17 Dekabr 2025 08:25
405
SİYASƏT
A- A+
Avropa İttifaqı yenidən sülhə qarşı

Avropa İttifaqı yenidən sülhə qarşı


Aİ ilə rəsmi İrəvan arasında imzalanan sənəd sülh sazişinin müddəaları ilə ziddiyyət təşkil edir


Aİ ilə Ermənistan arasında imzalanan "Avropa İttifaqı-Ermənistan tərəfdaşlığı üçün strateji gündəlik" göstərir ki, bu təşkilat mandatından kənar, keçmiş münaqişə ilə bağlı narrativlərə qayıdıb. Avropa İttifaqı-Ermənistan sənədində Ermənistan-Azərbaycan ikitərəfli məsələlərinə dair istinadların olması haqlı olaraq ölkəmizin narazılığına səbəb olub. 

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, sənədin bu şəkildə razılaşdırılması həm də Ermənistanın sülh niyyətinə şübhə yaradır, hər fürsətdə Azərbaycana qarşı addım ata biləcəyini göstərir: "Sənəddə Azərbaycan-Ermənistan normallaşma prosesində dönüş nöqtəsi olan Vaşinqton razılaşmalarına istinad edilməməsi Avropa İttifaqının ABŞ görüşünün nəticələri ilə bağlı verdiyi açıqlamalarda səmimi olmadığını, rəsmi İrəvanın isə üzərinə götürdüyü öhdəlikləri unutmağa meyilli oldugunu göstərir. Sənəddə "Qarabağ erməniləri" ifadəsinin işlənməsi, könüllü getmiş bu insanların qaçqın adlandırılması bu statusun təhrif olunmuş formasıdır. Könüllü olaraq Azərbaycanın suverenliyi, qanunvericiliyi altında yaşamağa razı olmayaraq, inteqrasiyadan imtina etmiş ermənilər Ermənistana köç etmək qərarına gəliblər. Azərbaycan hökuməti tərəfindən hazırlanmış inteqrasiya proqramı BMT-nin Qaçqınlar üzrə Proqramına da məlumdur. Onların ərazidəki monitorinqi heç bir zorakılıq olmamasını və könüllü köçü təsdiqləmişdi. Sənəddə Azərbaycanın hərbi əməliyyatlarından sonra qaçqın düşmüş insanlar ifadəsi işlədilməsi faktları təhrif etməkdir". 

Deputat qeyd edib ki, sənəddə Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) fəaliyyətinin davam etdirilməsinin vacibliyinin vurğulanması "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və  dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in 7-ci maddəsi ilə ziddiyyət təşkil edir. Belə ki, bu maddədə qeyd edilir ki, tərəflər qarşılıqlı olaraq sərhəd boyunca hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər.  Sülh müqaviləsinin digər mühüm bəndlərindən biri də delimitasiya və demarkasiya prosesi başa çatana qədər sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması üçün qarşılıqlı razılaşdırılmış, hərbi sahə də daxil olmaqla, təhlükəsizlik və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur. Həmçinin tərəflər üzərlərinə götürürlər ki, üçüncü tərəflərlə mövcud beynəlxalq razılaşmalar onların bu Saziş üzrə öhdəliklərinə xələl gətirməyəcək. Növbəti 7 il üçün Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəd bu müddəanın əksini göstərir. 

P.Vəliyeva deyib ki, Aİ-Ermənistan sənədində, həmçinin Beynəlxalq Ədalət Məhkəməsində mövcud iddiaların dərhal, effektiv və tam şəkildə icrası da qeyd olunur: "Bu da sözügedən sülh sazişinin müddəaları ilə ziddiyyət təşkil edir. Unutmaq olmaz ki, Azərbaycan da sübutlar əsasında Ermənistana qarşı bu məhkəmədə iddia qaldırıb. İşğaldan azad olunmuş ərazilərimizə vurulan ziyanın təzminat məbləği 150 milyard ABŞ dolları təşkil edir.  Bir daha xatırladırıq ki, Azərbaycan Vətən müharibəsi zamanı əsir götürdüyü erməni əsilli hərbçilərə münasibətdə humanizm nümayiş etdirərək onları azad edib. Sənəddə "əsir" kimi istinad edilən şəxslər müharibədən 3 il sonra, fərqli qanun pozuntuları, habelə terrorçuluğu maliyyələşdirmə, dövlət sərhədini qanunsuz keçmə, həmçinin müharibə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunaraq həbs ediliblər. 30 il öncə Qarabağ və Şərqi Zəngəzurda yaşayan azərbaycanlılara amansız işğəncələr verərək, insanlıq adına bütün vəhşilikləri törədərək yüz minlərlə azərbaycanlını öz evindən, vətənindən didərgin salan və etdikləri qanunazidd əməlləri, o cümlədən Azərbaycanın şəhərlərini raketlərlə atəşə tutaraq mülki əhalini qəsdən qətlə yetirməsini öz ifadəsi ilə etiraf edən cinayətkarlar hərbi əsir hesab edilə və məhkəmə predmeti olan məsələ etimad-quruculuğu tədbirlərinin bir hissəsi ola bilməz".

Deputat vurğulayıb ki, sənəddə Vaşinqton razılaşmalarına heç bir aidiyyatı olmayan Paşinyan hakimiyyətinin irəli sürdüyü "Sülh kəsişməsi" təşəbbüsü də TRİPP yolundan kənardakı əraziləri əhatə edir və bu layihə faktiki olaraq Azərbaycanın təqdim etdiyi real layihələrə alternativ olaraq, prosesi uzatmaq məqsədilə ortaya atılmış layihədir.  Azərbaycanın haqlı gözləntisi odur ki, sözügedən sənədə dəyişikliklər olunmalı, ölkəmizin mövqeyi nəzərə alınmalıdır. Avropa İttifaqı hər vasitə ilə Paşinyan hökumətinin gücləndirilməsi üçün addımlar atır. Məhz o səbəbdən bu gün Ermənistandakı kütləvi həbslərə, kobud insan haqları pozuntularına göz yumur. Eyni zamanda sanksiyalara məruz qalan malların Ermənistan vasitəsilə Rusiyaya göndərilməsi Qərb ölkələrinə məlum olsa da, susmağa üstünlük verirlər.

Pərvanə Vəliyeva yekunda vurğulayıb ki, Ermənistanda seçkilər yaxınlaşdıqca, Avropa İttifaqı-Rusiya rəqabətinin daha da qızışacağını, gərginliyin artacağını proqnozlaşdırmaq çətin deyil. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:01
27 Yanvar

Medianın İnkişafı Agentliyi Azərbaycan və Türkiyə jurnalistlərinə çağırış edib  

16:38
27 Yanvar

Azərbaycan və BƏƏ parlamentləri arasındakı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib  

16:37
27 Yanvar

Fransanın xarici işlər naziri: Paris Cənubi Qafqazda münasibətlərin normallaşması səylərini dəstəkləyir  

16:24
27 Yanvar

Azərbaycan və Vyetnamın statistika qurumları əməkdaşlığı genişləndirir

16:21
27 Yanvar

Parlamentin sədri: Azərbaycan cəmiyyətində qadınlar dəyərlərin gələcək nəsillərə ötürülməsində mərkəzi rol oynayır  

16:20
27 Yanvar

Son beş ildə ARDNF aktivlərini təxminən 70 faiz artıraraq maliyyə dayanıqlığını möhkəmləndirib 

16:17
27 Yanvar

Ankarada Türkiyə və Fransa xarici işlər nazirlərinin görüşü olub

15:19
27 Yanvar

Azərbaycan növbəti dəfə Ukraynaya humanitar yardım göndərib  

14:52
27 Yanvar

Monqolustan səfiri ilə şəhərsalma və WUF13-də iştirak məsələləri müzakirə edilib  

14:30
27 Yanvar

Rusiyalı politoloq: Çoxvektorlu siyasət Bakıya bir sıra mürəkkəb regional münaqişələrdə vasitəçi olmağa imkan verib

14:28
27 Yanvar

Səfir: Antisemitizm köklü şəkildə aradan qaldırılmalıdır 

14:21
27 Yanvar

BDYPİ-nin rəsmisi: Uşaqların avtomobildə olması məsuliyyəti bir neçə dəfə artırır  

14:03
27 Yanvar

ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb

13:50
27 Yanvar

Masallıda şəhidlərin xatirəsi əziz tutulur

13:42
27 Yanvar

Sumqayıtda piyada səkiləri yenilənir  

13:41
27 Yanvar

Dünya qaz bazarı üçün geosiyasi risklər davam edir  

13:39
27 Yanvar

Məmmədbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB    

13:38
27 Yanvar

Ədliyyə və Daxili İşlər nazirlikləri birgə əməliyyat keçirib

13:35
27 Yanvar

Hulusi Kılıç: Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək cəhdləri uğursuzluğa məhkumdur  

13:35
27 Yanvar

Sabah Bakıda və Abşeron yarımadasında hava bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq  

13:34
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!