbaycan və Serbiya dost ölkələrdir  

17:09
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!